Motsart haqqında əfsanələr

08-10-2019 13:38
Bütün dahilər və məşhurlar kimi onun da haqqında əfsanələr dolaşmaqda idi...

                                             Birinci əfsanə 

Motsart çox ağıllı idi və o, hər şeydə çox bacarıqlı idi. O, asanlıqla hər şeyə nail olurdu.

Sözsüz, Motsart musiqi aləmində bir dahidir, o, fenomal bacarıqlara sahib idi. Lakin onun şah əsərlərinin arxasında böyük əmək gizlənir. Motsartın dahiliyi 3 yaşından etibarən biruzə olunur. Onun atası, Zalsburq knyazının sarayında xidmət göstərən məşhur pedaqoq və musiqiçi, dərhal oğlunun təhsili ilə məşğul olmağa başlayır. Balaca Motsart öz bacısının ardıyca pyesləri təkrar edirdi və onları asanlıqla yadda saxlayırdı.

Artıq dörd yaşında olarkən o, öz ilk konsertini verir, altı yaşında isə klavesina, skripka və orqanda çalırdı.
Motsartın ilk turnesi başlayanda onun heç altı yaşı da yox idi. Bacısı Anna ilə o, Avropanın yarısını gəzir. Bir neçə il ərzində onlar Münhendə, Parisdə, Venada, Londonda, Hollandiyada və İsveçrədə konsertlər verirlər.Tamaşıçılar gözü bağlı şəkildə çala bilən, nəhəng musiqiçilərlə yanaşı çətin pasajlar ifa edə bilən uşağa heyrətlənirdilər.
Motsartın fortepiano və skripka üçün bəstələdiyi sonatları ilk dəfə Parisdə dərc olunarkən onun səkkiz yaşı var idi.
Təbii ki, uşaqları belə səfərlər yorurdu. Yolda Volfqanq və bacısı tez-tez xəstələnirdilər və hətta ölümlə qarşılaşmışdılar. Motsartın vəfat etmə səbəbini onun uşaqlıqda keçirdiyi xəstəliklərdə görürlər.
Səfərlər zamanı Motsart çox saylı bəstəkar və musiqiçilər ilə tanış olur, müxtəlif musiqi üslublarını və dilləri mənimsəyirdi. Bəlkə də Motsart yeganə bəstəkardır ki, musiqinin müxtəlif janrlarına və formalarına sahibdir. Məsələn, bunlara simfoniya və konsert, divestisment və kvartet, opera və messe, sonat və triolar aiddir. Motsart 600-dən çox musiqi əsərlərinin müəllifidir.

                                                    İkinci əfsanə 

Motsart yoxsulluq içində yaşayıb; onun dövrünün müasirləri Motsartın istedadını qiymətləndirmirdilər


1782-ci ildə Motsartın «Saraydan qaçırma» operası çox məşhurlaşır. Bir neçə il ərzində o, çox saylı fortepiano konsertləri verir. Bəzən o, konsertlərdən gəlir almasa da, əksər hallarda ona yüksək qonorar verirdilər. Müqayisə üçün deyək ki, Motsartın illik əmək haqqısı 350 florin təşkil edirdi, bir konsertə görə isə Motsart atasının əmək haqqısından üç dəfə çox pul alırdı.
Motsartın şəxsi yazışmasından məlum olur ki, onun ailəsi xalq arasında deyildiyi qədər kasıb deyil.
Lakin Motsart çox bədxərc idi. Bir dəfə konsertdən aldığı həddindən artıq yüksək məbləği Motsart iki gündə xərcləmişdi.

                                                     Üçüncü əfsanə

 Motsart kimsəsiz dəfn olunub


Motsart kasıblar üçün qəbirstanlıqda dəfn olunub… Son mənzilə qədər onu yalnız bir insan müşahidə edib. Motsartın həyat yoldaşı dəfn etməyə getməkdən imtina edib… Ailənin ən yaxın dostu Sviten Motsartın dəfn olunmasına pul ayırmağa xəsislik edir…
Lakin bu məlumatlar həqiqəti əks etdirmir.
Yeni Avstriya imperatoru İosifin apardığı islahatlar arasında dəfn olma prosesinə aid islahatlar da var idi. Bu islahatlara əsasən, insanları artıq şəhər kənarında dəfn edirdilər. Dəfn olunma prosesinin özü isə olduqca asanlaşdırılmışdı. 85% dəfnləri ümumi qəbrlərdə həyata keçirirdilər. Qəbrlərin üzərində heykəl, yazı qoymağa icazə verilmirdi. Hər 7-8 ildən bir qəbrləri təzədən qazıb başqa insanları basdırırdılar.
Motsartın həyat yoldaşı dəfn olunma prosesində iştirak etmir. Çünki buna icazə yox idi.
Motsartın “xəsis” dostu Stiven isə bir neçə il ərzində Motsartın oğullarının təhsilini ödəyirdi, onun şərəfinə konsertlər təşkil edirdi.
                                                     
                                                        Dördüncü əfsanə

Masonlara qurban verilib


Motsart onun dövrünün müasirləri kimi masonluq ideyaları ilə maraqlanırdı və masonların bir üzvü idi. Onun sonuncu operası «Sehirli fleyta»-ya mason mövzuları və alleqoriyalı daxil edilmişdir.
Daha sonra isə guya Motsart öz gizli icmasını yaratmaq qərarına gəlir və buna görə masonlar onu cəzalandıraraq kimsəsiz dəfn etmələrini təşkil edirlər və Motsartın qəbrindən onun kəlləsini oğurlayaraq öz ayinlərində istifadə edirlər.
                                                       
                                                        Beşinci əfsanə

Motsart və Salyeri


Motsartın vəfatından dərhal sonra onun zəhərləndiyi haqqında mülahizələr irəli sürülür.
Daha sonra isə Motsartın vəfatından 30 il sonra onun rəqib bəstəkar Salyeri tərəfindən zəhərləndiyi haqqında şayələr yayılır. Lakin iki bəstəkarın düşmənçiliyi haqqında heç bir sübut yoxdur.

Dalidag.az



Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 08-10-2019 13:38
Baxış sayı: 768
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını