Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb. Qori Müəllimlər Seminariyasında təhsilini başa vuraraq, 1894-cü ildən Bakının məktəblərində uzun illər dərs deyib. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün

Dalidag.az Frans Kafkanın “Bədbəxtlik” hekayəsini təqdim edir. B ir noyabr axşamında artıq dözə bilməyəndə, otağımdakı ensiz xalçanın üstündə qaçış meydançası kimi irəli-geri gedəndə, pəncərədən işıqlı küçəni görüb qorxanda, tez geri dönəndə, otağın o biri başındakı güzgünün dərinliklərində yeni bir amac sezəndə, nəsə bir səs eşitmək üçün qışqırnda, hay verən də olmayanda, bu səs öz-özünə yüksələndə və hətta kəsəndən sonra da eşidiləndə, sanki divardan bir qapı açıldı, özü də bərk açıldı,

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb.İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin «Talibiyyə» mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda

Əfsanə olmuş, yaxud olması mümkün olan bədii həqiqətlər, astral təsəvvürlər, həyat və cəmiyyət hadisələrilə bağlı həyat faktına əsaslanır. Bu nümunələrdə müasir dövr və həyat üçün nümunəvi olan, insana estetik zövq verən, onu düşündürən, dövrün əksilikləri və ziddiyyətləri ilə insanı üz-üzə qoyan həyat materialına əsaslanır. Azərbaycan əfsanələrinin qədim nümunələri hesab edilən Midiya əfsanələri Heredotun "Tarix" əsəri vasitəsilə günümüzə gəlib çıxmışdır. Azərbaycan ağız ədəbiyyatı tarixən

Ç ox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla

Güntəkin həyatı… Başda “Çalıquşu” romanı olmaqla bütün əsərləri ilə Türk ədəbiyyatının klassikasına imza atanlardan biri olan Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olub. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirib.Və 1912-ci ildə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirib. Rəşad Nuri 1927-ci ilə qədər İstanbul

Çöhrəsi təbəssümlü, sevgisi, mərhəməti gözlərində əks olunan, baxışından nur ələnən-şeir tökülən Fərqanə Mehdiyeva çağdaş poeziyamızda öz çəkisi, sanbalı olan qələm adamıdı. Ədəbi mühitdə hər kəs tərəfindən hörmətlə qarşılanan xanım yazarın səmimiyyət dolu poeziyası xarakterinin yansıdığı yeganə məqam deyil. Xeyirxahdı, gənc yazarlara hər vaxt ana qayğısıyla yanaşır. Bir sözlə, şəxsiyyəti ilə sözü , şeiri arasındakı vəhdət böyüklüyünün, bütövlüyünün təzahürüdü. Hal-hazırda səhhəti ilə bağlı

Yarım əsrdən çoxdur ki, detektiv mütaliə həvəskarları xüsusi maraqla onun əsərlərini oxuyurlar. 1918-ci il fevralın 10-da Naxçıvan şəhərində dünyaya gələn Cəmşid Əmirov orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. Yazmağa olan meyli hələ tələbəlik illərindən respublika qəzetləri ilə sıx əməkdaşlığa həvəsləndirmişdi. Yazıçılıq sevgisi onu son kursda institutu tərk etməyə vadar etmiş, sonra da öz ixtisası ilə işləmək istəməmişdir. Həmin dövrün nəşrlərindən olan
Yazı axını