Reklam
Yeniyetmə şahmatçıların Xocalı və Xankəndiyə infoturu təşkil edildi - Video
24-09-2025 12:39
Komitədən verilən məlumata görə, infotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi, Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər. Onlar Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olublar.
İnfotur iştirakçıları Əsgəran qala-kompleksinə, yenidən qurulan Xocalı və Xankəndi şəhərlərində, Qarabağ Universitetində olublar. Universitetlə yaxından tanışlıq, burada tələbələr üçün yaradılmış şərait məktəblilərdə xoş təəssürat yaradıb. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 24-09-2025 12:39
Baxış sayı: 379Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar






























