Romantik ədəbiyyatın parlaq siması: Viktor Hüqo

08-10-2019 16:31
Dünya ədəbiyyatının ən məşhur simalarından olan Viktor Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX əsr tarixinin və hər şeydən öncə fransız ədəbiyyatının parlaq bir səhifəsidir. 

Fransız mədəniyyəti tarixində o öncə şair, daha sonra isə roman və dram əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi tanınır.
Viktor Hüqo 1802-ci il fevralın 26-da anadan olub. Onun yaradıcılığına məşhur fransız yazıçısı Şatobrianın böyük təsiri olub.
İlk öncə o özünü poeziyada sınayır. Nəzm əsərləri arasında "Düşüncələr" və "Əsrlərin əfsanəsi" kimi poemaları məşhurdur. 1824-cü ildən başlayaraq yeni XIX əsr ədəbiyyatı, yəni romantizm tərəfdarları olan şair və yazıçılar mütəmadi olaraq “Arsenal” kitabxanasında gözətçi işləyən və orada yaşayan yazar Şarl Nodyenin başına toplaşırlar. Onun romantik dostlarının arasında Hüqo da vardı. Bu illərdə Hüqo öz poetik məcmuələrini çap etdirir: “Odalar və müxtəlif şeirlər” (1822) və “Yeni odalar” (1824) əsərlərini yazır.
Bununla belə, Hüqo başlıca olaraq nəsr və dramatik əsərləri ilə şöhrət qazanıb. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər", "Paris Notrdam kilsəsi”, "Edama məhkumun son günü" romanlarıdır.
Fransa siyasi həyatında da aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir. Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.
Ömrünün son illərində “Əsrlərin əfsanəsi” və “Baba olmaq mədəniyyəti” əsərlərini yazır. Dahi yazıçı 1885-ci ildə vəfat edib. 

Dalidag.az



Kateqoriya: Manşet / Karusel
Tarix: 08-10-2019 16:31
Baxış sayı: 3543
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024