Reklam
Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd edilib
22-10-2019 22:54
AMEA-dan bildirilib ki, tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin həyat yolundan, zəngin yaradıcılıq fəaliyyətindən danışıb. Bildirib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində davam etdirib, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib.
Direktor qeyd edib ki, Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il ədibin 100 illik yubileyi münasibətilə muzeyin əməkdaşları araşdırma və tədqiqatlarını davam etdiriblər. Nəticədə "Ərtoğrol Cavidin musiqi əsərləri”, "Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrlər ərsəyə gəlib.
G.Babaxanlı yubileydən öncəki illərdə də muzey tərəfindən "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin, "Balamın məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, "Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və "Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” nəşrlərinin çap olunduğunu bildirib.
Tədbir çərçivəsində, həmçinin Ərtoğrol Cavidin zəngin irsini əks etdirən kitablar, sənəd və fotolardan ibarət sərgi nümayiş etdirilib.
Dalidag.az
Kateqoriya: Karusel
Tarix: 22-10-2019 22:54
Baxış sayı: 3491Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























