Bu gün Türkiyə Cümhuriyyət Bayramını qeyd edir. Dalidag.az xəbər verir ki, 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində ölkədə Türkiyə Cümhuriyyəti elan edilib. 29 oktyabr Cümhuriyyət Bayramı hər il Türkiyə və Şimali Kipr Türk Respublikasında qeyd olunur. 1925-ci ildə çıxarılan qanunla həmin gün bayram elan edilib. I Dünya Müharibəsindən sonra məğlubiyyətlə üzləşən Osmanlı İmperatorluğu süquta uğradı. 1920-ci ildə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Kamal Atatürk "Ya

Vaxtı ilə ibn Sina hey düşünər, özünə suallar verərdi: «Doğrudanmı insan ölməkdən ötrü yaşayır? Nə üçün bütün ömrünü bilik əldə etməyə sərf edən alim kifayət qədər biliyi əldə edəndən sonra o saat ölür». Böyük loğmanı düşündürən bu problemlər Nizami Gəncəvini də düşündürmüşdü. Bəzi tədqiqatçıların fikrincə, İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır. Deyirlər ki, Əbu ibn Sinanın şöhrəti Qurqan şahı Kabusa

Bu gün dilbər guşələrimizdən biri olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görürdü.

Hazırda dünya türkoloqları ortaq türk əlifbasında 34 hərfin olmasını təklif edirlər. Dalidag.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, ortaq türk əlifbası bir dəfə hazırlanaraq qəbul edilib. 1992-ci ildə Türkiyədə keçirilən tədbirdə Azərbaycanın Təhsil naziri Firudin Cəlilov tərəfindən hazırlanmış latın qrafikalı əlifba bütün türkdilli dövlətlər üçün ortaq əlifba kimi

Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında AYB üzvü, tarix elmləri doktoru, professor Şahin Fazilin tanınmış şair Ramiz Qusarçaylıya həsr etdiyi “Sözləri ecazdı Qusarçaylının” kitabının təqdimat və imza günü tədbiri keçirildi. Tədbiri açıq elan edən Ramiz Qusarçaylı tədbir iştirakçılarını salamladıqdan sonra region yazarlarını qonaqlara təqdim etdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov uzun

Sumqayıtın "Dostlar klubu" da bu layihənin uğurla reallaşmasına diqqət göstərir. Müəlliflərinin tanınmış türk şairi Coşqun Karabulut və şairə-həkim Nazilə Gültac olduğu bu geniş əhatəli layihə çərçivəsində Azərbaycana gələn türkiyəli şair və yazıçılar Sumqayıtın 70 illiyinə həsr edilmiş Poeziya günündə, yubileyqabağı şənlikdə iştirak etmişlər Onlar Azərbaycana əliboş gəlməmişdilər.Coşqun Karabulutun məsləhəti ilə şairə-həkim Nazilə Gültacın tərcümə etdiyi, 10 türk şairinin şeirlərinin

Tural Turan Zaman-zaman ədəbiyyatımız dövrlərə, nəsillərə bölünərək tədqiq olunub, aşılanıb. Hazırkı çağımızda da ədəbiyyatın istər nəsr, istərsə də nəzm, poeziya sferasının bir hissəsini dövrün ədəbi gəncləri təşkil edir ki, bu da daha bir yeni nəslin varlığını ədəbiyyatda ehtiva edir. Türk dünyasının böyük şairi Rüstəm Behrudi onun şeirlər kitabına ön söz yazarkən kitabdakı mətnlərin bədii məziyyətindən yola çıxaraq deyir: “Sənin şeirlərində fəlsəfi düşüncə misralarına süzülən istedadın

Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür. Dalidag.az-ın məlumatına görə, 1995-ci il oktyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. Qatar tuneldə alışdığından və xilasetmə əməliyyatının lazımi səviyyədə olmaması səbəbindən faciənin miqyası böyük olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv

Əhməd Nəcib Fazil Qısakürək türk ədəbiyyatının parlaq simalarındandır. Müasir türk mütəfəkkiri, şair və yazıçıdır. Nəcib Fazil Qısakürəyin aforizmlərini Dalidag.az-ın oxucularına təqdim edirik: ♦ İki cür insan vardır — zaman keçdikcə xətalarıyla üzləşən, zaman keçdikcə üzsüzləşən. ♦ Yola çıxdıqlarınla yolda tapdıqlarını dəyişərsən — həm yolu itirərsən, həm dostlarını. ♦ Ayağın daşa ilişərsə «Allah kahr etsin» belə deməməlisən. Dua etməlisən ki, daşa ilişəcək ayağın var. ♦ Aldığımız nəfəsi belə

...Sən məndə var olan ilahi adam, mən səndə yaşayan bəxtəvər qadın... Dalidag.az Sevinc Qəribin şeirlərini təqdim edir: MƏN OLSAYDIM... Güzgüdəki mənəm?!. ...yox, mən deyiləm, mən olsaydım- təbəssüm toxuyardı kipriklərim, duyğu misralanardı gözlərimdə, şeir dillənərdi baxışlarımda... Mən olsaydım- üşüməzdi əllərim, ağlamazdı saçlarım, ağrımazdı qollarım. Mən olsaydım- yıxılmazdım sənsizlik adlı ağrının ayaqlarına, yoxluğuna bürünmüş dünyanın havasızlığından asmazdım nəfəsimi, sükutu
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024