Reklam
Dünyanı dolaşan səs- Şövkət Ələkbərova
06-10-2019 18:08
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.
SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Ş.Ələkbərova həmçinin, onlarla filmdə mahnıların ifaçısı kimi sevilirdi. Absurdistan (film, 2008)(tammetrajlı bədii film)-ifasından istifadə edilən müğənni, Aygün (film, 1960), Azərbaycan elləri (film, 1976), Bakı bağları. Şüvəlan (film, 2007), Doğma xalqıma (film, 1954), Görüş (film, 1955), İyirmialtılar (film, 1966), Koroğlu (film, 1960), Kölgələr sürünür (film, 1958), Maestro Niyazi (film, 2007), Mahnı belə yaranır (film, 1957), Mücrü (film, 1973), Qızmar günəş altında (film, 1957), Onu bağışlamaq olarmı? (film, 1959), Oxuyur Şövkət Ələkbərova (film, 1970), Ögey ana (film, 1958), Payız konserti (film, 1962), Səs (film, 1988), Şəki (film, 1977) sənətkarın mahnı səsləndirdiyi filmlərdi.
1959-cu ildə Azərbaycan SSR xalq artisti adını alan müğənni həqiqətən də xalqın artisti idi. O, xalqını, Vətənini çox sevirdi və sənəti, şəxsiyyəti ilə xalqın sevgisini qazanmışdı. Bu gün də onu sevənlərin yaddaşındadır, mahnılar sevə- sevə dinlənilir.
Həyat yoldaşı - Lətif Səfərovun qəfil dəhşətli ölümü, qızı - Natellanın ağır xəstəlikdən sonra vaxtsız həyatdan köçməsi Şövkət xanımın səhhətini çıxılmaz vəziyyətə saldı. 1993-cü il fevral ayının 7-də uzun sürən xəstəlikdən 70 yaşında vəfat edib.
Dalidag.az
Kateqoriya: Manşet / Mədəniyyət
Tarix: 06-10-2019 18:08
Baxış sayı: 3537
Yazı axını
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
Ən çox oxunanlar