Bu gün Azərbaycan ədəbiyyatına əvəzsi töhfələr vermiş, əslən Kəlbəcərdən olan görkəmli şair Bəhmən Vətənoğlunun ölümündən 15 il ötür. Ruhu şad olsun! Dalidag.az Bəhmən Vətənoğlunun bir neçə şeirini təqdim edir. BƏHMƏN Bu mənəm, a qardaş, tanımadınmı? Könlü dərdli, dili nalalı Bəhmən. İndi yurdsuz qalıb, yuvasız qalıb, Gördüyün o yurdlu-yuvalı Bəhmən. Qəzalar, qədərlər əyibdi məni, Dərdim öz içimdən yeyibdi məni. Zaman zindanında döyübdü məni, Yoxdu o əzəlki havalı Bəhmən. Gələcək nəsilə şirin

Dalidag.az 3 kiçik ibrətamiz hekayəni təqdim edir: Şeytan Y aşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: " Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun! " - deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: " Allah yoxdur, Allah yoxdur! " - deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da

Ədəbiyyat nəzəriyyəsi elektron məlumat (vikipediya) səhifəsinə istinadən bir neçə ədəbi janrın nəzəriyyəsini təqdim edirik: Qoşma aşıq yaradıcılığında çox geniş yayılmış janrdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə

Harda olmasından asılı olmayaraq ürəyi Vətən üçün döyünər ruhu sözlə toxunmuş adamların. Qürbətdədi...ürəyi, ruhu, sözü, əməli Vətənə bağlı. Dalidag.az Kəlbəcər dağlarının əzəmətini ağ saçlarında, vüqarlı baxışında yaşadan Nəsib Nəbioğlunun poeziyasından nümunələr təqdim edir: ANAM Ata əvəziydi qadin donunda, Qeyrətdən yoğrulmuş ər idi anam. Hər sözü, kəlməsi bayatı idi, Təpədən-dırnağa sir idi anam. Getmir qulağımdan mehriban səsi, Şirin bayatısı, həzin nəğmısi, Ən gözöl varlıqdı ana nəfəsi,

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Kəlbəcər ədəbi mühitinin poeziyamıza bəxş etdiyi istedadlı nümayəndələrindən biri də Əlövsət Saldaşdır. Bulaq suyu kimi saf, dupduru, səmimi, axıcı və düşündürücü şeirlərin h ər misrasında o yerlərin ab-havası duyulur. Ağrı-acısı, dərdi, kədəri, həsrəti, nisgili, sevinci, sevgisi...duyğuların toplumundan ruhuna yol açan söz işığıdı könülləri xoş edən, poeziyamızı zənginləşdirən... Dalidag.az Əlövsət Saldaşın şeirlərini təqdim edir: GECƏLƏR Əlbəyaxa

Unudulmaz şair və alim ƏnvərRzanıbirdaha ehtiramla yad edərkən... Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə - oxucuları ilə bölüşməyə tələsir.Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır.Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan

Ü ç ildir hərbi xidmətdən qayıtdığım. Ancaq hələ bir dənə ürəyimcə olan iş tapmamışam. Əvvəllər iş tapmağın belə çətin olacağını düşünmürdüm. Axı nə çətinliyi ola bilərdi?Enerji ilə dolu bir gənc üçün işləmək nədir ki? Amma, vallah, yoruldum axtarmaqdan. Hər yerə sorğu da göndərdim. Ancaq restoran xidmətçisi işi var, vəssalam. Nə edim? Evdəkilərdən “pul dilənməkdən” ki yaxşıdır. Yaxşı işləməyə çalışırdım. Elə evdəkilər də deyirdilər ki, “bala, ən yaxşısı halal çörək yeməkdir. Sənin işin

Bəzən ölüm elə adamları ağuşuna alır ki, tək bir insanın, bir ailənin deyil, bütöv bir məmləkətin, dünyanın içinə boşluq düşür. Eynən onun yoxluğu kimi... SÖZ dünyasında əlçatmazlıq zirvəsini fəth etmiş, Türk dünyasının böyük şairi, təpədən dırnağa SÖZ ADAM Məmməd Aslanın cismani yoxluğundan 4 il ötdü. Dalidag.az mərhum şairin poeziyasından nümunələr təqdim edir: YAXŞI Kİ Çəni tapan gündən kəsilib ağrım, Könülümü göynədən bir intizarmış. Mən elə bilirdim buza dönmüşəm, Sən demə,sinəmdə tonqal

Sevgi adına qanadlanan bütün hiss və duyğular müqəddəsdi. Hər kəsin sevgi anlayışı yaşadığı hisslərin məsumluğu və dəyər dərəcəsinə görə dəyişir. Ola ki, şair olasan... Şairlər Tanrının fərqli yaratdığı kəslərdi. Bu fərqli yaranmışların sevgisi də bir ayrı, hiss və duyğuları da bir başqa... Məsuliyyət insanın malik olması gərəkən önəmli keyfiyyətlər sırasında ilkin yerləri tutur. Onu belə tanıdıq: məsuliyyətli, ciddi, ən xırda detalları belə nəzərindən qaçırmayan. İlin 365 günü informasiya
Yazı axını