Reklam
Famil Museyibov: "Dünya Kəlbəcərsiz eybəcərimiş..." -ŞEİRLƏR
03-10-2019 20:25
Ziyalı adamların işığı dünyanın o başından belə düşər Vətənin üstünə. Varlığıyla torpağa, yurda bağlı olan Famil Museyibov kimi. Təsadüfən eşitdiyim səsində, uzaqdan gördüyüm simasında, “salam”ında bir işıq, səmimiyyət, ruh adamlarına məxsus özəllik duydum. Demək ki, işıq varsa, şöləsi günəş şüası kmi hər tərəfə yayılır. Müsahibinin ürəyini isidir, könlünə xoşluq ərməğan edir.
Uzaqların nisgilli səsini, qürbətin təklik ağrısını, həsrətin inləyən göynəyini şəkilləndirən misraları oxuyub düşünməmək, ağrımamaq mümkün deyil. Kəlbəcər ağrısını qürbətin soyuq divarları arasında ürəyinə yükləyən, “Vətən ürəyimin əsir qaldığı yerlərdir” deyən, Kəlbəcərsiz eybəcərləşmiş dünyanı görmək istəməyən Famil Museyibov poeziyasına səyahət ruhumun diktəsidi. Misra-misra, bənd-bənd , bəzən də status şəklində çızdığı ağrı rəsmini “oxumaq”, dərdə söykək çiyinlərini içinə çəkib ağlamaq, hönkürmək həmdərd olmağın, eyni ağrıyla ağrımağın ortaqlığıdı bəlkə də...
Sevinc QəribDalidag.az Famil Museyibovun şeirlərini təqdim edir:
KƏLBƏCƏRSİZ DÜNYA
(dostum Vaqif Səlimova)
Məndən inciməsin
ruhu incələr,
sözümdən küsməsin
qəlbi qönçələr:
Dünyanı qaranlıq
istəyirəm mən-
gözlərim az görər-
ağrım dincələr!
Bəşərə qaranlıq
arzulamıram,
zülmət istəyirəm
mən öz payıma!
(gördüyüm dəhşətdir!
pərdə tuturam
mən öz günəşimə,
mən öz ayıma...)
Bu dünya nə yaman
zəlalətimiş!!!
nadanlıq, cahillik,
cəhalətimiş!!!
Dünya başdan-
səfalətimiş-
görmək istəmirəm bu bu dünyanı mən!
Gördüyüm- könlümə
xəsarətimiş,
haqq ummaq, söz
demək- cəsarətimiş
yaşamaq çox böyük
məharətimiş-
görmək istəmirəm
bu dünyanı mən!!!
Daha mələklər də
pula satılır. Qıratlar,düratlar çulasatılır! Bakirə çula satılır!
bakirə gözəllər
dula satılır-
görmək istəmirəm
bu dünyanı mən!
Yalan don geyinib,
düzə qarışıb,
qızıl xırdalanıb
misə qarışıb,
qumaş ucuzlaşıb
bezə qarışıb...
görmək istəmirəm
bu dünyanı mən!
Başını götürüb
hara qaçasan?..
Varmı ki, bir məkan
ora qaçasan?
Üzünə tüpürüb
gora qaçasan-
görmək istəmirəm
bu dünyanı mən... Ruhum da, dünyam da
Kəlbəcərimiş!!!
Elsiz-günsüz olmaq-
dərdi-sərimiş!!!
Dünya Kəlbəcərsiz
-eybəcərimiş!!!
görmək istəmirəm
bu dünyanı mən!!!
görmək istəmirəm
bu dünyanı mən...
AĞLA, GÖZƏL
Dəvəsi ölmüş ərəbəm,
Ağla, gözəl, ağla məni!
Qəribəm, yaman qəribəm,...
Ağla, gözəl, ağla məni!
Ömrümü bad vermişəm,
Naşıya, yada vermişəm!
...Quzunu qurda vermişəm-
Ağla, gözəl, ağla məni!
Demə ki, bu yol təzədi,
Yeni dad,köhnə məzədi...
Yönüm gedər-gəlməzədi-
Ağla, gözəl, ağla məni!
DÜNYADAN BEZMİŞ İT...
Dilemma önündə
qalıb bu köpək,
bu iyrənc dünyadan
qusmağı gəir!!!
Bu pəncə qoyduğu
quru budaqdan
bəlkə də, özünü
asmağı gəlir?!...
Ruhu sakit olmur
gündə, kölgədə,
yurduna həsrətdi
doğma ölkədə!!!
...cana doyduğundan
onun, bəlkə də,
qaçıb sonsuzluqda
azmağı gəlir...
...Nə qədər karvanlar
sürübdü bu it,
dünyanın hər üzün
görübdü bu it...
boş-boş ulduza
hürübdü bu it,
hürməkdən də bezib-
susmağı gəlir...
Bu, onun yoludur-
-küçəsidirsə, niyə niyə yaşıl yanmır, keçəsidirsə?! ...ömrün ...ömrün nə zamanı,
neçəsidirsə- üstündən üstündən xətt çəkib,
pozmağı gəlir...
İÇİMDƏ DİOGEN YAŞAYIR
Dörd yanımda gül-gülüstan-
Ruhum duman, çən yaşayır.
Hər an görmək dilədiyim,
Fəqət, məndən gen yaşayır...
Dünya yaman hay-harayda,
Ha qov, çalış, qaç...nə fayda?
Mən özüm güllü sarayda-
İçimdə diogen yaşayır!!!
Ərəbin ölüb dəvəsi,
Kəsilib, gəlmir nəfəsi... Qanımda gənclik həvəsi-
Saçlarımda dən yaşayır...
Dərya kimi udur zaman,
Əl atmağa yoxdu saman!!!
Könlümdə inləyir kaman-
Deyirlər ki, “şən yaşayır!!!”
KÖNLÜM HƏR ŞEYDƏN KÜSÜB...
Tanrı yerdən üz döndərib-
Yer inciyib, göydən küsüb...
Soruşmayın əhvalımı-
Dilim gileydən küsüb!
Qan buraxır sarıqlarım,
...Cırılıb çarıqlarım,
Yaman yorulub ayaqlarım,
Dizlərim heydən küsüb!
(Nooldu sənə, kamandar?..
Dərdin böyük, koman- dar.)
...Xaric vurur kaman, tar-
Musiqi neydən küsüb?...
Bitdi...hər şey bitdi, ta!!!
Gözəl anlar getdi, ta
Qara su tək şitdi, ta—
İştaham meydən küsüb!
Bəlkə, məzəmi gəzdirirəm?
Bəlkə, özümü əzdirirəm?...
Vallah, canımı gəzdirirəm,
Ürəyim hər şeydən küsüb...
***
Yolsuz və ayaqsızyeriyə bildim;
Bir sərt qranitkən,
çürüyə bildim;
Balıqkən, dəryada
əriyə bildim-
Şair ola bilmədim...
Qələmdən, sözdən
utandım!!!
Abırdan,üzdən
utandım!!!
Şairlər, sizdən
utandım-
Şair ola bilmədim...
DÜNYA
Sənin iç üzünü tanıyanadək,
Bulandım,duruldum, çox axdım,dünya!
...Əlindən gələni səkkiz qaba çək-
Sənin də ipini buraxdım,dünya!!!
Dərd dolu heybəmi atıb çiynimə,
Mənim öz yolum var-qalxıb gedirəm.
Zatıqırıqlığın deyil eynimə-
Tüpürüb üzünə, çıxıb gedirəm!
Çox qoydum səninlə çomaq-çomağa,
Sonadək savaşa bilmədim,dünya!!!
Əlində əyilib döndüm yumağa...
...Səninlə barışa bilmədim, dünya!!!
Mən sənə alışa bilmədim, dünya…
***
İgid ər olsan da,
köhlən belində
çoxda qürrələnmə,
silah əlində!!!
vermə ehtiyatı bara
gələndə-
qurulub altında tor,
ağacının...
*
Birinin məzəsi çiçək
buyursa,
meyli nar istəsə,
qəsdinə dursa,
kökdən vurmaq üçün
qılınc sıyırsa,
neyləyər tikanı nar
ağacının?...
*
Dərya ağuşuna
alasıdısa,
dalğalar saçını
yolasıdısa,
olan olacaqdı,-
olasıdısa,
çıxanda başına dor
ağacının!!!
*
Dəhrə baltanı da
hava səsləyir-
qolu vurulacaq
bar ağacının...
...bir nakam şairi
edam gözləyir-
çiçəyi çırtlayır dar
ağacının!!!
Famil Museyibov
Dalidag.az
Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 03-10-2019 20:25
Baxış sayı: 21 178
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23