Reklam
Kəlbəcərdə həlak olan hərbçi dəfn edildi
16-07-2024 16:48

Kəlbəcər rayonunda iyulun 15-də bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.
Dalidag.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.
Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, qulluq etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra Y.Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq həlak olub. O, ailəli idi, üç övladı vardı.
Kateqoriya: Kəlbəcər
Tarix: 16-07-2024 16:48
Baxış sayı: 4425Yazı axını
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30






























