Aşıq Şəmşir Miskin Abdal, Aşıq Ələsgər, Aşıq Qurbanın adı ilə bağlı böyük sənət məktəbinin bədii örnəklərini XX əsrdə yaşadan, yeni nəsillərin bədii yaddaşına kökləyən qüdrətli saz və söz ustadıdır. O, 1893-cü ildə Cavanşir mahalının Gəmirçidam kəndində görkəmli aşıq-şair Qurbanın ailəsində dünyaya gəlmişdir. Elin-obanın yaddaşında "Qurban bulağı" kimi həkk olunmuş bu sənət ocağı böyük Ələsgərin ehtiram göstərdiyi saz-söz məbədi idi. Xalqın min illərdən bəri süzülüb gələn bədii söz yaddaşının

Türkün inamı, əxlaqı, eşqi, ailə, yurd və dövlət haqqında anlayışları, mənəvi böyüklüyü dastanlarda öz əksini taparaq nəsillərdən-nəsillərə keçmişdir. Dastanlarda türk uşaqları ilahi bir işıqdan doğulur. Qara xanın yaratdığı aləm işıq aləmidir, dənizdən çıxan qadın xəyalı işıqdan yoğrulmuşdur. Oğuz doğulduğu zaman onun üzü mavi işığa çalırdı, arvadı göydən enən bir işıqdan doğulmuşdur. Türkün işıq sevgisi, suya, ağaca, təbiətə pərəstişi onun ilkin inamlarının əks-sədasıdır. Tanrının ilk dəfə

“Bu Mövlanın sirridi; Yer diləyər, Göy verər” Hörmətli oxucular, Cabir Umud yaradıcılığına başlamazdan əvvəl onu da deyim ki, mən Klassiklərimizdən üzü bu günə kimi kəlbəcərli şairlərimizin çoxunu öz aləmimdə filosof şair adlandırmışam. Şair Ağdabanlı Qurban, Dədə Şəmşir, Ənvər Rza, Məmməd Aslan, Sücaət, Adil Cəmil, Bəhmən Vətənoğlu, Nəsib Nəbioğlu, Aşıq Allahverdi Qəmke, Qara Ələsgərov, Əbülfət Sarıoğlu, Əlövsət Saldaş, Məhəbbət Kəlbəcərli, Elşən Əzim, Xəqani Həbiboğlu və adını çəkmədiyim

Orta əsr Azərbaycan ədəbiyyatı XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır. İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024