Reklam
Ortaq türk əlifbasında 34 hərfin olması təklif edilir
29-10-2019 10:57

Hazırda dünya türkoloqları ortaq türk əlifbasında 34 hərfin olmasını təklif edirlər.
Dalidag.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, ortaq türk əlifbası bir dəfə hazırlanaraq qəbul edilib. 1992-ci ildə Türkiyədə keçirilən tədbirdə Azərbaycanın Təhsil naziri Firudin Cəlilov tərəfindən hazırlanmış latın qrafikalı əlifba bütün türkdilli dövlətlər üçün ortaq əlifba kimi qəbul olunub:
"Amma bu əlifba sonra tətbiq edilməyib. Həmin əlifbada ən çox Azərbaycan dilinin əlifbasındakı hərflər əsas götürülüb. Çünki Azərbaycan dilində 32 hərf var, digər türkdilli ölkələrdə isə hərflərin sayı azdır. Məsələn, Azərbaycan dilində olan "ə", "x" hərfi və səsi o biri əlifbalarda yoxdur. İndi isə əlifbanın 34 hərfdən ibarət olması təklif edilir. Orada da qıpcaq qrupu dillərinin xüsusiyyəti nəzərə alınır. Əlifbada xüsusilə də "sağır nun" hərfinin olması təklif edilir. Özbəklər də, türkmənlər də "nq" səsini işlədirlər, yəni onlar "mənə" deyil, manqa deyirlər, bu "n"nın üstündə dalğalı işarə qoyulur. Klassik mətnlərdə də bu hərf var".
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 29-10-2019 10:57
Baxış sayı: 3618Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























