Könül, aşiqisən, dolan, yorulma, Hey başına, ayağına vətənin. Dalidag.az saz-söz sənətinin görkəmli nümayəndəsi ,ustad aşıq Dədə Şəmşirin şeirlərini təqdim edir: VƏDƏSİNDƏ Səni qarı gördüm, bağrım qan oldu- Mənim saqqalımın çal vədəsində. Qəlbimə dəydiyin yadıma düşdü, Çox dedim könlümü al vədəsində. Ov keçdi bərədən, uyquda yatdım, Ayıldım, xədəngi izinə atdım. Ha yüyürdüm; nə yetişdim, nə çatdım… Hər işin qaydına qal vədəsində. Qubarlandın əldə var olan vaxtı, Baxçanız bəzənib bar olan vaxtı…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası yenidən nümayiş olunub. Dalidag.az xəbər verir ki, tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir. Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı

Elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern (Jules Gabriel Verne ) 1828-ci il fevral ayının 8-də Fransanın Nant şəhərində anadan olmuşdur. Fransız yazıçısı Jül Vern ədəbi fəaliyyətə 1849-cu ildən başlamışdır. Yazıçıya şöhrət qazandıran 1863-cü ildə yazdığı «Beş həftə hava şarında» romanı olmuşdur. Bunun ardınca Jül Vern çoxlu elmi–fantastik ictimai-satirik macəra, roman və povestləri yazmışdır. 1867-1868-ci illərdə «Kapitan Qrantın uşaqları», «80000 kilometr su altı ilə»,

Dramatik növün üç əsas janrı vardır: komediya, faciə, dram. Komediya- Komediya yunan sözü olub "şən yığıncaq", "şən tamaşa" deməkdir. Şərqdə bu janra "məzhəkə" də deyilir. Məzhəkə ərəbcə "gülməli soz" və ya "gülməli hərəkət" deməkdir. Həyat hadisələrini gülməli tərzdə əks etdirən pyes "komediya" və ya "məzhəkə" adlanır. Komediyada gülüşə yalnız əyləncə vasitəsi kimi baxmaq olmaz. Komediyada gülüş ictimai-əxlaqi məzmun daşıyır, müəllif bədii gülüşdən istifadə ctməklə cəmiyyətdə müşahidə etdiyi

Şöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur. Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfəri — birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb. 1910-1018-ci illərdəki həyat yoldaşı Nikolay Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024