Sonuncu maqnat – son roman və son film

08-10-2019 12:47
sonuncu-maqnat-son-roman-ve-son-film
“Sonuncu maqnat” Frensis Skott Fitsceraldın son romanı, ssenarist Kazanın isə son filmi oldu. Fitsceraldın romanı yarımçıq qalsa da, Kazana filmi tamamlamaq nəsib oldu.
Frensis Skott Fitscerald 1940-cı ildə vəfat etdi. “Sonuncu maqnat” romanı yazıçının vəfatı ilə yarımçıq qaldı və vəfatından sonra çap olundu. Bu roman “Möhtəşəm Getsbi” kimi Amerikan xəyalı haqqındadır. Nakam sevgi  vasitəsilə həmin xəyalın süqutu, onun , bəlkə də, heç olmadığı göstərilir. Amma Fitsceraldın ölümü bu xəyala yazılan nəzirəni, “Sonuncu maqnat” romanını yarımçıq saxlayır.
Təqribən 35 il sonra Hollivudun məşhur ssenaristi Elia Kazan həmin romanı ekranlaşdırdı. Maraqlıdır ki, “Sonuncu maqnat” Fitsceraldın son romanı olduğu kimi, romana çəkilən film də Kazanın son filmi oldu. Ancaq Fitsceralddan fərqli olaraq, filmi tamamlayandan sonra. Film tamamlansa, da uğur qazana bilmədi.
Memuarlarından görünür ki, Kazan heç ssenarini oxumadan filmin çəkilişlərinə razılıq verir. Kazan həmin vaxt xəstə olan anasını özü ilə film çəkilişlərinin baş tutacağı Cənubi Kaliforniyaya aparmalı olur. Rejissor Sem Şpiqel (“Limanda” və Devid Linin məşhur filmləri “Kvay çayı üzərindən körpü”, “Ərəbistanlı Lourensin” də rejissoru) onlar üçün rahat və şəraitli bir ev tutur. Ssenari ilə tanış olmayan Kazan dərhal “Sonuncu maqnat”ı oxuyub qurtarır. Ssenarini oxuyandan sonra səhvini anlayır.
Ssenari deyib keçməyin. Fitsceraldın yarımçıq qalan romanını gələcəyin Nobel mükafatına namizədi, ingilis ədəbiyyatçısı Harold Pinter tamamlayır. Məşhur ssenarist kimi tanınan Pinter Kazanla Londonda görüşüşür. Kazan ona ssenarini bəyəndiyini ancaq filmin əsasını təşkil edən sevgi hekayəsində problemlərin olduğunu deyir və: “Mənə elə gəlir ki, hər şey sanki suyun altında baş verir”, − deyə etiraz edir. Aldığı cavab isə heç xoşuna gəlmir: “Onsuz da, hər şey elə olmur?”
Kazandan əvvəl filmin rejissoru kimi Mayk Nikols, baş rola isə Dastin Hoffman təklif edilir. Ancaq Spegel Cek Nikolsonu seçir. Kazan isə baş rolu Robert de Niroya verir. Nikolson da filmə çəkilir, ancaq baş rola yox. O, filmin son 15 dəqiqəsindəki əsas hissənində birlik lideri roluna çəkilir.
Məlumdur ki, əsərin qəhrəmanı Monro Star Hollivudun məşhur rejissorlarından İrvinq Talberqdir. 1937-ci ildən bəri Talberqin adına xüsusi “Oskar” mükafatı var: “Irving Thalberg Memorial Award.” Bu mükafatı kimlər alıb deyə soruşsaz: Uolt Disney, Stiven Spilberq,  Sesil Blaunt Demil, Uilyam Uayler, İnqmar Berqman və Sonuncu maqnatın rejissoru Spegel, deyərik. Gəl gör ki, Kazanın adı burada yoxdur.
Əlbəttə, “Sonuncu maqnat” bioqrafik romanı deyil. Fitsceraldın romanda Talberqə olan rəğbətini görünür və xəyali bir kimlikdən danışılır. Fitscerald Talberq haqqında belə deyir: “Talberq həmişə məni ovsunlayıb. Onun cazibəsi, yaraşığı, uğurları və s. Onun haqqında yazdıqlarım həm xəyal, həm də real ola bilərdi.”

Filmin çəkilişləri zamanı Kazanın xəstə anası vəfat edir. Kazanın memuarlarında oxuyuruq: “Evdə sükutdur. Son ironiya gizlənib bu sükutda. Artıq rahatam. Üzərimdəki böyük stressdən azad oldum.”
Ancaq filmin stressi hələ də davam edir. Son çəkilişlər tamamlanıb, filmə baxılıb. Bəzi dəyişikliklər edilə də bilər, edilməyə də. Əlavələr isə çox pul istəyir.
Filmin ilk nümayişində Pinter də iştirak edir və filmi bəyənir. Kazan və Spegeli təbrik edir. De Nironun rolu çox xoşuna gəlir. İngird rolu ilə Kazanın daha uğurlu olduğunu düşünür.
“Paramount” şirkətinin rejissorlarından Barri Diller də filmə baxır. “Çox gözəl filmdir”, − deyir.
Film operator Vik Kemperin xoşuna gəlmir. Filmə baxdığı halda Kazana təəssüratlarını demir. Kazan da başa düşür ki, film xoşuna gəlməyib. Bir ay sonra daha çox insan filmə baxır. Ancaq salonda hamı susur. Spegelin yaxın dostu Corc Stovens: “Mitçum çox yaxşı oynayıb”, − deyir. Robert Mitçum, əslində, filmdə epizodik rolda (romanda da elədir) oynamışdı. İzləyicilər gedəndən sonra salonda qalan Kazan və Spigel filmin gəlir gətirməyəcəyini və uğurlu alınmadığını başa düşürlər.
1970-ci illər Hollivudun xüsusi dövrlərindən biridir. Bu utopik dövr təxminən 10 il davam edir. Bu dövrdə film sektoru studiya rəhbərlərindən həqiqi mütəxəssislərə və rejissorlara keçir. Ancaq çox keçmədən əvvəlki vəziyyət bərpa olunur. Bu dövr kino tarixi üçün unudulmaz filmlərlə yadda qalıb. Heyf ki, “Sonuncu maqnat” filmi həmin filmlər sırasında deyil.
 
Tərcümə etdi: Tahir Ağa
Dalidag.az



Kateqoriya: Karusel / Tərcümə
Tarix: 08-10-2019 12:47
Baxış sayı: 3359
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024