Reklam
"Cabir Umud övliya şairdi..."- Yusif Hüseyn yazır
19-10-2019 17:24
“Bu Mövlanın sirridi;
Yer diləyər, Göy verər”
Hörmətli oxucular, Cabir Umud yaradıcılığına başlamazdan əvvəl onu da deyim ki, mən Klassiklərimizdən üzü bu günə kimi kəlbəcərli şairlərimizin çoxunu öz aləmimdə filosof şair adlandırmışam. Şair Ağdabanlı Qurban, Dədə Şəmşir, Ənvər Rza, Məmməd Aslan, Sücaət, Adil Cəmil, Bəhmən Vətənoğlu, Nəsib Nəbioğlu, Aşıq Allahverdi Qəmke, Qara Ələsgərov, Əbülfət Sarıoğlu, Əlövsət Saldaş, Məhəbbət Kəlbəcərli, Elşən Əzim, Xəqani Həbiboğlu və adını çəkmədiyim neçə-neçə şairlər. Dədə Şəmşirin filosofluğu haqqında Tibb Elmləri üzrə fəlsəfə doktoru, dostumuz Nağdəli Zamanovun yazdığı 500 səhifəlik monoqrafiya buna sübutdur: “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər”. İnşallah hər biri haqqında ayrılıqda bu mövzuda sizinlə görüşə gələcəyəm. Ta ki ömür möhlət eləsin.Tanrı rüsxət versin. İndi isə Cabir Umud yaradıcılığına birlikgə səyyahət edək:
Ömür adlı bir karvanda,
Yol da mənəm, yolçu da mən.
Yazılanı yozulası
Tarix də mən, falçı da mən..
Qurd təpkisi “ayinimdə”,
Nə günah var qoyunumda?!
Dərdim ilə oyunumda,
Oxan da mən, alçı da mən.
PS. Oxan və alçı sözlərinin mənasını açıqlayıram. Biz uşaq olanda, oyuncaqlar olmadığı üçün uşaqlar özlərindən oyunlar kəşf edərdilər. Belə oyunlardan biri də “aşıq-aşıq” oyunu idi,”aşıq” qoyun və keçilərin baldırları ilə budları arasındakı oynaqda olardı. Bu aşıqları yığıb oyunda iştirak edərdilər. Adətən aşıqlar müəyyən məsafədən atılardı və bu zaman atılan aşıq bir neçə vəziyyətdə yerə düşərdi ki ona uyğun adlar verilmişdi, adətən dik duran aşıqlara “alçı” deyirdilər. Elə o zamandan da el arasında belə bir deyim qaldı:-“Kişinin aşığı alçı durub deyəsən”, yəni kefi yaxşıdı. Digər bir vəziyyəti isə “oxan” adlanırdı, bu oyunda uşaqlar əlində olan aşıqları uduzardılar, bu oyunda pul istifadə olunmurdu.Təbii ki kasıb uşaqlarda pul olmazdı:
İrmağam əhli dağılan,
Qəmi gözündən sağılan.
Balı şanindan soğulan
Arı da mən, balçı da mən.
Cabir bir hicran yaşadı,
Hicranı ömrün yaşıdı..
Ürəyim “Elçi daşıdı”:
Ehtiyac da, elçi də mən...
Cabir Umudun bütün şeirləri düşündürücüdür.Bunu səbirlə oxuyanlar dərk edə bilər. Çünki şair bir çox şeirlərində sətiraltı mənaları yüksək fəhmlə demişdir:
Dədələşmək Tanrı payı,
Hər yetənə dədə demə.
Qəfildən gələn bəlaya
Qismət demə, vədə demə...
Dünya pozub qurğusunu,
Başa çəkib oğrusunu.
Gördüyünün doğrusunu,
Nə fikirləş, nə də demə!
Mövlanə Cəlaləddin Rumu deyir: “Çalış gördüyünü doğru deyəsən. Amma hər doğru gördüyünü də hər yerdə demə”. Şairin bu deyti Mövlanə Həzrətləri ilə necə də həmahəng səslənir:
“Gördüyünün doğrusunu,
Nə fikirləş, nə də demə!”
Şər, nəfsindən qazanıbsa,
Şər, nəfsinə qızınıbsa...
Barmaq gözə uzanıbsa,
Tökəcəkdi, hədə demə!
Dövran suçlar mərd işini,
Cabir bilir gərdişini.
Zəmanənin vərdişini,
Demə! Demə! Dədə, demə!
Cabir Umudun çox şeirləri ustadanə yazılmış ustadnamədir.Əlbətdə mənəviyyataca cılız adamlar çətin başa düşə. Nə isə... Yenə də şairin bir ustadnaməsinə birlikdə nəzər yetirək:
Nəfsini alçaqda gör,
Könlün haqqa boy verər!
Tanrı əvəz verəndi,
Verdiyindən yey verər..
Can yox, ruhunu bəslə
İlahi bir həvəslə!
Həmrah ol həmdəm kəslə;
Yüz çağırsan hay verər!
Bəh-bəh-bəh. Nə gözəl bir bənddi: “Can yox, ruhunu bəslə”. Əlbətdə ruhən zəngin olmaq mənəviyyatın gözəlliyidi.”Həmrah ol həmdəm kəslə”. Ruhun şad olsun şair. Bu beytin əslən Kəlbəcərli şairimiz Vaqif Hüseynoğlunun bir beytini yadıma saldı:
“Qanana çəkəsən zəhmət çəkəndə,
Qanmazda itməyə bircə tikəndə”...
Mənə görə Filosof şairlər o şairlərdir ki, məqamı gələndə onun şerindən hansı bir aforizm sənin dediyinlə üst-üstə düşür. Bu şəxsi fikrimdi, kiməsə xoş gəlməyə bilər. Amma həqiqət də budur dostlar:
Yetməyim-eşqə inam,
Bu yolda çətin sınam.
Bir yaxşılıq-min ənam,
Sıralanar say verər...
Dünyada yaxşılıqdan böyük ənam yoxdur, neçə də mükəmməl deyib rəhmətlik...
Cismim görkün biridi,
Ruh cismimi bürüdü.
Bu Mövlanın sirridi;
Yer diləyər, Göy verər!
Gözəl başlanğıcı olan mükəmməl bir gəraylının möhtəşəm sonluğu:
“Bu Mövlanın sirridi;
Yer diləyər, Göy verər!”
Bəli, bizim hər birimizin canı cisim kimi torpağın, ruhən göylərin əmanətidir.Yəni nə qədər ki, sağıq- gəzəri torpağıq, canımız torpağa olan borcumuzdur. Yəni torpağa olan əmanətimizdir.Torpaqdan yaranmışlar öz canlarını vaxtı çatanda qaytarmalıdılar. Bu əmr isə vədə tamam olanda Göylərdən verilər. Ruhən Göylərinik. Mükəmməl bir gəraylı-ustadnamədir...
Cabir Umudun bütün yaradıcılığında fəlsəfi deyimlər oxucunu düşündürür və demək olar ki şerin təsirindən aralana bilmirsən. Bu hər “şablon şairə” qismət ola bilməz. Bu deyimlər İlahi vergili, anadangəlmə şair olanlara aiddir. Mən deyərdim ki, belə şairlərin oxucuları da xoşbəxtdir. Yenə də şairin digər bir şerini iki bəndini sizlərə təqdim edirəm dostlar:
...Gəlmişəmsə, gedən mənəm,
Niyə- mənəm, nədən- mənəm.
Mən Dünyaya ödənmərəm
Son mənzil yolumun sirri...
Dünyam gövhər, dünyam ləldi
Varını min yerə böldü...
Deməyin ki, Cabir öldü,
Yaşamı- qalımın sirri...
Bəli Mövlanə eşq ilə yaşayıb-yaradan şairlər ölümsüzdü qardaş. Sən yaşamısan, yaşıyırsan və yaşayacaqsan. Sağlığında yaratdıqların səni yaşadacaq.Tanrı bizi paxıllardan, xəbislərdən və qədirbilməzlərdən qorusun..
QEYD:Dostlar, bir dəfə bir nəfər Kəlbəcərli ziyalı ilə söhbətləşəndə dedi ki:-Əşi, Kəlbəcərdə Bəhməndən başqa şair yoxdu. Mənə çox ağır gəldi ki ziyalımız belə olanda savadsızlarımıza şükür, İlahi.
Dedim ki, sən heç Ələsgəri də axıra kimi oxumamısan. Bəhmən Vətənoğlunu da. Yoxsa aşıq Ələsgəri aşıq kimi deməzdin. Mən isə çəkinmədən deyərəm ki, Nizami Gəncəvidən sonra aşıq Ələsgər ən böyük şairdi. Və dedim ki “Açmadığın kitabı oxuya bilməzsən. Oxumadığın kitab haqqında fikir söyləməyin boş cəfəngiyyatdı”.Kəlbəcərin bütün şairləri zamanı gələndə bəşəriyyətə filosof kimi təqdim olunacaq. Nə yazıq onda nə sən nə də mən olmayacam. Nə isə yenə də Cabir umudun poeziya aləminə birlikdə nəzər salaq, ruhumuz bir az da dincəlsin.
Cabir Umudun çox şeirlərində doğma yurd-yuva nisgili, el-oba həsrəti sızıldayır:
...Fənd həməndi, gözlər nəmdi,
Sındırmağa bu da çəmdi..
Varım-sözlərimdə cəmdi,
Barı varıma dəyməyin....
Ocağam, Yurda əmanət,
Ormanım qurda əmanət...
Məzarım burda əmanət,
Barı goruma dəyməyin...
Şair digər bir bəndində daha çılğın bir deyimlə hayqırır, yurdsuzluğun ağrı-acıları bu beytdə açıq-aşıkar görünür:
Sinəm cıdır düzütək,
Qoynum dağın buzutək...
Cabir yetim quzutək
Yurd deyib mələr, yaşar.
Çoxumuzun bildiyi kimi şair ömrünün son aylarında sağlamlığı sarıdan çox narahat idi. Hər şey aydın idi..Bir gün gələn, bir gün də getməlidir. Nə yazıq ki doğma dağların həsrəti ilə vaxtsız köçdü dünyamızdan. Özü gözəl həkim idi.Ona görə də sonluğu hamımızdan gözəl hiss edirdi. Bütün bu olaylara baxmayaraq həmişə nikbin görünərdi. Son günlər çox tez-tez olurdum onlarda. Denən bir dəfə ufuldayardımı. Hətta neçə-neçə şeirlərini öz ifasında yazdım.
Yeri gəlmişkən onu da deyim ki, Cabir Umudun “Saz” poeması o qədər qüdrətli yazılıb ki, Xalq Şairi Zəlimxan Yaqubun dediyi kimi. Bu mövzunu kim yazsa daha heç nə alınmaz. Çün ki Cabir Umud bu poemada da öz möhürünü ustalıqla vurub. Çün ki Cabir Umud özü də mükəmməl saz ifaçısı idi. Hər iksinə də Allah qəni-qəni rəhmət eləsin. İndi də özümü bağışlaya bilmirəm ki, şairin öz ifasında 3 gün dalbadal gedib ona qulaq asdım. Amma yazmadım ki, nəsə qəmlənə bilər.
Şairdən yenə də mükəmməl bir gəraylı:
Vədə tamammı, yoxsa?!
Yolumu kəsən ölüm.
Bəlkə bir az dərdləşək?!
Bax bu mən, bu sən-ölüm!
Mənlə yol yoldaşısan,
Dərdi bir yol daşısan?!
Yəqin hələ naşısan
Ərkimdən küsən ölüm.
Dəvrişmisal səfiləm,
Bilmə belə qafiləm.
Yüklənibdi qəfiləm
Bilmirəm nəsən, ölüm?!
Nə gəzirsən baxçamda?!
Libasımdı boxçamda...
Axşam-səhər baxçamda
Naz ilə əsən ölüm.
Günüm- vaxtı bölməkdi..
Bilməzlik də bilməkdi.
Mənim sirrim ölməkdi
Sən sirrin desən, ölüm!
“Axşam-sabah baxçamda,
Naz ilə əsən ölüm”...
Bu məqamda rəhmətlik Ənvər Rzanın yaşlı, xəstə anasına yazdığı şerin bir bəndi yadıma düşdü. Necə də həmahəng səsləndi:
..Ürək, dərdə güc elə,
Döy başına, gic elə...
Əcələ bax, əcələ-
Əcəldə də naz olar?!
Hər ikinizin də ruhu şad olsun ay filosof şairlər...
Şairin yurda çağırış səsi bir çox bəndlərindən, bir çox beytlərindən eşidilir:
“Şəhid torpağın qisasi,
Ölümə getməkdən keçər”..
“Yurdun yaddaşına dönmək,
Yurdun adaşına dönmək,
Vətənin daşına dönmək
Ot olub bitməkdən keçər”...
“Qisməti vermənin yolu,
Cənnətə varmanın yolu,
Yaxşılıq görmənin yolu
Yaxşılıq etməkdən keçər”...
Ömrü-günü varaqlandıqca şair öz yaradıcılığı boyunca san ki, səninlə dərdləşir. Bütün dərdləşmənin son ünvanı yenə də doğma yurd, doğma yerlər, doğma kənd olur:
Dünənki mən deyiləm,
Korşalıb, zəndimmi var?!
İnanmırsan, inanma
İsbata andımmı var?!
Sözə kəmənd atıram,
Sözü sözlə tuturam...
Sərrafa söz satıram
Bir özgə fəndimmi var?!
Gəl, dərdimizi yozaq,
Bu yağışdı, bu sazaq...
Köhlənim məndən uzaq-
Başqa səməndimmi var?!
Məni bu həsrət didir...
Soruş, bu nisgil nədir?!
Hamı kəndinə gedir-
Getməyə kəndimmi var?!
Ruhun şad olsun qardaş. Hələ ki, biz də bu arzuyla yaşayırıq, nə yazıq ki səndən sonra gedənlərimiz də doğma yurd deyə-deyə cismən torpağa, ruhən Haqqa qovuşdular..
Bu gün ancaq sənin poeziyanın tilsiminə düşmüşəm. Xəyalən yazdıqlarını vərəqləyirəm. Hamısı bizim dərdlərimizdən danışır. Burdakı şeirlər isə “Dərdin varsa tək deyilsən” kitabından bir neçə səhfəsindən götürmüşəm. Nə yazıq ki elə kitablar var k, içində könlünü oxşayan bir şeir ya tapasan, ya da tapmayasan. Sən şeirlərinin hər birində mübarək bir kitab sanbalı var.Yəqin ki satışda olsa alıb oxuyanlar da olacaq:
Əzmini vermə əldən,
Düşünmə sınasısan.
Çox da insanlıq ucuz,
Dərdəmi sinəsisən?!
Yaxın qoyma şeytanı,
Nə tanısan, yey tanı...
“Dünya- kosa meydanı-
Meydanı danasısan”?!
“Hər gələn gün- təsəlli,
Bilmirəm nə fəsilli”...
“Könül, naxışın bəlli;
Sən, dərdin hanasısan”...
“Ömür zamana bacdı,
Bac vermək də əlacdı”...
“Bu dünya yanıltmacdı,
Yanıldın, yanasısan”!....
Yuxarıda dırnaqda olan beytlərin hamısı mən deyərdim ki gözəl və deyilməmiş aforizmlərdir...
Şairin aşağıdakı beyti onun ruhən övliyya bir şair olduğunu təsdiqqləyir:
Ömür- mülk, zaman- “oğru”...
Bu Dünya acı, ağrı...
Fanidən Haqqa doğru
Mübarək yol deyilmi?!
Cabir Umud Haqq vergili filosof şair olduğunu aşağıdak beyti ilə möhürləyir:
Payım Movla camından,
Həzər, ruhun xamından...
Bir ömürün şamından
Min şam yandırmaq gərək!...
Bəli Cabir Umudun poeziyasının işığı bu gün minlərlə pərəstişkarının könlündə şam yandırıb, bəsirət dünyasını işıqlandırır....
Şairin bütün şeirlərinin dolğun fəlsəfi yükü var. Oxuduqca, gedəcəyin həyatın, görəcəyin ömrün, keçəcəyin “yolun-yolağın” sənə bəlli olur:
Dövrü-dövran eyləyər,
Dövranla öyünərsən.
Zaman dövrü yenəndə
Dövranla üyünərsən!
Boydan uca deyim var;
Öyüm günah! Öyüm var...
“Tikişsiz bir geyim var;
Biçildi- geyinərsən”!
Günahsızlıq – yoxundu...
Yox- sonluğa yaxındı!
Əməllər ki, oxundu
Çətin ki, deyinərsən...
“Ömür- Dünyaya sürgün”!
“Ömür- Sirr dolu, sirr gün”...
“Ölüm ki, gəldi bir gün_
Ayy hay ki, yayınasan”!
Düşündürücüdü...Haqqın əmrinə hər birimiz tabeyik...dərs deyil ki qaça biləsən..İş deyil ki yayınasan...
Şairin aşağıdakı aforizmləri də şairin özünə aiddir...Əsirlər keçəcək ki, bu aforizmləri müdriklər sənin adınla deyəcəklər qardaş:
“Gözəllik- Tanrı sevgisi,
Çirkinə niyə bənzəsin”!?
“Cabirin bu əta ömrü,
Duyumuna buta ömrü...
Beşik...Məzar...Kütah ömrü
“Mütləq camal”a doğrudur”...
Ən çətin zamanlarda belə həyata nikbin baxan şairdə şükranlığı görməyə bilməzsən. Aşağıdakı bəndlər bu dediklərimin bariz nümunəsidir:
Yar vəslinin müjdəsi,
Ələm nə gözəl imiş!
Sonu laylaya dönən
Naləm nə gözəl imiş!
Həsrətim uralandı...
Tənhalıq aralandı....
Sevincim sıralandı...
Lələm nə gözəl imiş...
Şıltaqlıqları- nazım...
Səsləməyim- avazım...
İki oğlum, bir qızım-
Şələm nə gözəl imiş...
Ürəyim elə vurur-
Duyacağam bir qürur!
Nəvələrim- işıq, nur,
Haləm nə gözəl imiş...
Ömrünü haqqa yozan-
Cabir toxtaq bir Ozan...
Beş bəndi tarix yazan,
Qələm nə gözəl imiş...
Qardaş,..Nəinki bu beş bənd, sənin yazdığın bütün bəndlər tarixə düşdü...Və zamanın sınağından uğurla keçib sənin yarımçıq qalan ömrünü dünyəvi edəcəkdir. Mən buna inanıram. Ruhun şad olsun. Yerində qalanları Tanrı öz himayəsində saxlasın. Bu yazım da nə müddətdir ürəyimdə
gəzdirdiyim duyğularımı sənin poeziyanla qədirbilən oxucularına çatdırmaqdır.
Şair-tədqiqatçı Yusif Hüseyn,
“Qızıl Qələm” mükafatı laureatı
18 oktyabr 2019 cu il...
Dalidag.az

Kateqoriya: Karusel / Tənqid-fikir
Tarix: 19-10-2019 17:24
Baxış sayı: 21 046
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23