Ç oxdan yazmışam. Bəzi səbəblərə görə paylaşmırdım. Məmməd Araza olan sevgim tərəddüdümə güc gəldi. İradə Tuncayla ortaq dərdimiz Bu yazıya nə Məmməd Arazın, nə də İradə Tuncayın ehtiyacı yoxdur. Mənə gəlincə də şeirlərini sevə-sevə oxuduğum şairin haqqında qələmimin gücü çatdığı qədər bir neçə kəlmə yazıb sakitləşəcəm. Əsərlərini ruhuma yaxın bildiyim söz adamlarının dərdlərini özümünkü sanıb, uzaqdan-uzağa ürəyimdə çəkmişəm. Bu gün o hissləri vərəqə köçürüb həmin ağrılarla üz- üzə dayanmaq

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat

Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər. Balaca Seyid atasını uşaq yaşlarından itiridiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edərmiş. İlk təhsilini mədrəsədə alan Seyid, dini

Gözəl şair, nüfuzlu alim, ölkənin sayılıb-seçilən ziyalılarından biri, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Qızıl kəlmə”, “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz” və sair mükafatların lureatı Rafiq Yusifoğlunun təzə kitabını vərəqləyəndə nədənsə yadımıza onunu neçə il bundan əvvəl müsahibə verərkən söylədiyi bu sözlər düşdü: “Mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun tədqiqinə və təbliğinə həsr etmişəm.

Alfred Nobeli gah "dinamit kralı", gah "ölüm alverçisi", gah da "Avropanın ən varlı avarası" adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını "bəzəyirdilər". O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi... Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı

XX əsrin 30-cu illərində Azərbaycanın bir çox yazıçıları, şairləri, dövlət xadimləri sovet quruluşunun əleyhinə çıxdıqlarına görə illərlə göz dustağı edildilər, həbsxanalara salındılar, bəziləri işğal və işgəncəyə etiraz əlaməti olaraq qürbətdə mühacir həyatı yaşamaga məcbur oldular. Onlardan bir qismi isə Uzaq Sibirin və Şimali Qazaxıstanın qarlı-şaxtalı çöllərinə sürgün edildi, bəziləri də güllələndi... Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra xalqın mənəvi dünyasından və tarixin

Ramiz NƏCƏFLİ, Bakı Dövlət Universitetinin dissertantı [email protected] KƏLBƏCƏR MUZEYİ MATERİALLARI AZƏRBAYCAN ETNOQRAFİYASININ ÖYRƏNİLMƏSİNDƏ ZƏNGİN MƏNBƏDİR. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi sanki budaqlarında müxtəlif meyvələr yetişdirən nəhəng bir ağaca bənzəyir. Bu bənzətmə mərhum filoloq alimimiz Tofiq Hacıyevin “Kitabi-Dədə Qorqud” haqqında qeydlərindəndir:”Dədə Qorqud kitabı” gövdəsində müxtəlif meyvə calaqları yetişdirən nəhəng ağaca bənzəyir-mükəmməl sinkretik tarix
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024