Reklam

Rafiq Yusifoğlunun “Sevdalı ömür yaşadım” kitabı haqqında
14-10-2019 13:18

Doğrudan da, Rafiq Yusifoğlu “Sevdalı ömür yaşadım” deməyə tam haqqı olan bir insandır. Bunu onun keçdiyi şərəfli ömür yolu və yazdığı müxtəlif janrlı əsərlər təsdiqləyə bilər. Onu yaxından tanıyan, yaradıcılığından xəbərdar olan bütün insanlar təsdiqləyə bilər ki, Rafiq Yusifoğlu ömrü boyu sevilən insan, ziyalı, pedaqoq, şair, alim olmuşdur.
Mən sevdalar diyarında
Olub ulu şah yaşadım!
Bir kimsəyə əyilmədim,
Ömrüm boyu şax yaşadım!
Az dodaqdan söz çəkmədim,
Az ocaqdan köz çəkmədim,
Gözəllərdən göz çəkmədim,
Edib yüz günah yaşadım.
Yarı yalan, yarı doğru,
Hey can atdım yara doğru.
Ürəyimdə nisgil, ağrı,
Dodağımda ah yaşadım.
Danışanda sözüm güldü,
Nəfəsinlə közüm güldü,
Həmişə bir gözüm güldü, –
Gah ağladım, gah yaşadım...
Qonaq çağır yar, odana!
Alovlanım yar oduna!
Ömrüm boyu Yaradana
Aparıb pənah yaşadım...
Bu misralarda şair öz daxili dünyasını əks etdirə, keçdiyi ömür yolunun səciyyəvi cizgilərini bədii sözlə əks etdirə bilmişdir.
Rafiq Yusifoğlunun “Sevdalı ömür yaşadım” kitabına onun ömrünün ixtiyar çağında, son iki ildə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərdə müdrik insanın həyat və cəmiyyət, vətən, təbiət, sevgi haqqında bənzərsiz düşüncələri öz əksini tapmışdır.
Kitabdakı şeirlər mövzularına uyğun şəkildə “Hikmət xəzinəsi”, “İşaran həsrət közləri”, “Düşüncələr”, “İstanbullu sətirlər”, “Amerika dəftərindən”, “Bodrumda düşüncələr”, “Sevgi qəfil gələn selə bənzəyir”, “Təmsillər və tikanlı misralar”, “Rus və alman dilinə tərcümə edilmiş şeirlər” bölmələri altında toplanmışdır. Şeirlərin hamısı fikir, məna yüklüdür. Deyim tərzinin gözəlliyi, mükəmməl bədii sənətkarlıq bu əsərlərin təsir gücünü qat-qat artırır.
Ümid edirik ki, Rafiq Yusifoğlunun əvvəlki əsərləri kimi “Sevdalı ömür yaşadım” kitabını da ədəbi ictimaiyyət və oxucular maraqla qarşılayacaqlar. Ömrünün 70-ci baharını qarşılamaq ərəfəsində olan qüdrətli şairimizə, “ədəbiyyatımızın Məcnunu”na möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Dalidag.az




Yazı axını
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
