Reklam
"Nəyə görə Kəlbəcərə qayıdışda haqqı olanlar yoxdur"? – şəhid bacısı sual verir…
21-09-2025 19:48
Axır ki, səbirsizliklə gözlədiyimiz an gəldi, Kəlbəcərə köç başladı. Qayıdanlara mən yazdıqlarımın aidiyyatı yoxdur. Xeyirlı olsun, hər kəsin doğma yerlərinə tezliklə qayıtmasını diləyirəm. Mənim deyəcəyim həmin siyahını tərtib edən cənablaradı. NƏYƏ görə Kəlbəcərə qayıdışda haqqı olanlar yoxdur?Dalidag.az xəbər verir ki, bu fikirləri Birinci Qarabağ müharibəsi şəhidi, "Azərbaycan bayrağı" ordenli, kəşfiyyatçı Ülfət Ələkbər oğlu Kərimovun bacısı Xuraman Kərimova öz facebook səhifəsində paylaşıb. Şəhid bacısı fikrini belə davam etdirib:
"Birinci haqqı olanlar niyə yoxdur? - haqqı olanlar şəhidlər, qazilər olmalıdır. Şəhidlərə fərq qoymaq olmaz. HAQQI olanlar ora ilk öncə qayıtmalı idi. Aanam, qardaşım, bacım və mən bir neçə dəfə Qaçqınkomda olduq. Bizi Eldar müəllim qəbul etdi və anama söz verdi ki, siz siyahıda birincisiniz. Sənin oğlun qəhrəmandır, iki oğlun, bir qızın qazidi. Təəssüf ki, deyilən kimi olmadı, bizim adımız siyahıda yoxdur. İşğaldan öncə Kəlbəcərdə yaşadığımızı, evimizin hələ durduğunu və tam bərpa etmək istədiyimizi bildirdik. Buna icazə olmadığını dedi. Mənim sözüm Səidə xanımadır. (Səidə Bəkirqızı nəzərdə tutulur – red.) Siz kimdən yazmalı olduğunuzu səhv salmısınız, qaçqınlar qayıtmaq istəyir, amma ev vermək tanışlıqladı, get onlardan yaz, o qədər qoçaqsansa. Mənim yaşlı anam oğlunun şəhid olduğu torpaqda ölmək istəyirdi. Cənab Prezident şəhidlər üçün göz yaşı axıdır. “Qaçqınkom”da deyirlər 3000 min şəhid ailəsi var, nə edək ki…”
Xuraman Kərimova vurğulayıb.
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 21-09-2025 19:48
Baxış sayı: 3234Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar



























