Reklam
Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır - FOTO
15-09-2025 10:21

Keçmiş məcburi köçkün 113 yaşlı Xeyrənisə Baxışəliyeva bu gün doğma yurdu Kəlbəcərə qayıdıb. O, Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.
Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a onun oğlu məlumat verib: "Dörd il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə anam Tərtərə getdi ki, yolu qısalsın. Biz Tərtərdən anamı da götürüb Kəlbəcərə gedirik. İndi Suqovuşan yolundayıq".
Qeyd edək ki, X. Baxışəliyeva 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub. Onun 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 15-09-2025 10:21
Baxış sayı: 3169Yazı axını
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























