Reklam
"Artıq Kəlbəcər dağlarının nə gülü güllələnir, nə də kəpənəyi ağlayır..."
10-04-2021 12:12
(Namiq Dəlidağlının növbəti şeirlər kitabı haqqında təəssüratım)
***
Bir neçə gün öncə mənə yaxın olan dostlarla görüşümüz oldu. O dostların içində Kəlbəcər elinin Dəlidağ vüqarlı şair oğlu Namiq Dəlidağlı da vardı. Otuz beş ildən çox bədii yaradıcılıqla məşğul olan və Azərbaycan ədəbiyyatında tanınan Namiq Dəlidağlını mən, 2016-cı ildən tanıyıram. O, çox səmimi, dostcanlı insandır. Mən özüm ədəbiyyata çox gec gəldiyimdən (yəni ikinci dəfə) yazar dostların çoxunu da gec tanımışam.
Namiq Dəlidağlı o görüşdə mənə təzə çapdan çıxmış “Əllidə ələnənlər” adlı şeirlər kitabını hədiyyə etdi. Bu kitabı çox böyük həvəslə oxudum. Kitab, balaca olsa da, amma dəyəri, burada olan şeirlərin tutumu, dərinliyi 300 səhifəlik bir kitabın dəyərindən də artıq olan bir toplumdur. “Əllidə ələnənlər” kitabının içindəki şeirləri oxuduqca şairin ürək döyüntülərini, zamana, həyata münasibətini, dünyanın gərdişini fəlsəfi mənada necə hiss etdiyini eşitmək və görmək olur. Neçə illərdi vətəniKəlbəcərdən ayrı düşmüş şair Namiq Dəlidağlının Vətən həsrətli şeirlərini oxuduqca onun ürəyindəki, közü, ağrını hiss etməmək mümkün deyil.
Kitabdakı şeirlərin hamısı insanı duyğulandıran və düşündürən şeirlərdi. Amma “Kəpənək ağladı, arı ağladı” şeiri mənə daha çox təsir elədi. Çox maraqlıdır ki, şair bu şeiri dağlarda güllənən güllərin əziz xatirəsinə ithaf eləyib. Bu, elə özü ədəbiyyatda bir tapıntıdır.
Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş.
Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı,
kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara, qardaş.
Böcəklər ah çəkir, ağlaya bilmir,
sızlayan yarasın bağlaya bilmir,
bülbüllər göz yaşın saxlaya bilmir,
nə ağır yas düşdü dağlara, qardaş.
Dərələr güllərə ta açmır qucaq,
əli qoynundadı hər künc, hər bucaq,
yağını güllərin ahı tutacaq,
nə ağır yas düşdü dağlara, qardaş.
Bu şeirin təsiri, müəllifin hadisələri təxəyyülündə görərək təsfir etməsini mən də gördüyümə, təsəvvürümdə yaratdığıma görə məni də ağlatdı.
Namiq Dəlidağlı! Artıq Azərbaycanımızın dilbər guşəsi olan Kəlbəcərimiz düşməndən azad olub. Yəqin ki, bu bahar o dağların nə çiçəyi, nə də kəpənəyi ağlamır. Çünki, Vətənimiz, Qarabağ adlı cənnətməkan yurdumuz yağı düşməndən azad olunub. Bu da Ali Baş Komandanımızın böyük ağlının, böyük siyasətinin və bizim igid oğlanlarımızın, rəşadətli ordumuzuzn qanı bahasına başa gəldi. Allah Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Daha qəm eləmə, Şair, daha da həvəslə yaz, yarat. Böyük Yaradanın köməyi ilə tezliklə Kəlbəcərə, o cənnətməkan yerə getmək bizlərə də qismət olar.
“Əllidə ələnənlər” kitabında Vətən ruhlu şeirlərlə birlikdə sevgi dolu şeirlər də çoxdur. Onlardan biri -“Mənə inanma” adlı etiraf şeiri duyğularıma çox təsir elədi. İnanıram bu şeiri oxuyan hər bir insana təsir edəcək:
Heç nəyə inanma,
mənim etiraflarım
bilə-bilə törədilən
günahdan sonra
Allaha edilən dua kimidi.
...Heç nəyə inanma,
bu gecə yuxun gəlməsə,
əllərini aç göyə,
dayan üzü qibləyə,
mənim günahlarım
boyda bir ah çək,
dünya dağılsın.
Əziz oxucular. Görürsünüzmü? Çox qısa olan bu şeirin bir poema qədər çox maraqlı və dərin mənası var.
Namiq Dəlidağlının bu şeiri isə onun böyük filosof olduğuna tam sübutdur. Çünki kəpənək və güllə bağlı mən çox şeirlər oxumuşam və özüm də yazmışam. Amma Namiq Dəlidağlının “Kəpənək sevgisi” adlı şeiri kimi yüksək mənalı və belə fəlsəfi dərinliyə malik şeiri ilk dəfə idi ki, oxuyurdum:
I
Bir çimdik canınla
necə sevirsən, bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?
...Mənim qanım olsa da,
sənin kimi sevmədim, nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!
II
... gülləri nə qədər
sevsələr də
ölümünə ağlamırlar
kəpənəklər.
Bir məqamlıq
ömürlərində gül sevdasına,
gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər
güllərin
sevdasından
özləri ölür!
Namiq Dəlidağlı 1970-ci ildə Kəlbəcərdə anadan olub. Ali təhsillidi. Artıq ömrünün 51-ci baharını yaşayır. Bədii yaradıcılığa hələ orta məktəb illərində təhsil aldığı vaxtlardan başlayıb. İlk şeirləri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində çap olunub. O, 1994-cü ildən mətbuatda çalışır. Bir sıra qəzetlərin, saytların müxbiri, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, “Hər şey sizin üçün”, “Gəcliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. Şeirləri, publisist yazıları, məqalələri mütəmadi olaraq respublika qəzetlərində, saytlarında və xarici mətbuatda çap olunur. Namiq Dəlidağlı “Manevr.az”, “Dəlidağ.az”, “Sumqayitfakt.az” xəbər saytlarının qurucusu və Türkiyədə fəaliyyət göstərən”Kapsamhaber” saytının köşə yazarıdır. “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, “Qızıl qələm” və başqa media mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə verilən Prezident təqaüdünə də layiq görülüb.
Namiq Dəlidağlı uzun illər mətbuatda çalışdığına görə, həm öz yaradıcılığına və həm də başqalarının yaradıcılığına qarşı çox cavabdehdir. Onun rəhbərlik etdiyi saytlarda və qəzetdə zəif şeirlər çap olunmur. Bax, belə cavabdeh olan insan “Şeir yazanda” adlı maraqlı bir şeiri yaza bilərdi və yazıb.
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrallayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti,
bədbəxti olur,
yaşayanı da var,
öləni də.
Əziz qardaşım Namiq Dəlidağlı. Sizin qaçqınlıq, köçkünlük illərində yazdığınız “Əllidə ələnənlər” kitabınız inanırıq ki, hamının stolüstü kitabı olacaq. Buradakı şeirlər də həmişə yaşayacaq. Arzumuz budur ki, “Yüzdə ələnənlər” kitabınızı Kəlbəcərdə yazmaq sizə qismət olsun. Həmin kitabınız da inanırıq ki, hamının sevdiyi və yüksək dəyərləndirdiyi bir kitab olacaq. Və mən ona da inanıram ki, sizin yaradıcılığınız tənqidçilər tərəfindən lazım olan səviyyədə araşdırılacaq və sizin bir-birindən maraqlı şeirləriniz böyük oxucu marağına səbəb olacaq. Çünki siz, maraqlı bir şair kimi heç kimi təkrar etmirsiniz və özünüzün maraqlı ədəbi cığırınızı, yolunuzu yaradıbsınız. Ona görə də qətiyyətlə deyirəm ki, sizin şeirləriniz heç vaxt ölməyəcək və həmişə yaşayacaq. Siz, ədəbiyyat sahəsində otuz beş ildən çox böyük təcrübəsi olan insan kimi artıq çoxlu cavan yazarların da yaradıclığına bacardığınız köməklik edirsiniz. Ona görə də siz əsl ziyalı və əsl yaradıcı insansınız. Belə yaradıcılar da həmişə, hamı tərəfindən sevilir və müsbət qarşılanır.
Lilpar CƏMŞİDQIZI,
şairə-jurnalist
Dalidag.az

Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 10-04-2021 12:12
Baxış sayı: 2449
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23