Reklam
Ulyam Şekspir kimdir?- 200 illik mübahisə...
29-10-2019 19:24
Şekspir Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var.
Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden qədim ingilis famillərinə məxsus idi və uğurlu tacirin qızı idi.
Məktəb illəri barədə də məlumat yoxdur. Hesab edilir ki, Şekspir Stretfordun «qrammatika məktəbində» təhsil almışdı. Dəqiq məlumdur ki, Şekspir evlənəndə 18 yaşı vardı. Çox guman ki, nişanlısı Enn Xezevey artıq hamiləydi. Bu qız ondan 8 yaş böyük idi. Tezliklə onların Süzanna adlı qızı və daha sonra əkizlər – Xemnet adlı oğlu və Cudit adlı qızı doğulur. Oğlu Xemnet körpəykən vəfat eləyir.
Uilyam universitetdə oxumayıb. Deyirlər ki, Şekspir əvvəl ət dükanında köməkçi işləyib. Sonra Tomas Lüsi Çarliqtounun torpaqlarında maral öldürdüyünə görə qaçmalı olub. Bir daha Şekspirin adı 7-8 il sonra London dramaturqu Robert Qrinin pamfletində çəkilir. Burada pyes yazmağa ürək eləmiş ədəbsiz aktyor barədə xəbərdarlıq vardı.
Pyes yazmağa ürəklənmiş ədəbsiz aktyor
Dünya təfəkkürünü dəyişməyə qadir dramaturqun həyatından olan çox az məlumatlarla qane olmayanlar onun bioqrafiyasını əfsanəvi şəxsiyyətin yaradıcılığında, süjetlərdə və qəhrəmanların dioloqlarında axtarırlar. Şekspir bioqrafiyası onun yaradıcılığında, xüsusilə də şerlərindədir. Şekspirin 4 faciəsini – «Romeo və Cülyetta», «Hamlet», «Otello» və «Kral Lir»i tənqidçilər gənclikdən qocalığa doğru yaşların faciəsi hesab edirlər. Şekspir əsərlərindən az-çox xəbəri olanlar kişilərin tez-tez qadın paltarı geyib cinsini dəyişmə epizodlarına yəqin ki, sakit yanaşır. Amma bioqraflardan bəziləri homoseksual hisslərin aydın ifadələrini aşkarlayıblar. Bu xüsusilə də sonetlərdə gözə çarpır. Məsələn 154-cü sonetin girişində hətta inisialların göstərilməsiylə ithaf da verilib. Sonetlərdə «böyük cazibəsi olan gözəl cavan oğlana», «mənim ehtirasımın sahibi» tez-tez səslənir və müəllif bəzən cavan oğlan və qarabuğdayı xanım arasında olan seçim qarşısında aciz qalır. Buna baxmayaraq Şekspir sonetləri yüksək poeziyanın kamil nümunələri kimi qalmaqdadır.
Komediyaları oxumurlar, komidiyalara baxırlar
Əksəriyyətin savadsız olduğu İngiltərədə teatr əhalinin bütün qatlarıyçün rahat qavranan sənət kimi çox aktual idi. Kitab çapı ciddi senzura edilsə də teatrlar daha azad idi. Səhnə və tamaşaçı arasında canlı təmas vardı və səhnəyə dövrün ən aktual problemlərini çıxarırdılar: hakimiyyəti tənqid edir, dəbdə olan qüsurlara gülür, qəhrəmanlıarı tərifləyirdilər. 16-cı əsrdə puritanlıq yayılmışdı və həmən nöqteyi nəzərdən teatr ədəbsizliyi, ikiüzlülüyü, əxlaqsızlığı təbliğ eləyən ziyanlı bir əyləncə sayılırdı. Tez-tez taun epidemiyasından seyrələn Avropada bir şəhərdən o birinə səfər eləyən aktyor truppası xəstəlik yaymaqda günahkar bilinirdi. Bununla belə teatr elə bir yer idi ki, camaat hakimiyyətlə birgə, aristokratiya ilə yanaşı eyni tamaşaya baxa bilirdi. Şekspir Londona gələndə teatrda ağalar tamaşaya baxarkən atların keşiyini çəkməklə pul qazanırdı. Sonra vəzifəsini artırıb səhnə arxasına keçirirlər. Burda o, rolların köçürülməsi, aktyorların vaxtında çıxışının təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul idi. Yalnız bir-neçə ildən sonra Şekspir ilk, amma kiçik rolunu ala bildi. Amma yaxşı aktyor olmaq Şekspirin qismətində yoxuydu. Yazmaq daha yaxşı alınırdı. Şekspir yaradıcılıqçün əlverişli dövrdə yaşayıb. Onun işi çox olardı, tamaşalar az qala hər gün gedirdi. 1595-ci ildən Şekspir «Lord Çemberlenin truppası»nın pay sahiblərindən biri olur. 1899-cu ildən «Qlobus» teatrının, 1608-ci ilədn isə Dominikan teatrının sahiblərindən birinə çevrilir.
Dahi mistifikator
Belə fikir var ki, London aktyor truppasının payçısı, stretfordlu Ulyam Şekspir əslində bütün bu əsərlərin əsil müəllifi deyil. Əsil müəlliflər sırasında Fransis Bekon, Kristofer Marlo, qraf Retlend, hətta kraliçə Yelizavetanın adı çəkilir. Artıq 200 ildir ki, dahi dramaturq, şair və dövrlərin ən dahi yazıçısı sayılan Uilyam Şekspirin kim olması barədə mübahisələr gedir. Heç kim Mikelancelonun, Rafaelin, Arximedin və Safoklın kimliyində şübhə eləmir. Əgər insanlar 200 ildir başını sındırırsa, deməli burda nəsə var.
Şekspir əsərlərinin tədqiqi təsdiqləyir ki, bu insan 20 - 25 minlik söz lüğətinin sahibiymiş. Dövrünün məşhur filosofu Frensis Bekonun 9-10 min söz lüğəti vardı. Müasiri olan ali savadlı ingilis 4 mindən artıq söz işlətməzdi. Oksford universiteti xəbər verir ki, Şekspir ingilis dilinə 3200 yeni söz bəxş edib. Bu onun müasirlərinin hamısının birgə elədiyindən də artıq nəticədir.
Müəllif fransız dilini, italyan, latın dilini yaxşı bilir və bir qədər yunancadan məlumatlıymış. İngiltərənin tarixini gözəl bilir və qədim tarixdən də xəbəri vardı. Şekspir yunan-roma mifologiysını, ədəbiyyatı və tarixini bilərək əsərlərində nəinki tərcümədə, həm də originaldan istifadə edirmiş. Alimlər onu da ahkarlayıb ki, Şekspir ingilis tarixiylə bərabər hüququ, bəlağət elmini, musiqini, botanikanı, təbabəti bilir, hərb və dəniz işindən də yaxşı baş çıxarırmış. Şimali İtaliyanı, Paduya və Venesiyanı beş barmağı kimi tanıyırmış. O, hətta saray epitetlərini, titullarını, zadəgan əsilzadələrinin danışıq tərzini də bilirdi.
Görək stretfordlu Şekspir haqqında sənədlərdə nə yazılıb? Əvvəl onun haqqında heç kim heç nə bilmirdi. Həyatı boyu onun yazıçılığı barədə iz qoyan bir sənəd tapılmayıb. Ölmündən 50-100 il keçmiş izləri və sənədləri axtarmağa başladılar. Məlum oldu ki, onun valideynləri və uşaqları da savadsız olub. Onun əliylə yazılmış bir qırıq kağız da qalmayıb. Onun kitabxanasından bir kitab da yoxdur. Hər hansı yazıçıdan zaman keçmiş əlyazmamı, ya bir kitaba avtoqraf olsa belə tapılır. Onun müasirləriylə yazışmasından məktub, ya da haqqında bir yazı da tapılmayıb. Müasirlərindən hes kim «Mən bu gün bizim aktyor, dramaturq Şekspiri gördüm» kimi bir kəlməni qeydə almayıb. Nə sağlığında, nə də ölümündən sonra heç kim onu şair və dramaturq adlandırmayıb. Elə bil ki, İngiltərədə belə yazıçı heç yoxuymuş!
Şaksper adlı kiçik ticarətlə məşğul olan sələmçinin fəaliyyəti haqqında bəzi sənədlər qalıb. O, qonşuları dəmirçi və aptekçini borc üstündə məhkəməyə verərək uzun müddət izləyirmiş. Aktiv alıcılığı barədə də sənədlər var. Amma ilkin təhsilini təsdiqləyən sənəd yoxdur. Deyirlər ki, o, ibtidai kilsə məktəbində təhsil alıb. Onu da deyirlər ki, atası onu məktəbdən tez ayırıb əlcəkçi şəyirdliyinə verib. Bu o vaxtlar üçün adi hərəkət idi. Əgər belədirsə Şekspir bu səviyyəli savadı harda ala bilərdi? Bəzi alimlər hesab edir ki, Şekspir 6–cı Eduardın kral məktəbinə gedib təhsil alırmış. Orada o, antik şairlərin yaradıcılığını öyrənirmiş. Amma məktəb jurnalları qalmayıb, ona görə də dəqiq fikir yürütmək çətindir.
Şekspirin vəsiyyətnaməsini gözdən keçirək. Bu sənədi Şekspirin sözlərindən notarius qələmə alıb. Bu sənəd də 100 il keçmiş tapılıb. Orda qaşıq-çəngəllər, bir neçə nəsil əvvələ hesablanmış pullar, faizlər, penslər, bir sözlə hər şey haqqında yazı vardı. Hətta evin qab-qaşığı və çarpayısı da yad edilmişdi. Amma bir cümlə də kitablar haqqında söz yoxuydu. Axı kitablar da o vatx çox baha idi. Bəs Şekspirin əlyazmaları hanı? Axı bu ad hələ sağlığında tanınırdı, onun pyesləri və sonetlərinin ardıncı sürünənlər vardı. Bəs nəşriyyata sonetlər hanşı şəkildə verilirdi? Bu da məlum deyil. 2 funta görə qonşuları məhkəməyə verən Şekspir əlyazmaları necə unuda bilərdi? Axı bu əlyazmaya görə 6 funt qazanardı. O rəhmətə gedəndə 18 pyesi nəşr olunmamış qalırdı. Onlar barədə də bir cümlə də yazılmamışdı.
Şekspir Stretfordda dünyasını dəyişəndə İngiltərədə bir nəfər də dahinin şərəfinə bir cümlə də demədi (!?). Şekspirin ölmünü Stretford kilsəsində «25 aprel. 1616-cı il. Uill Şaksper rəhmətə getidi. Centlimen.» yazısı təsdiqləyir. O vaxtlar belə bir adət vardı ki, hətta məşhur olmayan sənətkarın ölümünə elegiyalar yazılırdı. Bu ithaflar çox olardısa kitab şəklində çap olunardı. Bəzən küçələrdə yürüşlər də təşkil edilərdi. Onun tamaşalarında göz yaşları tökən tamaşaçılar belə dramaturqu yad eləmək istəmədi?
Bəzi alimlər hesab eləyir ki, «Shakspere», yaxud «Shaksper» adını Şaksper kimi oxumaq olar. Şekspir imzasıyla yazılan əsərlər bizə əsas vermir ki, onların eyni adam olduğunu düşünək. Amma onu da nəzərə almaq lazımdı ki, o dövrün adlarının yazılış qaydası hələ oturuşmamışdı və kilsə sənədləri arasında ciddi fərqlər müşahidə edilirdi.
1997-ci ildə işıq üzü görmüş bir kitabda isə qraf Retlend, Rocers Menners və Filip Sidni adlı şairin qızı Elizaveta Retlendin Şekspir ləğəbi altında yazması barədə versiya şekspirşünasları şoka saldı. Şekspir adıyla bağlı tədqiqatlar hələ də davam eləyir və Şekspir şəxsiyyətini «Dahi Mistifakasiya» adlandırmağa əsaslar gördüyünüz kimi az deyil.
Ölmək incəsənəti
Adıçəkilən faktlara qarşı çıxan və özünü streftfordçular adlandıran dəstə Şekspirin şəxsiyyətində şübhələri kənara atıb onu müdafiəsinə fikir yürüdürlər. 30 yaş ərəfəsində əyalət şəhərində böyüyüb uğurlu ailə qurmuş bir kişini yaşadığı mühiti atıb şəhərə gəlməyə nə məcbur eləyə bilərdi? Onun qoşulduğu insanlar bəzən nəinki tamaşa oynamağa, heç yatmağa yer tapmırdılar. Londonun ictimai teatrları Şekspir şəhərə gələndən sonra tikilməyə başladı. O özünün təminatlı həyatını avara təlxəklərlə birlikdə keçirməyə dəyişdi. Amma bu mühitdə o özünü təsdiqləyə bildi. O artıq oynanılmış pyesləri vərəqləyə-vərəqləyə özününküləri yaratmağı öyrəndi. Aktyorlar arasından seçilib truppanın pay sahiblərindən oldu. Sonra o qədər pul toplaya bildi ki, hətta zadəgan adını da satın ala bildi. Biz Şekspirin real həyatından heç nə bilməsək də mühit haqqında çox şeyləri bilirik. Burada aristokrat patronlar, saray əhli gəzişir, kraliçənin özünü tamaşalarda görmək olardı. Kubar ailələr yazıçıları evə dəvət eləyirdi ki, pyeslərin ssenarilərini sifariş versinlər. Burda adətlərin azadlığı hakim idi, epikürçülük- eyş-işrət, homoseksuallıq bəzən komediantlarla aristokratiyanı bir-birinə yaxınlaşdırırdı. Bu mühitdə qeyri –adilik qiymətləndirilirdi və əyalətdən gəlmiş Şekspir burda itib-batmadı.
Şekspirin həyatında başqa bir dönüş nöqtəsi anadan olduğu yerə qayıtması anı idi. Teatr aləmiylə qəfil əlaqələrin kəsilməsi uzun illər unutduğu ailəsinin qayğısına qalmaqla yəqin ki, izah edilə bilməz. Xəstəlik? Həyatdan yorulmaq? Ömrün sonuna yaxın fəlsəfi düşüncələr? Biz bunu bilməyəcəyik, biz yalnız fərziyyələr yürüdə bilərik. Şekspirin vəsiyyətnaməsinə gələndə isə o, ciddi xəstəlik vaxtı tərtib edilib, burda fəlsəfi düşüncələrə yer ayırmaq da yersiz olardı. Bir də ki, savadsız varislərə kitabları miras qoymaq nəyə lazım idi. Onsuz da onlar kağızdan baş çıxarmırdılar. Bəlkə də London həyatıyla vidalaşanda Şekspir bütün əlyazmalarını məhv eləyərək vətənə əliboş qayıtmışdı. Axı bütün pyeslər oynanılmışdı, nağıllar danışılmış və bütün ruhlar vətənə buraxılmışdı. Sonrası – sükut…
Ədəbiyyatın «Zoluşka»sı
Ölümündən sonra Stretfordda Şekspirə qəbrüstü abidə qoyurlar. Həmin abidə indiyədək ilkin şəkildə dayanıb, çünki qəbrin üstündəki qarğışı heç kim boynuna götürmək istəmir: «Dostum, Tanrı xətrinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq». Bu yazı onunçün idi ki, arvadının yanında dəfn edilməsinə imkan verməsin.
Şekspirin qəbüstü abidəsi yazıçıdan daha çox kolbasa bişirən, ya da dərzini xatırladır. Onun əlində qələm, ya kağız əvəzinə bir boxça var. Bu abidə Şekspirin ölümündən 6 il sonra qoyulub və çox guman ki, ortabab heykəltaraşın abırlı vətəndaş haqqında təsəvvürlərinə tam uyğun yonulub. Aktyor olmaq eyib idi axı. Əlindəki boxça isə famil sənətkarlığının, gəlirin simvolu kimi seçilib. Bu həm də Şekspir ailəsinin prestij haqqında təsvvürlərinə tam uyğun idi. Sonralar Şekspir pyesləri iri tirajlarlla çıxıb gəlir gətirəndə bu ailə nəhayət ki, inandı ki, yazıçı olmaq da abırlı peşə ola bilər və abidədə dəyişikliklər edildi: yun boxçası qələm və kağıza əvəz olundu.
Dalidag.az

Kateqoriya: Karusel / Tənqid-fikir
Tarix: 29-10-2019 19:24
Baxış sayı: 3783
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02