Dalidag.az Yusif Səmədoğlunun məşhur hekayəsini təqdim edir: BAYATI-ŞİRAZ T avanı tələm-tələsik krantda yuyub Səbzəli dayı bir yumurta sındırdı. (Bir yumurtadan artıq yeyə bilməzdi, həkim qadağan eləmişdi.) Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü aya oxşadı. Yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz ay kimi adamın ürəyini sıxırdı… Səbzəli dayının yadına düşdü ki, gərək əvvəlcə tavaya

ƏSGƏRLƏRİMİZƏ, KÖNÜLLÜLƏRİMİZƏ Qorxutmamalı bizləri yollardakı əngəl, Məfkurəyə doğru yürü, qoş, durma, çapuq gəl! Millət tikəcək namına ölsən dəxi heykəl, Qoyma toxuna yurduna naməhrəm olan əl. Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl, Bir məqsədi-əkməl və bir ümmidi-mübəddəl. Amalımıza doğru şitaban olalım, gəl, Millətlə vətən rahinə qurban olalım, gəl! İstərsən əgər yurduna hürriyyəti-nazan, Düşmənləri ehraq üçün ol atəşi-suzan, Tənviri-vətən etməyə ol nuri-füruzan, Dillərdə bu gün olmalı

Dalidag.az görkəmli Azərbaycan yazıçısı, maarifçi, "Molla Nəsrəddin" jurnalının qurucusu Cəlil Məmmədquluzadənin həyatı ilə bağlı maraqlı məqamları təqdim edir. Ailəsi onu Qoriyə oxumağa göndərmək istəməyib. Bundan əsəbiləşən Cəlil əlinə ağac alıb qab-qacağı sındırır. Atası onun dəli olacağından qorxub oxumağa göndərir. Birinci arvadı Zeynəb onu çox sevdiyindən, qısqandığından dəli olub. Demokratik Cümhuriyyət dövründə Cəlil Məmmədquluzadəyə vəzifə təklif olunub, təklifi qəbul etməyib və

"...Vətən-Vətən çırpınan ürəyimin qanıyla, Mən bu gün bir vərəqdə... saysız əl çəkəcəyəm. Bu əlləri keçirdib göy qurşağı... altından.., Əllərə silah verib onda əl çəkəcəyəm..." Dalidag.az Sevinc Qəribin təqdimatında Rəsul Murovdağlının şeirlərini oxucuların ixtiyarına verir: YOXSA... Sarıyıb göyərçin qanadlarına, Zülmətə uçurtduq davamı... yoxsa... ?!. Kövrəlib, torpaq da, daş da üşüyür, Ah tutub bu yurdu, yuvanı yoxsa?!. Səma ağacından asmışam qəmi, Yarpağı cəkibdi gözümdən nəmi... . Allaha

Dalidag.az İsi Məlikzadənin hekayəsini təqdim edir: DUZ S eymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı. — Al, hələlik bunu xərclə… Seymur səliqə ilə bükülmüş pulun

Bu gün Azərbaycanın mənəvi dəyərlərindən olan, saz-söz sənətinin ünlü siması, Kəlbəcərin yanıqlı səsi Aşıq Ədalət Dəlidağlının doğum günüdü. Dalidag.az bu münasibətlə dəyərli sənətkarı təbrik edir, ona sağlıqlı ömür və yaradıcılıq uğurları arzulayır. Səsiniz Kəlbəcərdən gəlsin, Ədalət Dəlidağlı! Ədalət Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq

Biz hər yerdə varıq – Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdülrəhim bəy Haqverdiyev və başqalarının yazdıqlarında nə qədər istəsək azərbaycanlı tipi mövcuddur. Deyəsən, az oldu, elə isə birini də əlavə edim. Onda yaxın gəlin, bir az dərdləşək. Anton Pavlov Çexovun neçə illər bundan əvvəl yazdığı hekayələrində azərbaycanlı tipi olduğuna diqqət yetirmisinizmi? Bəlkə də, bilirsiniz mən yazmağa gecikmişəm. Elədirsə də, eybi yox, mövzunu başlamışam gərək sona yetirim. Onun “Yaylaqçılar”

M əmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki: – Bir sümüknən bir dəridən savayı bir şey yoxdu. Arvadı məsləhət gördü ki, quzunu ötürsünlər bir neçə gün bağçada otlasın, əmələ gəlsin. Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. Heyvan göy otu gördü, amma ağzını ota uzatmadı. Həmin vaxt qonşuluqda Əziz xanın evindən

Yazıçı Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” adlı kitabı çap olundu. Kitab müəllifin son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Köşə yazıları və hekayələrində uşaqlarda erkən yaşlardan kitaba maraq oyatmaq qaydalarına, ədəbiyyatın, mütaliənin təbliğinə geniş yer verilmişdir. Həm müharibə, həm də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə

Dalidag.az Yusif Vəzir Çəmənzəminlinin bir hekayəsini təqdim edir: MÜSƏLMAN ARVADININ SƏRGÜZƏŞTİ D ədəmin övladı olmadığına görə nəzir eləyir ki, bir qızım olsun, seyidə verim. Odur ki, məni on bir yaşım tamam olanda Mir Qasım adlı bir qırmızısaqqala ərə veriblər. Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? Məlum oldu ki, seyid kənddə evlənib, bir uşağı da var. Dədəm məni gətirdi evə. Üç il qalıb «kəbinim halal, canım azad» deyib, seyiddən ayrılışdıq. Bir azdan sonra kəbinim sövdəgər
Yazı axını