Reklam
Hicran Hüseynova -Dərdli pişik haqqında ballada...
30-10-2019 14:52
"Gün gəldi, onu bu kədərlə "mükafatlandıran" sahiblərinə də elə bu kədərin özündən pay düşdü; uzun müayinələrdən sonra sahibəsinin də onlara övlad sevinci bəxş edəcək orqanı götürüldü..."
Dalidag.az Hicran Hüseynovanın hekayəsini təqdim edir:
DƏRDLİ PİŞİK HAQQINDA BALLADA...
Hekayənin mərkəzində insan durmur...amma həm də durur.
Onun dünyasının rəngi solmuşdu. Yox, soldurmuşdular bu dünyanın rəngini. Özünə qalsa, daha düzü, təbiət qanunlarına qalsa, bu dünyanın rəngləri hələ indi-indi bəlli olurdu...
Mavi, qəhvəyi güllü, naxışlı parçayla üzlənmiş divana uzatmışdılar onu. Amma bu gözəl, yumşaq divan elə bil bir od idi, yandırırdı canını. Elə bilirdilər, yatıb, rahatdı. Amma yatmaq nədi, rahatlıq nədi? O, yarıyumulu gözləriylə görürdü, haqqında danışılanları eşidirdi və... başa düşürdü...
- Pişiyə nə olub, niyə belə halsız uzanıb? Tərpənmir ki?..
- Əməliyyatdan gətirmişik, narkoz veriblər.
- A-aaa...
- Nə edək daha, yazdı, bala verən vaxtıdı bunların, gündə balalasa, yığıb-yığışdırmaq olmaz... Həkimlə məsləhətləşdik...
- Bəs... yazıq... o da canlıdı axı... hiss edir e hər şeyi, gör necə kədərlidi...
- Yox e, indi hamı belə edir, elə mat qalmısan ki, elə bil heç eşitməmisən belə şey.
- Eşitmişəm, amma görməmişdim... Məncə, bu, günahdı, nahaq belə elədiz, elə bütün heyvan saxlayanlar da, kim belə edirsə, böyük günah qazanır. Allahın işinə əl aparmaqdı e bu...
- Eh, sən də elə hər addımda günah görürsən, bizim başımızda görünməyib ki. Dünyada belədi, başa düş, hər yerdə.
- Elə dünya da günah içindədi də, görən, kimin üzünə yağır bu rəhmət yağışı?
... Yağış yağırdı küçədə. Kimin üzünə yağdığını isə heç özü də bilmirdi, hər damlasını bir ahənglə dövr elətdirən bilirdi. Və... hər şeyi bilirdi, hətta ürəklərdə gizlin olanları da. Axı böyük Kitabdan tutmuş, enerjinin itməməsi qanununa qədər O pıçıldamışdı insana... "Amma bir ibrət alan varmı?".
Mavi, qəhvəyi güllü divanda yumaq kimi yumurlanmış halsız pişik də hərdən pəncərədən yağışa baxırdı. Yağışın və saatın əqrəblərinin eyni ahənglə təkrar olunan aramsız səsinə quşların şən civiltisi də qoşulurdu arabir. Yazıydı. Quşların bala çıxaran vaxtıydı. Pişik göynəyə-göynəyə düşünürdü ki, bu azad quşların ana olmasına, bala bəsləyib sevincli günlər yaşamasına heç kəs, heç bir ikiayaqlı qatil mane olmayacaq. Onlar şən səslə oxuyacaq, budaqdan-budağa qonacaq, çör-çöp daşıyıb yuva tikəcək, bala çıxaracaq, ana olmağın sevincini yaşayacaq. O isə... Heç vaxt, heç vaxt ana olmayacaq! Çünki sahibi, sahibəsi belə istəmişdi!
Onlar ona ən dadlı yeməklər yedizdirir, bahalı şampunlarla onu çimizdirir, gəzdirir, oynadırdılar. Nə üçün? Özlərinə əyləncə olsun deyə, evlərinə müsbət enerji versin deyə, uşaqlarına... Yox, uşaqları yox idi hələ... Qoy heç olmasın da!!! Qoy onlar da övlad sevinci dadmasın!!!
... Aylar keçmişdi. Düzdü, balaca, dərdli pişik ayların nə demək olduğunu, necə keçib ilə döndüyünü, ömür karvanının günlərdən, aylardan, illərdən ibarət olduğunu bilmirdi. Bircə onu bilirdi ki, hər günü ötən günlərinə bənzəyir, rəngi solan dünyası da getdikcə solğunlaşır, rəngsizləşir. İndi o, heç gəzintiyə, küçəyə-bayıra çıxmağa da həvəs göstərmirdi. Küçədə balalarını ağzında ora-bura daşıyan pişikləri görəndə günlərlə özünə gələ bilmirdi. Elə bil bir daş asılırdı boğazından... Bu, qəhər idi... Bu, kədər idi...
Gün gəldi, onu bu kədərlə "mükafatlandıran" sahiblərinə də elə bu kədərin özündən pay düşdü; uzun müayinələrdən sonra sahibəsinin də onlara övlad sevinci bəxş edəcək orqanı götürüldü...
Dərdli pişik görürdü bunları, danışılanları eşidir, sahiblərinin kədərini hiss edirdi. Bilmirdi, buna sevinsin, ya kədərlənsin...
...Yenə aylar keçdi, bəlkə də, illər, nə bilim, nağıl dili yüyrək olar. Gözgörəsi solan, həyatın hər bir sevincindən əl götürən sahibi və sahibəsi daha ona - bu canlı əyləncəyə məhəl qoymur, əsəbi-əsəbi gəzib-dolanırdılar. İş o yerə çatmışdı ki, onu yedirtmək, gəzdirmək belə yadlarına düşmürdü. Dərdli pişik yazıq-yazıq baxır, astadan, kədərli səslə miyoldayırdı. Daha həmişəki qayğı, diqqət yox idi, yeməyi dördbucaqlı köhnə qabına tökür, onu da deyinə-deyinə qaba sarı itələyirdilər.
Arada "Pişik saxlamaq bizə düşmədi" kimi sözləri də qulağı çalırdı. Candərdi, ölməməkçün yeyirdi, sonra da əllərini qabağa uzadıb uzanır, başını əllərinə söykəyir, saatlarla tərpənmədən, eyni vəziyyətdə qalırdı. Sahiblərinə də maraqsızdı artıq bu canlı. Həm də əlavə xərc kimi baxdıqlarından günün birində aparıb dinməz-söyləməz küçəyə, blokun qabağında yerə qoydular. İllərin, bütöv bir ömrün, məhrum etdikləri hər şeyin qarşılığında yemək də tökdülər qabağına.
...Dərdli pişik elə burda - blokun qabağındakı pilləkənin yanında yaşamağa başladı.
...Amma daha aylar keçmirdi. O, hər gün tapdığından yeyir, günlərinin yarıdan çoxunu uzanıb düşünmək və yatmaqla keçirirdi. Düşünürdü, niyə biz heyvanlar adamları anlayıb başa düşürük, onlarsa bizi yox. Bəlkə, onlar elə bilir, biz oyuncağıq, canlıyıq axı biz!
Xəyallarında başqa idi hər şey. Özünə oxşayan mavigözlü, uzun, yumşaq tüklü balaları vardı, hamısı da ağappaq. Və o, dünyanın ədalətindən danışırdı balalarına: heyvanların hüquqlarını müdafiə cəmiyyətlərindən, xəz dərili heyvanları ovlayanlara qarşı etiraz aksiyalarından,.. bir də itləri, pişikləri analıq (həm də atalıq) hissindən məhrum edənlərin cəzalandırılmasından...

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 30-10-2019 14:52
Baxış sayı: 31 756
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02