Reklam
Xəqani Həbiboğlunun 55 yaşına "55 Bənövşə"
17-04-2021 14:00
Aprel ayının 18-də tanınmış şair Xəqani Həbiboğlunun 55 yaşı tamam olur.Dalidag.az xəbər verir ki, bu münasibətlə "Orxan" Nəşriyyat və Poliqrafiya müəssisəsi bir ilkə imza atıb. Belə ki, nəşriyyat Cəfər Əzizoğlunun rəhbərliyi ilə şairin 55 şeirindən və Xəqani Həbiboğlu haqqında 55 rəydən ibarət kitabı nəfis şəkildə çap edib.

Müəllifin sayca səkkizinci kitabı olan "55 Bənövşə" adlı kitabda Vera Xorvat, Elka Nyaqolova, Marlena Zanger, Radomir Andriç, Məmməd Aslan, Əlövsət Ağalarov, Zəlimxan Yaqub, Qəmkeş Allahverdi və digər söz adamlarının şairin yaradıcılığı haqqında fikirləri yer alıb.
Qeyd edək ki, X.Həbiboglu 1979-cu ildən dövri mətbuatda şeirləri, hekayələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. "Arxamca arana gəlibdi Tərtər", "Allah, məni özün dindir", "Dünya eşqin salamını almadı", "Gülə əl çəkdim"(İran), “Sevgi şəkli” adlı şeir kitabları oxuculara təqdim olunub. 2018-ci ildə Serbiyada azərbaycan və serb dillərində nəşr olunan " Görüş" adlı kitabı "Smederova Poeziya Payızı" beynəlxalq şeir festivalının "Qızıl açar" mükafatına layiq görülüb.
Dalidag.az olaraq, biz də 55 müəllifə qoşulub şairi təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-04-2021 14:00
Baxış sayı: 3827Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























