Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlküttədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən – səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı. Benqal dilinin, tariх və mədəniyyətinin

GÜLZAR B u gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi. Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi. Yalnız o, yalnız o, bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı

Dünya ədəbiyyatının ən məşhur simalarından olan Viktor Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX əsr tarixinin və hər şeydən öncə fransız ədəbiyyatının parlaq bir səhifəsidir. Fransız mədəniyyəti tarixində o öncə şair, daha sonra isə roman və dram əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi tanınır. Viktor Hüqo 1802-ci il fevralın 26-da anadan olub. Onun yaradıcılığına məşhur fransız yazıçısı Şatobrianın böyük təsiri olub. İlk öncə o özünü poeziyada sınayır. Nəzm əsərləri

Bütün dahilər və məşhurlar kimi onun da haqqında əfsanələr dolaşmaqda idi... Birinci əfsanə Motsart çox ağıllı idi və o, hər şeydə çox bacarıqlı idi. O, asanlıqla hər şeyə nail olurdu. Sözsüz, Motsart musiqi aləmində bir dahidir, o, fenomal bacarıqlara sahib idi. Lakin onun şah əsərlərinin arxasında böyük əmək gizlənir. Motsartın dahiliyi 3 yaşından etibarən biruzə olunur. Onun atası, Zalsburq knyazının sarayında xidmət göstərən məşhur pedaqoq və musiqiçi, dərhal oğlunun təhsili ilə məşğul

Nizami Cəfərov Türk ədəbiyyatının tarixi, mövcud ənənəyə görə, türklərin bir etnos olaraq formalaşdıqları təxmin edilən e.ə. III minillikdən başlayır. Və bu tarixin qədim dövrü eramızın I minilliyinin sonu, II minilliyinin əvvəllərinə qədər davam edir. Bugünkü türkologiyada qədim türk ədəbiyyatının XII- XIII əsrlərə aid türkdilli mənbələri (məsələn, Yusif Balasaqunlunun "Qutadqu bilik"i, Əhməd Yəsəvinin "Divani- hikmət"i, Əhməd Yüqnəkinin "Atibətül- həqaiq"i və s.) də ehtiva etməsi fikri (və

“Sonuncu maqnat” Frensis Skott Fitsceraldın son romanı, ssenarist Kazanın isə son filmi oldu. Fitsceraldın romanı yarımçıq qalsa da, Kazana filmi tamamlamaq nəsib oldu. Frensis Skott Fitscerald 1940-cı ildə vəfat etdi. “Sonuncu maqnat” romanı yazıçının vəfatı ilə yarımçıq qaldı və vəfatından sonra çap olundu. Bu roman “Möhtəşəm Getsbi” kimi Amerikan xəyalı haqqındadır. Nakam sevgi vasitəsilə həmin xəyalın süqutu, onun , bəlkə də, heç olmadığı göstərilir. Amma Fitsceraldın ölümü bu xəyala

Arasaq dünyanın oluşunu, Eşqdə taparıq duruşunu! Xalqa xidmətdən zövq alan kamil insan ruhunun ölməzliyinə inanan nikbin şairin bu görüşə uyğun bir fəlsəfəsi vardır. Nizamiyə görə, kainatın söykəndiyi yeganə dayaq eşqdir. Bütün varlıqlar eşqlə dayanır və onunla hərəkət edirlər. “Fələyin eşqdən başqa bir məhvəri yoxdur!”. Dünya yalnız eşq manivelası üzərində dönməkdədir. “Eşqin qulu ol, çünki qulluq ediləcək yeganə ağa odur”. Ərənlər ancaq bu işlə məşğul olmuşlar. “Eşqdən başqa dünyada nə varsa,

Frans Kafkanın əsərləri qaramat və boğucu görünə bilər, amma dostları Maks Brod və Qustav Yanoçun dediyi kimi, özü belə deyildi. Hər ikisi Kafkanın müsbət auralı və zarafatcıl biri olduğunu deyirdi. Hətta “Məhkəmə” adlı romanının ilkin əlyazmasını dostlarına gülərək oxumuşdu. Lakin Kafkanın təkcə əsərlərində yox, məktublarında da qaramat hava hökm sürür. Bəlkə də bunun sirri Kafkanın özü haqda danışmasından daha çox yazmağa olan güclü ehtirasında idi – onun ən böyük sirri gizliliyi idi.
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024