Azərbaycan ədəbi mühitində öz adı, imzası, fərqli yazı tərzi ilə seçilənlər arasında onun da yeri var. Kəlbəcər ədəbi mühitində formalaşmış, o yurdun, o ocağın havasını ruhunda, şeiriyyətində daşıyan Nuridə Misir oxucu qıtlığı çəkməyən şairlərdəndi.1975-ci ildən dövrü mətbuatda poetik nümunələri ilə nəzərləri cəlb edən N.Misir indi də eyni ahənglə yazır-yaradır. Şeirlərində həsrət, nisgil, ağrı izi, göynək rəngi böyük dərd acısının göstəricisidi. Kəlbəcər itkisi, yurd acısıdı şeirlərinə hopan,

Dəyanət Osmanlı Poeziyada çağdaşlıq fərdi duyğuların daha çox fərdilikdən çıxıb bütöv həyat stixiyasının predmeti olaraq təzahür etməsidir. İndi elə bir zamandır ki, kimisə hər hansı bədii mətnlə təəccübləndirmək çox çətin məsələdir. Uzağı nəyisə orijinal deyim şəklində təqdim etmək olar və bu da ədəbi-tənqidi dəyərləndirmədə həmişə əsas şərt kimi çıxış edib. Elbariz Məmmədli o şairlərdəndir ki, gözlə görünən, ürəklə hiss olunan hər şeyə, hətta siyasətə belə, bədii prizmadan baxa bilir. Və özü

Onu ən çox "Çırpınırdı Qara dəniz" şeiri ilə yad edirlər. Amma əslində, o öz əbədiyyət bayrağını müstəqil Azərbaycanın səmasına çoxdan çəkib. 127 il əvvəlin bu günü dünyaya gözlərini açan istiqlal şairi Əhməd Cavad 29 ildir, bu ölkədə elə layiq olduğu kimi, ayaqüstə dinlənilir! Yasamal qəbiristanlığında onun xatirəsini əbədiləşdirən, üzərində məşhur "Susmaram" şeirinin misraları yazılan bir mərmər lövhə var. Qara dənizin çırpınan dalğalarına şeir yazan şair bu balaca mərmərdən boylanır bizə.

"Özündən kiçik iki qardaşından fərqli olaraq o, həyatı dərk edirdi və bu erkən dərketmə onun uşaqlığını əlindən alır, ağır bir yük olaraq çiyinlərini əzir, onun uşaq ürəyinə əzab verirdi..." Dalidag.az Fərid Muradzadənin bir hekayəsini təqdim edir: ACILI XATİRƏLƏR R amin, bu 40 illik ömrümün 28 illik dostudur. Biz təkcə şad günlərin dostu deyil,ağrılı-acılı, dərdli-qəmli, kədərli-möhnətli, enişli-yoxuşlu yolların sınağından keçmiş dostlarıq. Onunla ilk tanışlığımızdan bəri bizi ortaq edən, dost

Tanınmış şair Fərqanə Mehdiyeva vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib. Bildirilib ki, F. Mehdiyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Fərqanə Mehdiyeva AYB üzvü ə "Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri idi. Allah rəhmət eləsin! Dalidag.az

Harda olmasından asılı olmayaraq ürəyi Vətən üçün döyünər ruhu sözlə toxunmuş adamların. Qürbətdədi...ürəyi, ruhu, sözü, əməli Vətənə bağlı. Bu gün onun günüdü. Kəlbəcər dağlarının əzəmətini ağ saçlarında, vüqarlı baxışında yaşadan Nəsib Nəbioğlunun. Nəsib Nəbioğlu 1954-cü ilin may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan

D aşların üstündən hoppana-hoppana çayı adladı. Canındakı təpəri hiss edib məmnun halda gülümsündü. Bu çay onun üçün uşaqlıqdan indiyə ən yaxşı idman növü olmuşdur. Gündə bir neçə dəfə üzərindən keçməli olurdu. Neçə daşdan adlamalı olduğunu da əzbərləmişdi. Hərdən çaya baxıb kövrəlməyi də vardı. O vaxtlar çox gur axardı, uşaqları məktəbə aparanda hərəsini bir qoluna alıb adladardı. Onda həm də dumduru axırdı. Dibindəki ən xırda daşlar, o daşların arasında var-gəl edən tələskən çömçəquyruqlar da

Dalidag.az görkəmli alim, şair Mikayıl Rəfili haqqında maraqlı faktları təqdim edir. Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində zəngin bir ailədə dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə alan Mikayıl Rəfili ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdi. *** Mülkədar oğlu olduğu üçün daim təqiblərə məruz qalan böyük alimin başından bəlalar əskik olmur. 1937-ci il aprelin

Kəlbəcər ədəbi mühitinin tanınmış imzalarından biri də Yusif Hüseyndir. Klassik Azərbaycan şeirinin bütün janrlarında qələmini sınayan Y.Hüseyn ədəbiyyata bir-birindən gözəl şeirlər bəxş edib. Milyonların dərdi olan yurd həsrəti, torpaq itkisi onun da ruhunu göynədir və bu göynərti şeirlərinə, yazılarına yansıyır. Buna rəğmən nəsihət xarakterli yazıları da mövcuddur. Təqdirəlayiq hal odur ki, Y. Hüseyn təkcə şəxsi yaradıcılığını inkişaf etdirməklə kifayətlənmir. Kəlbəcər ədəbi mühitinin elə bir

Atamdan niyə bu qədər nifrətlə danışmağımdan xəbəriniz yoxdu? Mən isə hər kəsin bildiyini zənn edirdim. Atam, 1914-cü ilin avqust ayında anamı, məni, qardaşımı Berlində tərk etdi. Hər şey o gündən sonra başladı. Dalidag.az -ın məlumatına görə oxuduğunuz bu zəhərli cümlələr Albert Eynşteynin oğlu Eduard Eynşteynə aiddir. Ağıllı və tanınmış insanların şəxsi həyatı hər zaman hamıya maraqlı olub. Tarixdə iz qoymuş ən önəmli elm adamlarından biri olan Albert Eynşteynin şəxsi həyatı o qədər də uğurlu
Yazı axını