Dalidag.az İlyas Əfəndiyevin hekayəsini təqdim edir: XƏNCƏR B u əhvalat İran Azərbaycanının kiçik bir şəhərində oldu. Şəhərin arxa tərəfi meşə,qabaq tərəfi isə göz işlətdikcə uzanıb gedən geniş düzənlik idi.Palçıqdan hörülmüş hündür barılar içində yerləşən və demək olar ki,hamısı bir mərtəbədən ibarət kərpic evlərin yalnız damları görünürdü. Bir ilə yaxın idi ki,şəhər xoşbəxt günlər keçirirdi...Bir ilə yaxın idi ki,İran Azərbaycanında milli hökumət qurulmuşdu.Dukanların üzərindən farca lövhələr

Dalidag.az Azər Qismətin hekayəsini təqdim edir: SON NƏFƏS E vdəkilərdən savayı kimsə bilmirdi ki, ailənin qocası üç gündən sonra öləcək. Həkim demişdi ki, "aparın evə, orada doğma mühitdə canını tapşırsın". Ölümünə çoxdan hazırlıqlı olan ailə üzvləri həkimin pıçıltısına əməl etdilər. Gənc oğlan demişdi ki, "onu ölümə gülə-gülə yola salın". Dırnaq ucu boyda işığın gəlməyəcəyini bilən nəslin davamçıları qocanın iztirablarının azalmasına çalışıb ən adi məsələni şişirdib genişləndirir, söz oyunu

Səməd Vurğun öz həyat yoldaşı Xavər xanımı ilk görəndə qız 7-ci sinifdə oxuyurdu. Elə o vaxtlar şair Xavər xanıma bir məktub yazmışdı və bir müddət sonra ailə qurmuşdular. Məktubun mətni Dilbər Axundzadənin "Müşfiqli günlər” kitabına daxil edilib. Dalidag.az kulis.az-a istinadən həmin məktubu və onun yazılma şəraiti ilə bağlı xatirəni təqdim edir. "Xavər xanım Səmədlə ilk tanışlığını belə xatırlayır: "Hümmət Əlizadənin toyuydu. Abdulla Şaiqgildə anam mənə dedi, gəl gedək! Mən 7-ci sinifdə

Bir dua,bir sevgi M ozes Mendelson çox yaraşıqlı bir adam deyildi. Üstəlik, həm qozbel, həm də qısaboy idi. Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi. Bu ticarətçinin, Fromet adlı çox gözəl bir qızı var idi. Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu. Ancaq bu gözəl qız üçün nəinki onun sevgisinə cavab vermir,hətta üzünə belə baxmaq istəmirdi. Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi. Ancaq qızın hələ də

Dalidag.az İlqar Rəsulun hekayəsini təqdim edir: DOVŞAN D ünən barmağımı əzmişəm, Bu gün yaman ağrıyır. Gecə yaxşı yata bilmədim, İndi yuxum gəlir... Əslində, mən qoçaq adam deyiləm, Qorxağam yəni. Lap Dovşan kimi qorxaq. Hər şeyə diksinən, Hər şeydən hürkən bir Dovşan yəni. Əvvəl belə deyildim. Yox, əvvəl belə deyildim. Ətrafdan ehtiyatlanmaq nə deməkdir? Gözümü qırpmadan gedərdim hər şeyin üstünə. Lap elə rəqiblərimin də, Lap elə düşmənlərimin də, Lap elə ölümün də... Sonradan... Sonradan

Həqiqətin qan-qan deyən caynağını ovucunda sıxıb yaşar əsl qadın. Dalidag.az Afət Viləşsoyun yeni şeirini təqdim edir: QADIN Gedənlərin arxasınca göz yaşının hədər axan sükutunu Üstündəki toz-toz olan yalnızlığı ələyəndə bilər qadın. Gözlərindən düşənləri silər qadın. Əllərini buraxanı həyatından ələr qadın. Qismət boyda, tale boyda,yazı boyda Yaşantının özü boyda olar qadın. Qadın, qadın... Tək qaş üzük kimidir o- Bəzəyini itirdisə,nazı itir, Sığalını itirdisə, üzü itir, Öpüşünü itirəndə

Dalidag.az Nüsrət Kəsəmənlinin şeirlərini təqdim edir: İNAM Mənə inanmırsan bir yuxu kimi, Qəlbində şübhələr, eyhamlar oyaq. Yox, mən istəmirəm bir çoxu kimi Yaşayaq bu sayaq, ölək bu sayaq... Niyə baxışların üşüdür məni, Qəlbin ki, qəlbimdə qızınmaq istər. Nə sevgi yenidir, Nə nifrət yeni, Elə təruddüd də köhnədir, yetər!.. Bəlkə də adıma çox söz deyirlər, İstəsən inanma, istəsən inan... Ayıq ol!.. Adama çox söz deyərlər; Gör hansı doğrudur, Gör hansı yalan. Yaxın gəl, oduna gir bu ürəyin,

Dalidag.az Aydın Canıyevin hekayəsini təqdim edir: İlahi İntihar – Ölüm sənə nə yaraşır! Düz iyirmi il idi bu fikri-hökmü gözləyirdi. Bütün fərasəti-gücüylə, iddiası-istəyiylə buna çalışmışdı. Nəhayət, atası son gəlişində hal-əhval tutandan, durumunu öyrənəndən sonra ürəkdən, ağrısız-əzabsız bu fikri dilinə gətirmişdi. İlk dəfəydi atasından yerlə göy qədər razı qalmışdı: – Hər şey yaxşı olacaq, narahat olma… – Harada? Qəbirdə? – Hə… Anasının dizinə baş qoyub bir az saçını sığallamağını xahiş

P sixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün buradasınız?” Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.” “Anlamadım, nə demək istəyirsən?” “Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham

Dalidag.az İlqar Fəhminin hekayəsini təqdim edir: SƏNDƏN NİGARANAM B iz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi: — Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır. Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da. Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu
Yazı axını