Ziyalı adamların işığı dünyanın o başından belə düşər Vətənin üstünə. Varlığıyla torpağa, yurda bağlı olan Famil Museyibov kimi. Təsadüfən eşitdiyim səsində, uzaqdan gördüyüm simasında, “salam”ında bir işıq, səmimiyyət, ruh adamlarına məxsus özəllik duydum. Demək ki, işıq varsa, şöləsi günəş şüası kmi hər tərəfə yayılır. Müsahibinin ürəyini isidir, könlünə xoşluq ərməğan edir. Uzaqların nisgilli səsini, qürbətin təklik ağrısını, həsrətin inləyən göynəyini şəkilləndirən misraları oxuyub

S aat on ikini vururdu. Məktəbin qapısı açıldı və oradan dəcəl uşaqlardan ibarət dəstə tez çıxmaq üçün bir-birini itələyərək çölə tələsdilər. Amma hər gün olduğu kimi müxtəlif tərəflərə dağılışmaq və nahar üçün evə yüyürmək əvəzinə məktəbdən bir neçə addımlıqda dayandılar, bir yerdə toplaşıb pıçıldamağa başladılar. Məsələ onda idi ki, bu gün səhər Blanşotun oğlu Simon birinci dəfə dərsə gəlmişdi. Uşaqlar valideynlərinin Blanşot haqqında söhbətlərini eşitmişdilər. Mehribanlıqla qarşılamalarına

Dahi kimi tanıdığımız adamların da inanılmaz nöqsanları və səhvləri var... Dalidag.az 10 məşhur şəxsiyyət haqqında maraqlı faktları təqdim edir: 10-cu yer: Araşdırmaları ilə İsaak Nyutona ümumdünya ağırlıq nəzəriyyəsini kəşf etməkdə kömək etmiş XVI əsr astronomu Tixo Braqe ona görə həyatını vaxtsız itirib ki, vaxtında tualetə getməyib. Həmin dövrdə ziyafət bitənə qədər stolu tərk etmək ev sahibinə ağır təhqir idi. Nəzakətli adam olan Braqe stoldan qalxmağa icazə istəmir. Sidik kisəsi partlayır

Oktyabrın 8-də saat 14-də AYB-nin Natəvan klubunda 4-cü Gənc Ədiblər Məktəbinin üzvləri ilə şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlunun görüşü keçiriləcək Dalidag.az xəbər verir ki, görüşdə Əli Kərimin yaradıcılığından söz açılacaq, gənclərin sualları cavablandırılacaq. Görüş iştirakçılarına şairin “Metronun yaylı qapıları” kitabı hədiyyə olunacaq.

Azərbaycan Dillər Universitetində (ADU) Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib. Dalidag.az xəbər verir ki, ADU və Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə universitetin prorektoru Jalə Qəribova iki ölkə arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. O, görkəmli şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışıb. Qeyd edib ki, Hindistan milli-azadlıq
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024