Kəlbəcər Azərbaycan ədəbi-mədəni mühitinə böyük imzalar, şəxsiyyətlər qazandırıb. Belə imzalardan biri də mərhum şair, alim və tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rza idi. Dalidag.az Ənvər Rzanın şeirlərini və səsinin əks olunduğu şəkil/çarxı təqdim edir: DAĞLARA Ayağında bir balaca yer verə, Başmaq olam, dolaq olam dağlara. Ya da çəkib sinəsində cücərdə, Palıd olam, qovaq olam dağlara. Yaddaşımı xatirələr kötəklər, Yaddaşımda pöhrələnər kötüklər. Qayıdanda yol verməyə gədiklər, Bir

Qızımla Tverdən qovğadan qayıdıram. Həddən artıq gərginəm. Körpəmin - "mənim generalım" çağırdığımın genetikadan alnına yazılmışları oxuyuram: məndən, anasından yana haqq etdiklərini danışıram, etiraf edirəm Məzahir əmiyə. Babasından, nənəsindən ancaq "xoşbəxtlik mükafatı" var alnında. Əmisindən, dayısından, bibisindən, yox, bibisi yoxdur, xalasından da həmçinin: "sevgi". Fəqət... Başım bundan o yana işləmir. Nə qədər özümü bəsirətli saysam da, oxuya bilmirəm 5 dil bilən, tarixçi-alim, artıq

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, sədr Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq

Eşq sultanı və ya xalqının ədəbiyyat tarixini yazan qadın… Azərbaycanın xalq yazıçısı, Azərbaycan xalqının yazıçısı Əzizə Cəfərzadənin həyat hekayəsi Əzizə Cəfərzadəni görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi təqdim etməyə heç bir ehtiyac yoxdur. Pafoslu səslənməsin, bu xanım sözün bütün mənalarında ömrünü Azərbaycan ədəbiyyatına həsr edən azsaylı yazıçı qadınlarımızdandır. O, sadəcə yazıçı idi. Onun vətəndaş

Ağlımı başıma qaytar, ay Allah, Niyə öz başımı kəssin öz əlim?! Böyük bir millətə töhmət olmasın Çirkin arzularım, çirkin əməlim. Mehdixan Kəlbəcərli Mehdixan Kəlbəcərlinin şeirlərini hələ gənclik illərimizdən sənətkarların dilindən eşidərdik..Aşıqlar, xanəndələr o zamanlar Mehdixan müəllimin bir şerini bütün məclislərdə oxuyardılar və biz də heyrətlə qulaq asa-asa əzbərləyərdik. Elə o zamandan yaddaşımda necə qalıbsa eləcə sizə təqdim edirəm dostlar: Hökmüm işləsəydi fələk hökmü tək, Mən insan

Q azıgöy körpüsündə gənc bir qadın: — Ay haray!.. Çantam, çantam! Tutun, qaçır!!! – deyə bağırdı. Qələbəlik bir-birinə qarışdı. Yalın ayaq qaçan bir oğlan körpü pilləkənlərini üç-üç atıla-atıla qaçırdı. Gənc və gözəl qadın isə sağa-sola dönərək: — Nə olar ki, onu tutsanız! – deyə yalvarırdı. Oğru qaçıb gözdən itəndən beş dəqiqə keçməmişdi ki, gənc bir polis, əli çantanı oğurlamış oğrunun çiynində oraya gəldi. — Çanta kimindir? Bu qara, təptəzə, böyük bir çanta idi. Gənc və gözəl qadın sevinclə

...Elə bildim yazda yağan, Bahar leysan yağışıdı. Sən demə, bu, nakam gedən Sevənlərin göz yaışıdı.... Dalidag.az Qənirə Mehdixanlının şeirlərini təqdim edir: BU YOLDAN Bürüyüb dünyanı yol damar-damar, Yolçular yollardan rahatlıq umar, Kimiyə daş-kəsək, kimiyə hamar, Keçir namərdlər də, mərd də bu yoldan. Biri toy-düyünlə gəlindir köçür, Biri dərdlərini götürüb qaçır, Hamı son mənzilə bu yolla köçür, Keçir məhəbbət də,dərd də bu yoldan. Mehdixanlı, uzun-kəsədi yollar, Qıyarmı yolçular küsə bu

Hər şeydən öncə kitabı bilik qazanmaq üçün oxuyurlar, kitabı həm də müxtəlif ideyalara sahib olmaq, dünyagörüşünü zənginləşdirmək üçün də oxuyurlar və bütün bunlar əslində sizin həyat tərzinizə təsirsiz ötüşmür. Yaxşı bəs kitab oxumaq insana nə verir? Kitablarda kitabı yazanların böyük təcrübəsi, biliyi, ideyaları, metodları, strategiyaları olur. Kitablar dünyagörüşünü formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024