Reklam
“Şəhərsalma və memarlıq: Kəlbəcərin müasir inkişafı və milli memarlıq ənənələri” mövzusunda dəyirmi masa keçirilib - Fotolar
19-10-2026 14:04
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətində “Şəhərsalma və memarlıq: Kəlbəcərin müasir inkişafı və milli memarlıq ənənələri” mövzusunda dəyirmi masa keçirilib.Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının, Memarlıq və tikinti məsələləri şöbəsinin sektor müdiri Eldəniz Məmmədov, sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin, şöbə müdiri Xanoğlan Əhmədov ,Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Pərvanə Süleymanova, Hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Murov Həsənov və digər iştirakçılar iştirak ediblər.
şəhərsalma və memarlıq sahəsində Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, bu sahənin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı qeyd olunub. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə şəhərlərin inkişafı, müasir infrastrukturun yaradılması, milli memarlıq ənənələrinin qorunması və şəhər mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə şəhərsalma və memarlıq sahəsində genişmiqyaslı layihələr həyata keçirilir, yaşayış məntəqələrinin müasir standartlara uyğun inkişafı və əhalinin rahat yaşayış şəraitinin təmin olunması istiqamətində mühüm tədbirlər görülür.
Xüsusilə vurğulanıb ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri müasir şəhərsalma prinsiplərinin tətbiqi, milli memarlıq ənənələrinin qorunması və dayanıqlı yaşayış mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dəyirmi masa zamanı çıxış edən Eldəniz Məmmədov, Faiq Mehdiyev, Murov Həsənov və digər iştirakçılar şəhərsalma və memarlığın müasir inkişaf istiqamətləri, milli memarlıq ənənələrinin qorunması, tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsi və dayanıqlı yaşayış mühitinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Kəlbəcərin özünəməxsus təbii-coğrafi xüsusiyyətlərinin, zəngin tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin şəhərin gələcək inkişafında nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, yeni Kəlbəcərin qurulması zamanı müasir şəhərsalma prinsipləri ilə milli-mədəni dəyərlərin uzlaşdırılması, sosial və ictimai infrastrukturun inkişafı, yaşıllıq ərazilərinin genişləndirilməsi və müasir yaşayış standartlarına uyğun şəraitin yaradılması mühüm əhəmiyyət daşıyır.
Müzakirələr zamanı şəhərsalma və memarlıq sahəsində qarşıda duran vəzifələr, həyata keçirilən layihələrin əhəmiyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Sonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində milli memarlıq ənənələrinin qorunması, şəhərsalma mədəniyyətinin inkişafı və bu sahədə maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Dalidag.az











Kateqoriya: Kəlbəcər
Tarix: 19-10-2026 14:04
Baxış sayı: 37Yazı axını
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
Ən çox oxunanlar




























