Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır. Dalidag.az bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib. Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair

"Gün gəldi, onu bu kədərlə "mükafatlandıran" sahiblərinə də elə bu kədərin özündən pay düşdü; uzun müayinələrdən sonra sahibəsinin də onlara övlad sevinci bəxş edəcək orqanı götürüldü..." Dalidag.az Hicran Hüseynovanın hekayəsini təqdim edir: DƏRDLİ PİŞİK HAQQINDA BALLADA... H ekayənin mərkəzində insan durmur...amma həm də durur. Onun dünyasının rəngi solmuşdu. Yox, soldurmuşdular bu dünyanın rəngini. Özünə qalsa, daha düzü, təbiət qanunlarına qalsa, bu dünyanın rəngləri hələ indi-indi bəlli

Rəşid Behbudov Fondunun baş direktoru Kamil Şahverdi Cahangir Cahangirovun “Arazın o tayında” simfonik poeması ilə bağlı olduqca maraqlı məqama toxunub. Dalidag.az xəbər verir ki, K.Şahverdi görkəmli bəstəkar Cahangir Cahangirovun 1949-cu ildə, 28 yaşında ikən özünün həm peşəkarlıq, həm ideya, mövzu, həm də tarixi mahiyyəti baxımından möhtəşəm bir əsəri – “Arazın o tayında” simfonik poeması üzərində işini başa çatdırdığını bildirib. “Əsər elə həmin il, 1949-cu ildə ilk dəfə Bakıda ifa olunur.

Oktyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Dövlət və hökumət rəsmilərinin, habelə respublikanın tanınmış mədəniyyət və

İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib. 1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu cür addım atmış yeganə adam

“Mən də öz dövrümdə filosof olmaq üçün çalışdım, amma necə oldu bilmirəm nəşə hər zaman araya girib işi pozdu”. Oliver Edvards Nə qədər qəribə olsa da tarix şən insanların çox az olduğunu göstərir. Əsas da filosoflar komediya ustaları qədər bədbəxt olmaları ilə tanınırlar. Ama Epikür onlardan biri deyil, onun pis şöhrəti tamam fəqli növdəndir. Daha çox dəbdəbəli yaşam və cinsi həzzin baş rahibi, acgöz və şorgözlərin filosofu olaraq tanınması necə də acınacaqlıdı. Amma heç də elə biri deyildi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Zəngilan rayonundan olan ziyalılar iştirak ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadın olub! Qətllər ona inanılmaz zövq qazandırırdı. Bu qadın yüzlərlə insanı birbaşa olaraq, öz əli ilə qətlə yetirmiş və “Ən məşhur ardıcıl qətllər törədən qatil” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isə qrafinya Yelizaveta Batori (1560-1614) idi. O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bununla yanaşı, öz ağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın ən təhsilli gəlinlərindən biri idi. Yelizaveta

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

Şekspir Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var. Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024