Koronavirus epidemiyasına görə dünyanın bir çox ölkələrində karantin tətbiq olunur. Şirkətlərin əməkdaşları məsafəli iş rejiminə keçirlər, mağazalar, restoranlar, barlar və digər əyləncə müəssisələri bağlanır. Lakin karantin yalnız dörd divarın arxasında qapalı qalmaq deyil, həm də vacib məsələlər barədə düşünmək, eləcə də əvvəllər vaxt tapmadığımız bəzi işləri görmək üçün fürsətdir. Beləliklə, ədəbiyyat sahəsində karantin zamanı əldə edilən bəzi nailiyyətləri təqdim edirik: 1. Aleksandr

O nu tənbeh etmək üçün qohum-qonşu öz növbəsini gözləyirdi. Rəhman öyüd-nəsihətlərdən bezmişdi. Nə qədər desə də “evlənmirəm, əl çəkin” yenə də onu rahat buraxmırdılar. Ərincək olduğundan kəndin sakinləri evlənmək istəmədiyini də tənbəlliyinə yozurdular. Elə bilirdilər hər gün onu danlasalar başına ağıl qoya bilərlər. Bu gün də onu yola gətirmək üçün növbə kəndin ağsaqqalı Abbas kişiyə çatdı. O da öhdəsinə düşən vəzifəsindən məmnun halda Rəhmanın yaşadığı balaca yarıqaranlıq evə gəldi. Qapını

Oğuz elimiz Kəlbəcərin işğala məruz qaldığı 1993-cü il 02 aprel gecəsi qatarla Bakıya getdiyimdən, rayonun nankor qonşularımız tərəfindən ələ keçirildiyindən xəbərsiz idim. Hardasa saat on bir radələrində “Azərbaycan” nəşriyatında əzəli dostum Adil Cəmillə görüşəndə onu çox məyus halda görüb, səbəbini soruşdum. Adil müəllim üzümə təəccüblə baxıb: “Xəbərin yoxdumu, mənim beşiyim-ata ocağım Kəlbəcərin damı-daşı uçub üstümə tökülüb. Görürsənmi, qəddimi də düzəldə bilmirəm” - dedi... Adı dillərdə

Bu gün əzəmətli dağları, füsunkar təbiəti ilə göz oxşayan, Tanrının ən gözəl əsəri Kəlbəcərin işğalından 27 il ötür. Kəlbəcər həmişə şairlərimizin ilham mənbəyi, söz umduğu, sözə tapındığı məkan olub.Təəssüflər olsun ki, bu gün şairlərimiz Kəlbəcərin gözəlliyinə, əvəzolunmaz təbiətinə deyil, onun itkisinə, həsrətinə şeirlər yazır... Dalidag.az müəlliflərin sosial şəbəkədə paylaşdıqları bəzi şeir nümunələrini təqdim edir: HARDA QALMISINIZ, KƏLBƏCƏRLİLƏR? Dağladı yad elin sərt qışı məni, Qarsdı

"...İndi saçlarının ucunacan ümidlərimiz yeriyir bu şəhərin, Hər gün dualarımız əlini alnına qoyub yoxlayır hərarətini... Bəlkə də ən yaxşı peyvənd sevgidi... sənin dediyin kimi..." Dalidag.az Nigar Arifin yeni şeirini təqdim edir: ADAMLARIN YAĞIŞI Bu şəhərdən qopub gedir adamlar, İzlərini yağış yuyur, qar yuyur, Bu izlərin hər səhər başına günəş vurur, Küləklər ovuşdurur, Di gəl silinmir, anam, silinmir ki silinmir... Çopur-çopur üzündən, yaddaşına hopub gedir adamlar, Rəngi qaçır şəhərin,

"...Nə aparanın izi qalır, nə gedənin, aparan da, gedən də boynundan asıb öləzimiş adını, Vətənin..." Dalidag.az Osman Fərmanoğlunun şeirlərini təqdim edir: EVDƏ QAL Onsuz da getməyə yerim qalmayıb, Nə yaxşı söylədin, canım, "evdə qal". Könlümdə bir belə "hürrüm" olmayıb, Böyüyüm, sultanım, xanım, "evdə qal". Kimlərsə üzümə baxanda xam-xam, Səsləyir mənimçün darıxan odam... Elə bilirəm ki, hamıya yadam,- Fışqırır damarda qanım, "evdə qal". Dözmək çətin olur qaraya, ağa, Otur sac yanında, qovur

O , səhnəyə çıxmağı və balaca rolunu sənətkarlara xas süni həyəcanla deyil, sadə və aydın şəkildə tamaşaçılara çatdırmağı arzulayırdı. Özü də kütlə onu dinləyərkən düşünəcəkdi: “Bax, əsl sənət budu! Hər kəsin ruhun necə yaşadığını anlaması üçün onu məhz bu cür təsvir etmək lazımdı”. Ona, debütanta, kütləni hələ az tanıyan qızcığaza elə gəlirdi ki, toplumun ruhuna yalnız səmimiyyətilə toxuna bilər, — yalnız səmimiyyətilə! Düşünürdü ki, rolu elə sadəliyi və sadəlövhlüyü ilə öz sözünü deyir.

"...Özüm tək qaçqındı könül dincliyim, Hələ də ürəyim dərd közündədi… Dəcəl uşaqlığım, qaynar gəncliyim Yanan körpülərin o üzündədi…" Dalidag.az Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir: AÇILAN SƏHƏRLƏR,PARLAQ ULDUZLAR “Bu nəhəng şair, dəyərli alimimizlə mən hər görüşəndə ondan nəsə öyrənirəm. O, açılan səhərlər, parlayan ulduzlar kimi həmişə təzədir. Allah möhkəm can sağlığı versin. Həmişə yazıb yaratsın”...(Əşrəf Veysəlli) Əgər düşüncələr gəlirsə haqdan, Sözün ləngərindən dərə

Dünya kimindir? “İnsan cəmiyyətindəki quruluşlar saat rəqqasına bənzər olaraq iki kənar nöqtə arasında və ya bir-birinə əks olan iki fəlakət arasında hərəkət edir; bunlar: despotizm və anarxizmdir. İnsanlıq bu iki şərdən birindən uzaqlaşdığı dərəcədə o birinə yaxınlaşmış olur. Buna görə də belə görünə bilər ki, insanlığın rifahı və xoşbəxtliyi bu iki kənar nöqtənin arasında, haradasa onların ortasındadır. Ancaq bu heç də belə deyil. İş bundadır ki, despotizm və anarxiya eyni dərəcədə qorxulu

Dalidag.az görkəmli nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlı ilə bağlı 10 faktı təqdim edir: 1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb. 2. İsmayıl Şıxlı Kosalar kəndində yeddiillik ibtidai məktəbi 4 ilə bitirir, Qazax pedaqoji məktəbinə hazırlaşır. Lakin yaşı az olduğu üçün buna icazə verilmir. Buna görə də o, doğum tarixini dəyişdirir. 3.
Yazı axını