A rtıq 35 yaşı var, adam bu yaşı bir qız kimi dеyəndə utanır və içində san­ki nə isə оvu­lub-tö­kü­lür. Bu yaş­da qa­dın­la­rın çохu öz is­tə­dik­lə­rinə nail оlub, arzularına ça­tıb­lar, — han­sısa ailə qurub, han­sısa bir sə­nə­tin da­lın­ca gе­dən ar­tıq sеç­diyi yо­lun yоl­çu­su­dur... Sə­kinə isə bu­dur baх, ayaq­la­rını şap­pıl­da­da­raq ma­ğa­zaya gеdir, əy­nin­də nazik, nim­daş хalat, əlin­də yеkə ağ zən­bil. Bu Sə­kinə kim idi, hə­yat­dan nə is­tə­yir­di, han­sı ar­zu­lar­la

Hədəfə dəyməyən kəlməmiz hədər, "Qarabağ" sözünün əyarı yoxdur. "Qırmızı kitab"a düşən quş qədər Yurdsuz bir insanın dəyəri yoxdur. Dalidag.az Adil Cəmilin şeirlərini təqdim edir: Sevdim Zirvələr vətənin ucalığıdır, Görəndə qayalar səngərdi - sevdim. Qarşıma sərt yoxuş, düz yol da çıxdı, Düzü düzdə qoyub o sərti sevdim. Bir iş tutmadım ki, gözdən yayına, Tapındım bu yurdun haqqı-sayına. Mən ağız büzmədim Tanrı payına - Sevinc də, kədər də göndərdi - sevdim. Nə yaşaya bildim, nə də ölmədim,

" Lazım " Q apının yavaş-yavaş aralandığını görüb eynəyini çıxarıb içəri kimin girəcəyini gözlədi. Amma heç kəs görünmürdü. Nəsə baş verəcəyini hiss edirdi. Gözləməyə hövsələsi çatmadı, durub qapıya tərəf getdi. Yalnız indi cəftəni tutan əli gördü. İrəli gedib əyilib kimin olduğunu yoxlamaq üçün başını dəhlizə tərəf uzatdı. Qarşısında arıq, çəlimsiz bir şəxs gördü. Təəccüblə -Sizə kim lazımdır? - deyə soruşdu. Adam boynunu büküb çiyinlərini çəkib -mənə Siz lazımsınız- dedi. -Mən? -Hə, Siz. Bir

GÜLZAR B u gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi. Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi. Yalnız o, yalnız o, bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı

Dərdi təxəllüsündən boylanan Şair! Bu gün Kəlbəcər ədəbi mühitinin poeeziyamıza bəxş etdiyi ünlü imzalardan biri olan Məhəbbət Kəlbəcərsizin doğum günüdü. Yurd həsrətli, torpaq nisgilli şairi təbrik edir, ona sağlıqlı uzun ömür, yeni yaradıcılıq uğurları və tezliklə Kəlbəcərə qovuşmağı arzu edirik. Dalidag.az Məhəbbət Kəlbəcərsizin şeirlərini təqdim edir: YAŞADIM Pislik yollarıma "xalı sərsə də", Aldanmadım, xeyir ömrü yaşadım ! Adiliklə yol yoldaşı olmadım, Sehir ömrü, mən sirr ömrü yaşadım !

Artıq çoxdan məlumdur ki, Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində öz xidmətlərilə bir sıra yeni ədəbi-bədii istiqamət və meyillərin meydana gəlməsində geniş şöhrət qazanan görkəmli şəxsiyyət kimi Cəlil Məmmədquluzadənin (1869-1932) adı birinciliyə malikdir. Cəlil Məmmədquluzadə - Azərbaycan ictimai fikri və ədəbiyyat tarixində tənqidi realizmin banisi, mənzum, həm də alleqorik dramın müəllifi, tragikomediyanın qüdrətli yaradıcısı, yenitipli satiranın azmanı, azərbaycançılıq ideyasının

Könül, aşiqisən, dolan, yorulma, Hey başına, ayağına vətənin. Dalidag.az saz-söz sənətinin görkəmli nümayəndəsi ,ustad aşıq Dədə Şəmşirin şeirlərini təqdim edir: VƏDƏSİNDƏ Səni qarı gördüm, bağrım qan oldu- Mənim saqqalımın çal vədəsində. Qəlbimə dəydiyin yadıma düşdü, Çox dedim könlümü al vədəsində. Ov keçdi bərədən, uyquda yatdım, Ayıldım, xədəngi izinə atdım. Ha yüyürdüm; nə yetişdim, nə çatdım… Hər işin qaydına qal vədəsində. Qubarlandın əldə var olan vaxtı, Baxçanız bəzənib bar olan vaxtı…

Elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern (Jules Gabriel Verne ) 1828-ci il fevral ayının 8-də Fransanın Nant şəhərində anadan olmuşdur. Fransız yazıçısı Jül Vern ədəbi fəaliyyətə 1849-cu ildən başlamışdır. Yazıçıya şöhrət qazandıran 1863-cü ildə yazdığı «Beş həftə hava şarında» romanı olmuşdur. Bunun ardınca Jül Vern çoxlu elmi–fantastik ictimai-satirik macəra, roman və povestləri yazmışdır. 1867-1868-ci illərdə «Kapitan Qrantın uşaqları», «80000 kilometr su altı ilə»,

Dramatik növün üç əsas janrı vardır: komediya, faciə, dram. Komediya- Komediya yunan sözü olub "şən yığıncaq", "şən tamaşa" deməkdir. Şərqdə bu janra "məzhəkə" də deyilir. Məzhəkə ərəbcə "gülməli soz" və ya "gülməli hərəkət" deməkdir. Həyat hadisələrini gülməli tərzdə əks etdirən pyes "komediya" və ya "məzhəkə" adlanır. Komediyada gülüşə yalnız əyləncə vasitəsi kimi baxmaq olmaz. Komediyada gülüş ictimai-əxlaqi məzmun daşıyır, müəllif bədii gülüşdən istifadə ctməklə cəmiyyətdə müşahidə etdiyi

Camal Sürəyya 1931-ci ildə Ərzincanda anadan olub. Əsl adı Cəmaləddin Seberdir. Dalidag.az Camal Sürəyyanın şeirlərini təqdim edir: 8.10 GƏMİSİ Səsində nə var, bilirsənmi? Mavi, ipək kimi qış çiçəyi, yəni, ən səfalı bağçanın ən səfalı yeri... Nə oldu, birdən siqaret çəkmək bəhanəsiylə göyərtəyə qalxdın? Səsində nə var, bilirsənmi? Yuxusuz adamın türkcəsi... Anladığım bu: işindən məmnun deyilsən, şəhər.... şəhər də xoşuna gəlməyib... Nə oldu, göyərtədə yanında dayanan adam əlindəki qəzeti
Yazı axını