"Torpaq... Bir azca torpaqqq!-deyə gəlin inildəyirdi. Gətirilən sarı, qara torpaqları dilinə vuran kimi tüpürür, “Bundan yox! Həyətimizdəki torpaqdan istəyirəm!” deyə qışqırırdı..." Dalidag.az hazırda Türkiyədə yaşayıb-yaradan, fəaliyyət göstərən tanınmış yazıçı Aygün Həsənoğlunun 28 illik dərdimizi şəkilləndirdiyi hekayəsini təqdim edir: TORPAQ (hekayə) G əlin şişirdi... Şiş əvvəl döşündən başladı, sonra qoluna, bütün sinəsinə, sonra da bədəninə yayıldı. Hamının gözləri qarşısında saatbasaat,

Şeirin bəxti gətirir ki, oxunur, dillər əzbəri olur, müəllif yaratdığı öz imzasıyla tanınanda "bəxtəvər" olur... Ədəbiyyat, incəsənət aləmində rast gəlinən hadisələrdən biri də müəllif hüquqlarının pozulmasıdı. Dəfələrlə bir şeirin və yaxud əsərin müəllifinin ya bilərək, ya da bilmədən başqa müəllif göstərildiyinin şahidi olmuşuq. Bəzən də artıq məşhurlaşmış şeirə sahib çıxanlar olur. Belə başıbəlalı şeirlərdən biri də Kəlbəcərli şair Nəcəf Sarıyevin "Qocalmışam" şeiridi. Ayrı-ayrı qiraətçilər

Vətən yolunda canını fəda etmiş bir əsgər üçün mən də həyatımı qurban verməyi qərara almışdım... Dalidag.az Aygün Yaşarın hekayəsini təqdim edir: İMTAHAN Y az idi. Təbiət öz güllü-çiçəkli donunu geyinmiş, çiyinlərində əlvan rəngli quşların cəh-cəhi və Günəşin təbəssümü ilə insanları xoşbəxt olmağa çağırırdı. Mənim isə buna vaxtım yox idi. Çünki semestr imtahanları başlamışdı. Həmin gün saat 11-də imtahan vermək üçün universitetimizə getdim. Amma məlumat verdilər ki, imtahanın vaxtı iki saat

Gənc yazar Eşqin Məmmədovun şeirlər kitabı işıq üzü görəcək. Bu barədə Dalidag.az saytına müəllif özü məlumat verib. Kitab “Sonuncu gül” adlanır və şairin oxuculara təqdim edəcəyi ilk bədii kitabıdır. Kitabda müxtəlif zamanlarda yazılmış şeirlər toplanıb.Qeyd edək ki, Eşqin Nazir oğlu Məmmədov 11 dekabr 1993-cü ildə, Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub.Sumqayıt Dövlət Universitetinin məzunudur. Gənc şairin şeirləri müxtəlif ədəbiyyat portallarında, o cümlədən Türkiyənin “Şehir“,

Bu gün görkəmli Azərbaycan şairi Zəlimxan Yaqubun anım günüdür. El arasında sinədəftər adlandırılan şairin ölümündən beş il ötür. Cismani yoxluğunun acısı bir ömür Zəlimxansevərlərin ürəyini göynədəcək. Həmişəyaşar ruhu isə hər vaxt könlümüzü oxşayacaq, bənzərsiz poeziyasının işığı ilə ruhumuz dincələcək. Şairlər ölmür, şairlər şeirləri, misraları ilə əbədi yaşayır. Bir nəfər belə oxucusu varsa, demək şairin ömrü bir insan ömrü qədər də uzanır. Minlərlə sevəni, oxuyanı Zəlimxan Yaqubu daim

Ramiz Rövşən- Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Orta təhsilini Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 208 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində 1964-1969-cu illərdə təhsil almışdır. Ramiz Rövşən “Bir yağışlı nəğmə” (1970), “Göy üzü daş saxlamaz” (1985), “Kəpənək qanadları”(1999), “Gedək biz olmayan yerə”(2006), “Sevgi məktubları” (2009) adlı kitabların müəllifidir.

Hazırda həbsdə olan keçmiş səfir Eldar Həsənov mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzuları əhatə edən kitabların müəllifidir. Hüquq elmləri doktoru, professor E. Həsənovun kitabları Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunub. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olmuş alim həmçinin, dərslik və dərs

Dalidag.az Elşən Əzimin “Pəncərə” hekayəsini təqdim edir: Covid 19 pandemiyasının ilk günlərindən şagirdləri online dərsələrə cəlb edərək onların təhsildən kənar qalmaması üçün müstəsna xidmətləri olan müəllimlərə ithaf edirəm. Kiçik ağ lövhəni avtobus dayanacağındakı oturacağa söykədi, ağzındkı maskanı çənəsinin altına keçirib ilıq mart havasını ciyərlərinə çəkdi. Avtobusda nəfəs almağa da qorxurdu, elə indi də ciyər dolusu nəfəs almağı ürəyinə xof saldı: “bəlkə havada da var?” Maskanı gözünün

"...Adil, sona yetir artıq bəlamız, Alındı Kəlbəcər, Şuşa qalamız. Vur əmri gözlədi əsgər balamız, Mərdimiz, iyirmi səkkiz il yarım". Dalidag.az Sevinc Qəribin təqdimatında Adil Cəfakeşin şeirlərini oxucuların ixtiyarına verir: İYİRMİ SƏKKİZ İL YARIM Yetim uşaq kimi boynunu burdu, Yurdumuz iyirmi səkkiz il yarım. Narahat yaşadı bizim cəmimiz - Fərdimiz, iyirmi səkkiz il yarım. Laçına qovuşmaq gec oldu, lap gec, Bir deyən olmadı körpünü gəl keç. Susdu, bir dəfə də ulamadı heç, Qurdumuz iyirmi

Namiq Dəlidağlı Bu gün atamın bu gidi dünyaya "əlvida" dediyi gündü. Atasızlığın ağrısını 11 yaşımda daddım. Soyuq dekabr günü. O vaxtdan ürəyim elə üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı-ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm...Bunu çəkənlər bilir, heç kimə diləmirəm...o gündən ürəyim qorxdu, çöldə-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi
Yazı axını