Reklam
Kəlbəcərli qocaman pedaqoqun minnətdarlığı
12-07-2024 14:56
14 iyun 2024-cü ildə avtomobil qəzasına düşmüşəm. Qəzadan sonra koma vəziyyətində olmuşam. Oradan məni təcili yardım maşını ilə Sabunçu xəstəxanasına aparıblar.
İlkin müayinə nəticəsində məlum olub ki, məndə 15 həyati təhlükə yaradan zədələnmə var: sol tərəfimdə topuq, baldır, çanaq sümüyü, 7 qabırğa, bel və boynumda sınıq, fəqərələrdə yerdəyişmə. Həmçinin ağır kəll-beyin travması almışam. Sağ tərəfimdə isə damar problemi yaranıb. Demək olar ki, həyat əlaməti olmayan halda aparıldığım Sabunçu xəstəxanasında 15 gün reanimasiyada qalmışam. “Sabunçu Tibb Mərkəzi" publik hüquqi şəxsin tibb personalının peşəkarlığı nəticəsində artıq özümə gəlmişdim və 29 iyun 2024-cü ildə məni palataya köçürdülər. İyulun 9-dək də palata şəraitində stansionar müalicə aldım.
Məni həyata qaytaran başda “Sabunçu Tibb Mərkəzi" publik hüquqi şəxsin direktoru Nurəngiz xanım Bəşirova, baş həkim İlahə xanım Şükürova olmaqla, xəstəxananın Reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev, şöbə müdiri Məhəbbət həkim, müalicə həkimlərim Nihad həkim, Hidayət həkim, Azər həkim, tibb bacıları, xəstə baxıcılarına minnətdarlığımı bildirirəm. Xəstəxanada olduğum müddətdə daimi olaraq qida, dərman və xəstəyə lazım olan digər zəruri vasitələrlə təmin olunmuşam. Əvvəllər “Olüm makinası” adlandırılan Sabunçu xəstəxanası bu gün orada müalicə alan insanlara həyat verərək “olum makinasına” çevrilib. Hesab edirəm ki, həm tibb xidmətinin keyfiyyətinin, həm tibb personalının münasibətinin müsbətə doğru bu şəkildə dəyişməsi TƏBİB-in növbəti uğurudur. Bu uğura görə TƏBİB rəhbərliyinə də təşəkkürümü bildirirəm.
Sabir Hacı oğlu Mirzəyev,
Kəlbəcər rayonu Başlıbel kəndi
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 12-07-2024 14:56
Baxış sayı: 3279
Yazı axını
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
Ən çox oxunanlar