Reklam
“Sözləri ecazdı Qusarçaylının” kitabının təqdimatı və "İmza günü" keçirilib -ŞƏKİLLƏR
28-10-2019 22:18
Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında AYB üzvü, tarix elmləri doktoru, professor Şahin Fazilin tanınmış şair Ramiz Qusarçaylıya həsr etdiyi “Sözləri ecazdı Qusarçaylının” kitabının təqdimat və imza günü tədbiri keçirildi.
Tədbiri açıq elan edən Ramiz Qusarçaylı tədbir iştirakçılarını salamladıqdan sonra region yazarlarını qonaqlara təqdim etdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov uzun müddət Şahin Fazillə dostluq etdiyindən və Ramiz Qusarçaylı şeriyyətinin məntiqindən danışdı.
Sonra söz “Sözləri ecazdı Qusarçaylının” kitabının müəllifi Şahin Fazilə verildi. Əvvəlcə Şahin müəllim barədə məlumat vermək istərdim. Şair, şərqşünas, tərcüməçi, tarix elmləri doktoru, professor Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-cı ildə Qubada anadan olub. Orta təhsilini Qubada başa vuran Şahin Fərzəliyev Universitetin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə V kursda oxuyarkən onu Əfqanıstana tərcüməçi kimi işə göndərmişlər. Müxtəlif vaxtlarda on ildən çox Əfqanıstanda işlədikdən sonra İranda, Türkiyədə, İraqda, Dubayda, Sovet İttifaqının müxtəlif respublikalarında, Yaponiyada işgüzar səfərlərdə olmuşdur. Ədəbi fəaliyyətə keçən əsrin 50-ci illərindən başlamışdır. AYB üzvü, professor Şahin Fazilin 5 elmi, 15 bədii, 4 tərcümə kitabı nəşr olunub. 500-dən çox məqaləsi, 5 divanı, 1 təzkirəsi, həmçinin 3 medalı, onlarla fəxri fərmanları var. Hörmətli professorun öz sözləri ilə desək “dəyəri böyük olan ən kiçik kitabı” adı dilllərdə, söhbəti ellərdə, kitabı əllərdə gəzən şair Ramiz Qusarçaylıya həsr edib. Şahin Fazilin Ramiz Qusarçaylı haqqında yazdığı nəsr də şeirdir. Həmişə olduğu kimi Şahin Fazilin bu nitqi də alqışlarla qarşılandı. Dərbənddə yaşayan həmyerlimiz, “Dərbənd” qəzetinin redaktor müavini, Rusiya Yazıçılar İttifaqı və AYB üzvü, “Gülüstan” Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh qonaqları salamladıqdan sonra kitabın işıq üzü görməsi münasibətilə Şahin müəllimi təbrik etdi, tədbirdə iştirak edən bütün yazarlara qədim Azərbaycan şəhəri Dərbəndin yazarlarının salamlarını çatdırdı. Həmçinin tədbirdə Nadir Məmmədli, Eynulla Mədədli, Əli Ələmi, Hacı Rafiq, Nəcməddin Mürvətov, Şabrandakı Xaqani Poeziya Evinin direktoru, AYB və AJB üzvü, istedadlı şairə, Prezident təqaüdçüsü Aybəniz Əliyar, AYB üzvü Cəlaləddin Budadoğlu, AYB və AJB üzvü, publisist yazar Sevinc Məmmədova, Yaqub Kərimov, AJB üzvü Telman Təravət, Qüdrət Minhacoğlu, Mürfəttar Seyidməmmədov, Rizvan Qiblədağlı, Asvar Tufandağlı, Rəfiqə Məmmədqızı, AYB və AJB üzvü, “Qızıl Qələm” və “Araz” mükafatları laureatı, “Gülüstan” elmi ədəbi məclisinin sədri Şıxamməd Seyidməmmədov, Güləli Bağban, Nəzər Mirzəyev, Pənah Elqəm, Yusif Şabanov, Mövlud Ağamməd, AJB və AMEA-nın müxbir üzvü Məhərrəm Mustafa qonaqları salamladılar, müəllifi təbrik etdilər və şerlərini oxudular.
İstedadlı şair və tanınmış heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qərib Aşkarı də Ramiz Qusarçaylı haqqında yazdığı “Əlini ver, Qusarçaylı” kitabını qonaqlara hədiyyə etdi.
Adını bilmədiyim balaca məktəblinin Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şerini oxuması hamını heyran etdi.
Şəkillərindən istifadə etdiyimə və şəxsən mənim olduğum kadrları əziyyət çəkib çəkdiyinə görə 20 ildən çox dostluq etdiyim, AJB üzvü Nazim Səlimxanoğluna öz təşəkkürümü bildirirəm.

Füzuli Baratov, AJB üzvü
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 28-10-2019 22:18
Baxış sayı: 3985
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02