“Səhhətim də qaydasına düşdüyündən sözsüz olaraq, Azərbaycan Xalq Hərəkatında işlərimizə davam edəcəyik”. Dalidag.az xəbər verir ki, bu sözləri sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidov söyləyib. O, özünü yaxşı hiss etdiyini vurğulayaraq, AXH-in nəzərdə tutulmuş qurultayı barədə fikirlərini açıqlayıb: “Rayonlarda iclaslar keçirilib, qurultay nümayəndələri seçilir. Bu işlər tamamlananda qurultayımız baş tutacaq. Gələn ayın ortalarına düşünmüşük. Hələ dəqiq

Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Adil Cəmilin 65 illik yubileyi qeyd olunub. Dalidag.az xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurası və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın həyat və yaradıcılığından söz açıb: “Mənə elə gəlir ki, Kəlbəcərdə doğulub şair olmamaq günah olar. Adil Cəmil həm də bir çox

Ruhunu satmaqla bağlı Deyilənə görə, Bulqakov tez-tez “Faust”a baxmaq üçün “Bolşoy Teatra” gedirmiş. Bu opera onun əhvalını açırmış. Faust obrazı ona xüsusilə doğma imiş. Ancaq, günlərin bir günü Bulqakov teatrdan evə qaşqabaqlı, gərgin vəziyyətdə gəlir. Arvadı nə olduğunu soruşunca, o yaxın günlərdə yazmağa başladığı “Batum” pyesin ucbatından bu hala düşdüyünü deyir. Sən demə Stalin haqda pyes yazmağa razılıq vermiş Bulqakov, birdən-birə ruhunu şeytana satmış Faustun yerində özünü görüb. Əskik

1897-ci ildə Kanadanın Yukon deyilən ərazisində, Klondayk çayında qızıl tapılması haqqında xəbər bütün Amerikaya yayıldı. Alyaskanın adam ayağı dəyməmiş geniş əraziləri minlərlə yoxsul adamı və xəyalpərvəri cəlb etdi. O vaxtlar yazıçı kimi qələmini yenicə sınamağa başlayan Cek London da onlardan biri idi. Amma qızılaxtaran olmazdan əvvəl o, çox işin qulpundan yapışmışdı. Ehtiyac təhsilini başa çatdırmasına imkan verməmişdi. Onun universiteti həyatın özü idi və o, əsərlərində keçdiyi həyat

Azərbaycan ədəbiyyatının görkəmli qadın şairələrindən olan, Cənub mövzusunda unudulmaz poeziya nümunələri yaradan, Əməkdar İncəsənət Xadimi Mədinə Gülgün hər şeyə, məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, ocağı daim yanar. Onun sönməz şöləsindən, ürəyim işıqlanar” -, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi. Sonradan

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb. Qori Müəllimlər Seminariyasında təhsilini başa vuraraq, 1894-cü ildən Bakının məktəblərində uzun illər dərs deyib. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024