Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla

Güntəkin həyatı… Başda “Çalıquşu” romanı olmaqla bütün əsərləri ilə Türk ədəbiyyatının klassikasına imza atanlardan biri olan Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olub. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirib.Və 1912-ci ildə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirib. Rəşad Nuri 1927-ci ilə qədər İstanbul

Çöhrəsi təbəssümlü, sevgisi, mərhəməti gözlərində əks olunan, baxışından nur ələnən-şeir tökülən Fərqanə Mehdiyeva çağdaş poeziyamızda öz çəkisi, sanbalı olan qələm adamıdı. Ədəbi mühitdə hər kəs tərəfindən hörmətlə qarşılanan xanım yazarın səmimiyyət dolu poeziyası xarakterinin yansıdığı yeganə məqam deyil. Xeyirxahdı, gənc yazarlara hər vaxt ana qayğısıyla yanaşır. Bir sözlə, şəxsiyyəti ilə sözü , şeiri arasındakı vəhdət böyüklüyünün, bütövlüyünün təzahürüdü. Hal-hazırda səhhəti ilə bağlı

Yarım əsrdən çoxdur ki, detektiv mütaliə həvəskarları xüsusi maraqla onun əsərlərini oxuyurlar. 1918-ci il fevralın 10-da Naxçıvan şəhərində dünyaya gələn Cəmşid Əmirov orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. Yazmağa olan meyli hələ tələbəlik illərindən respublika qəzetləri ilə sıx əməkdaşlığa həvəsləndirmişdi. Yazıçılıq sevgisi onu son kursda institutu tərk etməyə vadar etmiş, sonra da öz ixtisası ilə işləmək istəməmişdir. Həmin dövrün nəşrlərindən olan

"Eşq davaya bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa, davanı qazana bilmərsən" — bu möhtəşəm sözün sahibi Mövlana Cəlaləddin-i Belhi Rumidir. Mövlana həzrətləri 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Belh bölgəsində doğulmuşdur. Mövlana dünya tərəfindən tanınmış düşüncə adamı və şairdir. Mövlana həzrətlərinin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Belh Əmrinin qızı Möminə xatundur. Əsl adı Cəlaləddin olan Mövlana Belhi adını Belh bölgəsində doğulduğu
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024