"...Quru sözdür, vətənə can deyirəm, Yerdə qalmaz tökülən qan deyirəm. Ha danışsam üz ağardan deyiləm, Yığvalımda Qarabağ tək qara var..." Dalidag.az Elən Əzimin şeirlərini təqdim edir: MƏNİM KAĞIZ YURDUM, XƏRİTƏ YURDUM Niyə səngimədi bu axın, bu sel?! Öndə taleyimmiş, geridə yurdum. Hər gün axıb səndən uzaqlaşıram, Ömrümü əridə-əridə, yurdum. Qaralan axşamdı, ağaran saçdı, Ağrılar hürküşüb bağrıma qaçdı. Sinəmə çəkilən dağlar gül açdı, Sənin dağlarından bəridə, yurdum. Əllərdə şəninə badələr

Dalidag.az Maksim Qorkinin "Boles" adlı hekayəsini təqdim edir: T anışım belə bir əhvalat danışmışdı: "Moskvada tələbə olduğum zaman qonşuluqda "qəribə" bir qadın yaşayırdı, yəqin nə demək istədiyimi başa düşdün. O, polyak idi, adı da Tereza. Hündür boylu, qüvvətli, qaraşın, çatma qaşları və yekə, kobud, sanki balta ilə əzilmiş sifəti vardı. Qara gözlərinin vəhşi parıltısı, quru, qalın səsi, bazar satıcılarına bənzər nəhəng, əzələli bədən quruluşu, davranışları ilə məni dəhşətə gətirirdi. Mən

B ütün bunları sən yatandan sonra yazıram. Bir az əvvəl oturub qəzet oxuyurdum. Birdən özümü çox günahkar hiss etdim. Qalxıb sənin otağına getdim. Balaca əlini yanağına söykəmişdin.Tərdən saçların islanıb alnına yapışmışdı. Səhər məktəbə gedəndə yenə üstünə qışqırmışdım. Üzünü yaxşı yumamışdın, ayaqqabıların da kir-pas içində idi. Hələ bu azmış kimi, səhər yeməyində süfrənin üstünə çay da dağıtmışdın. Bütün bunlar məni əməlli-başlı hövsələdən çıxarmışdı.Mən işə, sən məktəbə getmək üçün evdən

İnternetdə dekabrist yazıçı A.Bestujev-Marlinskinin «Molla Nur»unu axtarırdım. «Dekabrist» sözünün başqa mənalarına rast gəldim. Demə, «dekabrist» həm də bir kaktus növünün adıdır. Bu kaktus əsasən Brazilyanın rütubətli tropik meşələrində bitir. Ev şəraitində də saxlanılır. Suyu çox sevir, günəş işığından qorxur, tikanları yoxdur. Dekabrda çiçəkləyir. Aleksandr Sergeyeviç Qribayedovun həyatı xəfiyyəçi həyatını xatırladır. O, sanki bilərəkdən mistifaksiya ilə məşğul olub. Tərcümeyi-halında, ömür

Klassik nağılların anti-feminist mesajlarından bezən bir yazıçı “Ağbəniz və yeddi cırtdan”ı yenidən yazıb. Dalidag.az xəbər verir ki, öz nağılında çarəsiz şahzadəni cəsur bir qəhrəmana çevirən yazıçı bütün cırtdanları fərqli etnik kimlikləri təmsil edən qadınlardan seçib. Almaniyanın paytaxtı Berlində yaşayan 38 yaşlı yazıçı Stefan Kalınski klassik nağıldakı çarəsiz şahzadəni üç yaşlı qızı Lena üçün güclü qəhrəmana çevirdiyini bildirib. Kalınskinin nağılında yaraşıqlı şahzadə ilə evlənərək

Sərraf baba - Suleyman Sərraf. Aforizm diliylə danışan (yazan) adam. Bu mənim onun haqqında şəxsi fikrimdir.(Əslində təsdiqə ehtiyacı olmayan bir fikirdir. Amma əminəm ki, fikrimi təsdiqləyən, mənimlə razılaşan dostlar var). Ədəbi mühitdə öz çəkisi var onun. Osmanlı türkcəsində bir ifadə var: "kəndi çapında bir adam". Sərraf babanın əyninə biçilmiş bir ifadə... Həm də ürəyi torpaq yarası ilə göynəyən, yurd həsrətilə alışan minlərdən biridi o. Dərdini sözlə ovudur, təsəllisiz kədərinə qələmlə

Dalidag.az Sayman Aruzun hekayəsini təqdim edir: POSTMODERN AZADLIQ Y ağış şırhaşırla yağırdı. Tövlənin damına tökülən damlalar içəri süzülüb başımıza tökülmək üçün bir-birilə dalaşırdılar. Sol tərəfimdəki şüşəsiz pəncərədən bayırı görə bilirdim. Gözəl idi. Amma bizə yağış gözəllik demək deyildi. Üstümüzdəki və tövlədəki qığlarla peyinləri birləşdirib damdan daman sularla gözümüzə səpirdi. Yağış yağanda tövlədə yaşadığımı bütün vücudumla hiss edirdim. Soyuq olurdu və anam məcbur qalırdı məni və

"...bağışlama gedişimi, qadası, üzü sənə tərəf iz qoymamışam.. sən olan şeirlər vicdan həyası; bu gün qələmimi düz qoymamışam..." Dalidag.az Şəfa Vəliyevanın şeirlərini təqdim edir: * * * burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına, mənə çoxdan "xala" deyir uşaqlar, nə tez "nənə" oldun, ay naxış anam?! Mən elə bilirdim, qocala bilməz mən boyda "körpəsi" olan bir qadın. Daha günlərimdən borc ala bilməz, "olmazlar", Dilimdə təkbirdi adın. burax, qoy qocalsın "Sabir küçəsi" heç

TÜRKÜN DİLİ Türkün dilitək sevgili, istəkli dil olmaz, Ayrı dilə qatsan bu əsil dil əsil olmaz. Öz ləfzini farsa, ərəbə qatmasa şair, Şerin oxuyanlar, eşidənlər kəsil olmaz, Şerin gərək ehsas ilə riqqətlə qanşsın, Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. Sözlər də cəvahir kimidir, əsli bədəldən Təşxis verən olsa, bu qədər

Yazıçı Kənan Hacı ABŞ-ın "Mundus Artium Press” adlı təşkilatın "İlin kitab icmalı üzrə ən yaxşı yazı” nominasiyasının qalibi mükafatını qazanıb. Dalidag.az xəbər verir ki, bu haqda qaynarinfo-ya yazıçı-publisist özü məlumat verib. Kənan Hacı bu mükafatı tanınmış amerikalı şairin kitabı haqda yazısına görə aldığını deyib: "Alban əsilli Amerikan şairi və ədəbi tənqidçisi Gjeke Marinajın "Eşq” seriyasından dərc olunmuş "Sevginin 24 saatı” şeirlər kitabı haqqında yazım bu ilin fevral ayında "Kaspi"
Yazı axını
29 / 04 / 2024