Reklam
Dərslər bu tarixdə başlayacaq - RƏSMİ
11-09-2025 12:20
Bəzi universitet və məktəblərdə təhsilin başlama müddəti gecikə bilər.Dalidag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
Nazirin sözlərinə görə dərslərin hansı universitet, məktəblərdə gec başlaması ictimaiyyətə bildiriləcək.
Dərslər gec başladığı tədqirdə isə distant keçirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək
"Biz bu müəssisələrin tam siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil".
"Bu, hər il qəbul edilən qərardır. Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır".
Nazir bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinə bu məsələ şamil oluna bilər:
"Amma "Formula 1" Gəncədə keçirilmir. Ona görə də Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 11-09-2025 12:20
Baxış sayı: 3196Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























