Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb. Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır. Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək

15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi. Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş"

" Lazım " Q apının yavaş-yavaş aralandığını görüb eynəyini çıxarıb içəri kimin girəcəyini gözlədi. Amma heç kəs görünmürdü. Nəsə baş verəcəyini hiss edirdi. Gözləməyə hövsələsi çatmadı, durub qapıya tərəf getdi. Yalnız indi cəftəni tutan əli gördü. İrəli gedib əyilib kimin olduğunu yoxlamaq üçün başını dəhlizə tərəf uzatdı. Qarşısında arıq, çəlimsiz bir şəxs gördü. Təəccüblə -Sizə kim lazımdır? - deyə soruşdu. Adam boynunu büküb çiyinlərini çəkib -mənə Siz lazımsınız- dedi. -Mən? -Hə, Siz. Bir

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 1871-ci il avqustun 27-də İndiana ştatının Terre-Hote şəhərində alman emiqrantı Con Drayzerin ailəsində dünyaya gəlib. Ailənin 12-ci uşağı olan Drayzerin gəncliyi yoxsulluq şəraitində keçib. 1889-cu ildə qəbul olduğu İndiana universitetində təhsilini yarımçıq qoyma səbəbi də məhz maddiyatla bağlı olub. Drayzer 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhər qəzetlərində işləyir. Bu illəri Drayzerin həyatı üçün sınaq dövrü kimi
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024