Reklam

Fermerlərin əsas problemləri azyaşlı övladlarını yaylağa apara bilməməsidir - Vəkil müraciət elədi
14-05-2024 20:44

Dalida.az bildirir ki, müraciətdə deyilir:
"Hörmətli Samir müəllim!
Hazırda bütün işğaldan azad edilmiş ərazilərə müvafiq portal vasitəsi ilə getmək mümkündür. Bu, dövlət nəzarəti və insanların təhlükəsziliyi üçün çox vacibdir. İşğaldan azad edilmiş ərazilərə köçən ailələr özləri ilə azyaşlı övladlarını da aparırlar. Lakin fermerlər bu imkandan məhrumdur. Əgər işğaldan azad edilmiş ərazilərdə - Ağalıda, Laçında, Sus və Zabux kəndlərində, minalarla daha çox çirklənən Füzuli rayonunda bu gün uşaqlar varsa, şükürlər olsun ki, hələ heç bir bədbəxt hadisə olmayıbsa, sadəcə bu qadağanın fermerlərə tətbiq edilməsi hesab edirik ki, ən böyük problemdir. Bunun problem olmasının səbəbi fermerlər uşaqlarını özü ilə 5 ay ərzində apara bilmirisə, uşaqların anaları məcburən onların yanında qalmalıdır. Fermerlərə və çobanlara yemək bişirilmə və digər məişət problemləri ortaya çıxır. Ona görə də fermerlər əlavə işçi qüvvəsi cəlb etməlidir ki, bu da fermerlərin xərclərini artırır. Yaylaqlar uzaq ərazidə olduğundan və ailəsini-uşağını apara bilməyən çobanlar həmin ərazilərə əmək haqqı kimi normadan təxminən iki dəfə artlıq qiymətə gedirlər.
Biz təklif edirik ki, işğaldan azad edilmiş rayonlara köçən fermerlər özləri ilə azyaşlı övladlarını apararkən müvafiq qurumlar onlara mina təhlükəsi barədə xəbərdar edilməklə yazılı iltizam alsınlar və bundan sonra icazə verilsin. Erməni qəsbkarları ölkəmizin 20 faizini mina ilə çirkləndirdiklərini nəzərə alsaq bu problem bizlərlə həl onilliklər, bəlkə də yüzilliklər boyu davam edəcək. Sizdən xahiş edirik fermerlərin bu probleminə köməklik göstərəsiniz", müraciətdə qeyd edilir.
Dalida.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar