Dalidag.az Təranə Vahidin bir hekayəsini təqdim edir: VAĞZALDAKI QARI O , hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi... Bir-birlərini yaxından görməsələr, səslərini eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruqsaçlı bir oğlan

Bu gün Türk dünyasının böyük şairi, varlığı ilə sözə bağlı, təpədən-dırnağa SÖZ adam Məmməd Aslanın doğum günüdü. Yaşasaydı 80 illik yubileyini qeyd edəcəkdi... təəssüf ki, bu günü onsuz qeyd edirik. Ruhu şad olsun Uca Şairin! Məmməd Aslan 1939-cu il dekabın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə

Dalidag.az Afaq Məsudun hekayəsini təqdim edir: ÇOVĞUN N eçə vaxt idi, pişik özü öz quyruğundan qorxurdu. Hara gedirdi, quyruğu dalınca sürünürdü. Nə qədər eləyirdi, onu yerdən ayıra bilmirdi. Quyruğu elə bil özününkü deyildi, tüklü, cansız ip kimi ardınca sürünürdü. Onu bir neçə gün bundan əvvəl Səkinə arvad əzib bu kökə salmışdı. Bir neçə gün bundan əvvəl pişik mətbəxdə dilini kasaya batıra-batıra su içəndə Səkinə arvadın, bəlkə, bütün bədənindən, boy-buxunundan da iri, çəkməli ayağı lay

...Saçımı,başımı qocaltdı illər, Sənlə dolu qəlbim qocalmadı ki. Bir az da yaşımı qocaltdı illər, Sənə olan sevgim qocalmadı ki... Dalidag.az Kəmalə Abiyevanın şeirlərini təqdim edir: MƏNİ BAĞIŞLAMA Nə olsun qayıtdım, əlindən tutdum Nə olsun ki sənə”bağışla” dedim. bağışlama məni, qurbanın olum, Məni bağışlama, qoy çıxım gedim. Baxma sevgi dolu baxışlarınla, Mən sənin dünyanı yıxıb getmişəm. Sən həsrət qaldığın baxışlarıma Özgə bir həsrəti yığıb getmişəm. Sənin üzündəki qəmin izləri mənim

B ataqlıqlı düzənlikdə hərəkət yox idi, sadəcə, gecə mehi qısa otları tərpədirdi. Artıq uzun illərdir ki, böyük kor səma qalxanının altından bir quş belə uçmamışdı. Lap çoxdan bir neçə balaca daş xırdalanıb toza çevriləndə özlərini canlı kimi aparmışdılar. İndi bu çöllükdə yalnız gecənin özü tənha tonqala sarı əyilmiş iki kişinin qəlbində tərpənirdi. Qaranlıq onların damarlarına ehtiyatla dolur və onların gicgahları ilə biləklərində sakitcə döyünürdü. Tonqalın işığı onların saç-saqqallı

Mədəniyyət Nazirliyinin sifarişi ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Мир мой умерший” (“Ölən dünyam”) adlı kitab işıq üzü görüb. Dalidag.az xəbər verir ki, roman böyük yazıçının həyatının son illərində, özünün yüksəldiyi mənəvi-intellektual mövqedə dünyaya və insana münasibətinin ədəbi fəlsəfi təzahürüdür. Eləcə də Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Mirəli Mirqasımovun həyat və

B u hekayə bizim uşaqlığımızın əyləncəsi, incə yerişli, nazik səsli, qadın ədalı Əlibaba Bacı haqqındadır. Köhnə fotoşəkillərdə olduğu kimi, tutqun, dumanlı izləri qalıb xatirimdə. Bir zamanlar bizim ata evimizdə, daha doğrusu, evimizin arxasındakı balaca daxmada kirayədə qalan, anamın uzaq qohumu Əlibaba bacı– bundan artıq daha nələr var? – demək olar ki heç nə. Hekayəlik deyil onun həyatı, ölüm xəbərini belə təbəssümlə qarşılayacağınız bir adam ki haqqında yazılacaq heç nə, demək olar ki, heç

Məşhur amerikalı yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisəyə girir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, həmin hekayə istənilən oxucuya təsir edər. “Uşaq çəkmələri satılır, geyinilməmişdir” qısa hekəyəsini yazaraq mübahisəni udur. Elə həmin vaxtdan az sözdən ibarət təsirli hekayələr yazılmağa başlandı. Dalidag.az onlardan bir neçəsini sizə təqdim edir: • Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var. • “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir.

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Dalidag.az bildirir ki, ad günü təəssüratlarını modern.az-la bölüşən 73 yaşlı qələm adamı o günü xatırlamasa da, əzablı gün olduğunu səmimi gülüşü ilə ifadə edib: “Dünyaya gəldiyim günün vəziyyətini xatırlamasam da, çox əziyyətli olduğunu dəqiq bilirəm. Bu gün mənim istirahət günümdür. Bu gün nə yazıram, nə danışıram, ancaq deyilənlərə qulaq asıram”. Səhərdən çoxsaylı dost təbrikləri qəbul edən R.Rövşən bundan məmnun olduğunu və onu xatırlayan hər

Vyana, 10 iyun 1882-ci il İstəkli sevgilim, oduna yandığım, gözəl qız! Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur. Arkadaşlarımın deməsinə görə, gerçək
Yazı axını