Reklam
Ölməz Vüsalım - Hekayə
25-07-2024 15:59
Uşaq vaxtlarından hərbçilərə və onların geyimlərinə qibtə ilə baxan Vüsal böyük arzularla yaşayırdı. Ən ümdə arzusu isə Vətənin keşiyində ayıq-sayıq durmaq idi. Hələ orta məktəbdə oxuyarkən müəllimləri onu başqa sənət sahibi kimi görürdülər, ancaq Vüsal hərbiçi olmaq istəyirdi. Hərbi sahəyə olan marağı və sevgisi üstünlük təşkil etdiyindən o əvvəlcə hərbi liseyə qəbul olunmuş, sonra isə ali hərbi məktəbdə təhsilini davam etdirməyə başlamışdı. Öz istəyinə çatan Vüsal hərbi geyimdə sevimli müəllimləri ilə görüşə gedəndə ona, sən düz seçim etmisən,deyirdilər. Hərbi məktəbdə təhsil aldığı ilk günlərdən Vüsal səliqə-sahmanı, nizam-intizamı, bacarığı, istedadı və biliyi ilə başqalarından fərqlənirdi. O əynindəki formasından xüsusi zövq alır, şənbə və bazar günləri evə gələndə çox vaxt hərbi formasını əynindən çıxarmırdı. Atası, anası və özündən yaşda kiçik olan qardaşı da onun sənət seçimində yanılmadığına sevinirdi.
İsti yay günləri başlamışdı. Ali hərbi məktəbdə üçüncü kursu bitirən Vüsala bir aylıq məzuniyyət verilmişdi. Məzuniyyətdə olan Vüsal dostları ilə görüşüb ayrıldıqdan sonra ailəsi ilə birlikdə süfrə arxasında oturub televizorda xəbərlər proqramına baxırdı. Aparıcı qızın verdiyi xəbər ürəkaçan deyildi. İşğal altında olan torpaqlarımızda düşmən tərəf mövqelərimizi tez-tez atəşə tuturdu. Cavab atəşi ilə susdurulan düşmənin niyyəti isə bəlli idi.
Cəsarət kişi hərbiçi oğluna baxıb dedi:
- Hə, Vüsal bala, cəbhədə vəziyyət yenə qarışıb. Allah axırımızı xeyir eləsin, deyəsən müharibə olacaq.
Vüsal atasının narahat olduğunu görüb dedi:
- Ata, müharibənin olmasını düşmən istəyir. Bizimkilər sülh yolu ilə razılıq əldə etmək üçün uzun llərdir ki, danışıqlar aparır, amma xeyri yoxdur. Bir də ki niyə qorxursan? Maşallah, indi güclü ordumuz var, müharibə başlasa, biz qalib gələcəyik.
Kəmalə ana qorxunc bir səslə soruşdu:
- Vüsal, yəni müharibə başlaya bilər? Yenə qan töküləcək?
Anasının titrədiyini görən Vüsal təmkinlə cavab verib onu sakitləşdirdi:
- Narahat olmayın, müharibə olsa da qısa müddətdə düşmən təslim olacaq, yəni ölüm- itim olmayacaq. Bizim silahımız, hərbi texnikamız daha güclüdür. Özünüz həmişə deyirsiniz ki, dədə- baba yurdumuzdan köçkün düşmüşük. Məgər yurdunuza qayıtmaq istəmirsiniz?
Cəsarət dedi:
- İstəyirik, niyə istəmirik ki...? Amma hamının sağ-salamat qayıtmasını istəyirik.
Dünyaya göz açdığım Ağdam rayonu üçün elə darıxmışam ki... Uşaqlıqdan o yerləri gəzib dolananda ağlıma gəlməzdi ki, bir gün doğma torpağımın həsrətini çəkəcəm. İlləri saya-saya gedirik, görən nə vaxt qayıdacağıq? Ordan məcburiyyət qarşısında qalıb hamılıqla çıxanda mən
subay oğlan idim, otuz yaşım var idi. Düzdür, bura gəlib sığındıq, dövlətimiz bizə qayğı ilə yanaşır, amma dədə-baba ocağım Ağdam üçün burnumun ucu göynəyir. Eh oğul, sən də, qardaşın Yusif də şəhərdə anadan olmusunuz. Torpaq həsrəti nədir bilməzsiniz, ancaq ananla
mən eyni dərddəyik. Ən böyük arzumuz rayonumuza qayıtmaqdır, görən nəsib olacaq ya yox?!
Kəmalə ana da ömür-gün yoldaşının dediklərini təsdiqlədi və dedi:
- Atan düz deyir, burda günümüz xoş keçsə də içimizdəki yurd həsrətli sızıltılar bizi rahat buraxmır. Ağdamı tərk edəndə on altı yaşım vardı, gələndə o qədər ölüm-itim gördüm ki, gözüm qorxub. Eh, ümid edə-edə ömrümüzü bitiririk. Uşaqlıq xatirələrimdə yaşayan ordakı xoş günlər
geri qayıtmaz... Yadımdadır, Xocalı hadisələri baş verəndə doğma torpağından qovulanların çoxusu birinci Ağdama gəlib sığınırdı, onlara yemək, paltar verib evlərimizdə yerləşdirirdik.
Ölənlərin coxusunu isə oradakı məscidə gətirib adətimiz üzrə dəfn edirdilər. İlk beşiyimiz, son yatağımız olan torpaq necə də əzizdir... Heç ağlıma gəlməzdi ki, bir gün özümüz də ulu torpağımızdan çıxmalı olacağıq. Ah... Danışdıqca, tamahkar ermənilərə nifrətim daha da artır.
Səxavətimizdən istifadə edən şeytanlar, sən demə evimizi yıxırlarmış... Doğma rayonumuzdan çıxdığımız günü ölənə qədər unutmaram. İlin bütün fəsillərində gözəl olan yurdum... Buranın yağışını, qarını, istisini, soyuğunu oradakı ilə həmişə müqayisə edirəm. Doğrudan da, günəş
zülmətdən doğurmuş... Görəsən, Ağdamda doğan günəşi görmək üçün nə qədər dözməliyik? İndiyədək pənah gətirdiyimiz bu şəhərdə hamıdan isti münasibət gördük, ancaq nə tapdıqsa, alayarımçıq oldu. Çünki bu şəhərdə köçkün kimi müvəqqəti yaşadığımızı bilirik...
Cəsarət ümid dolu baxışlarla Kəmaləni süzüb dedi:
- Olub keçənlərin hamısı mənim də gözlərimin önündədir. O vaxtı kişilər postda dayanıb camaatı, torpağı evdəki od silahı ilə qoruyurdular. Bəzilərinin heç silahı da yox idi. Son vaxtlarda hücumlar, atışmalar səngimək bilmirdi. Ordumuz isə yox idi, indi isə şükür Allaha, güclü ordumuz var. Mənə elə gəlir ki, üstümüzə aşan əzabların ömrü sona çatır. Biz yenə elimizə-obamıza qayıdacağıq. Mən buna inanıram, sən də inan, Kəmalə!
Vüsal valideynlərinə və qardaşı Yusifə baxıb dedi:
- Bu boyda sağalmaz dərdiniz var, amma yenə də müharibədən qorxursunuz. Siz həmişə Ağdamdan danışanda oranı görmək arzusu ilə mən də yaşamışam. İndi də sizdən qabaq Ağdam torpağına ayaq basmaq istəyirəm. Düzünü deyim ki, bu yaxında ali məktəbdə bizdən soruşdular
ki, müharibə olsa, döyüşə getmək istəyərsiniz? Mən də, o biri kursantlar da hə, dedik. Niyə yox deyək ki...?
Vətən torpağına qayğı göstərmək, onu göz bəbəyi kimi qorumaq mənəvi varlığımızın ucalığıdır.
Cəsarət oğlunun inamlı danışığında odlu-alovlu bir mənzərə, sonra isə qayıdış, zəfər çələngini görürdü. Vüsalın döyüşə getmək istəyinə ürəyində narazı olan ana isə oğlunun haqlı olduğunu başı ilə təsdiqləyirdi.
Cəsarət ata dedi:
- Vüsal, sən düzgün qərar qəbul etmisən. Əgər müharibə olsa mən özüm də düşmənlə üzbəüz döyüşə gedəcəyəm. Cəbhədəki gərginlik gündən-günə artır, daha susmaq, dözmək olmur. Tarixi keçmişimizə doğmalıqla yanaşmaq borcumuzdur. Düşmənin kirli tapdağı altında inildəyən torpağımızı azad etmək üçün Vətən yolunda canımızdan keçməliyik, lazım gəlsə, son nəfəsimizə qədər vuruşub ölməliyik. Amma azğın, tamahkar düşmənə təslim olmamalıyıq.
Bayaqdan onları sakitcə dinləyən Yusif də dilə gəlib dedi:
- Ata, müharibə olsa, mən də cəbhəyə gedəcəyəm.
Vüsal gülümsəyib dedi:
- Qardaşım, bəlkə tezliklə qalib gəldik, heç sənin getməyinə ehtiyac qalmadı. Atamız düz deyir, hər kəs torpaq uğrunda ölümə hazır olmalıdır. Məncə, sıravi əsgərin də ən böyük arzusu Vətən yolunda ölməkdir. Ölüm haqdır, ancaq bundan şərəfli ölüm ola bilməz. Sizi inandırım ki, Qarabağ uğrunda ikinci dəfə müharibə olsa da ölüm-itim olmayacaq, çünki yenə deyirəm, tez bir zamanda biz qalib gələcəyik.
Kəmalə ana ayağa qalxıb dedi:
- Təki elə olsun, Vüsal! Heç bir ana gözü yaşlı qalmasın, atanın beli bükülməsin. İndi isə icazə verin süfrəni yığım, sonra yaxşı bir çay dəmləyim içək.
Cəsarət dedi:
- Süfrəni yığmağına yığ, amma gedək dənizkənarını gəzək, bir yerdə oturub çay içərik.
Kəmalə ərinə baxıb istehza ilə dedi:
- Deyəsən könlünə gəzmək düşüb, yadından çıxıb ki, gəzmək, orda-burda yığışmaq olmaz? Pandemiya vaxtı haranı gəzək?
Cəsarət köksünü ötürüb dedi:
- Hə, tamam unutmuşdum ki, Covid-19 pandemiyası da başımızın üstünü alıb. Eybi yoxdur, müvəqqəti çətinlikdir, dözmək lazımdır. Virusu yola vermək olar, amma müharibənin qığılcımları daha dəhşətlidir. Bir atəşi, qumbarası, raketi ilə neçə evi dağıdar, neçə insan həyatını məhv edər. Eh, çarəmiz səbr etməkdir, təki salamatçılıq olsun. Kəmalə, get ləzzətli bir çay dəmlə, içək.
Kəmalə baş üstə dedi və mətbəxə keçdi. Çay hazırlayıb süfrəyə gətirdi. Fikri pəhləvan cüssəli oğlu Vüsalda idi. Oğlunun bu dəfəki gəlişi əvvəlki gəlişlərindən fərqlənirdi. Kəmalə içində oyanan narahatlığı gizlətməyə çalışsa da evdəkilər bunu hiss edirdi. Vüsal çayından bir-iki qurtum içib ayağa qalxdı və anasının yanına gəlib boynuna sarıldı. Saçlarından öpüb soruşdu:
- Niyə belə narahatsan, ana?
- Eh, nə bilim... O qədər müharibədən danışdınız ki, pis oldum. Cəbhədəki gərgin vəziyyət müharibənin üfunətini, qanlı qoxusunu evimizə qədər gətirir. Allah özü balalarımızı qorusun!
Hər bir anaya öz balası əzizdir, çünki min əzab-əziyyətlə onu dünyaya gətirir...
- Başa düşürəm, analar üçün övladı həmişə uşaq, övlad üçün isə analar söykənə biləcək sütun olurlar. Amma, narahat olma! Biz güclüyük, qarşı tərəf bizi çökdürə bilməz. Otuz ilə yaxındır ki, qaniçən düşmən torpaqlarımızda at oynadır, qoymarıq ki, bizi alçaltsın. Daha səbr etməkdən
keçib, ana! Gör neçə rayonumuzu, kəndimizi alıblar. Səbrimiz tükənib, məncə hər şeyə hazır olmaq lazımdır.
Kəmalə televiziyada xəbərlər proqramından cəbhə xəttində atəşgahın yenidən pozulduğunu, vəziyyətin pik həddə çatdığını, atılan atəşlərin susmadığını eşidib dedi:
- Lənət olsun sizə, acgözlər! On altı yaşımdan torpağıma həsrətəm, mənim kimi minlərlə ailə yurd həsrətini çəkir. Doğrudan da, bu dərdə daha dözmək olmur, gözümdə hər tərəf qaranlığa bürünür. Kəmalə danışdıqca əsəbiləşirdi. O, oğlunun bu dəfə istirahət üçün deyil, onlarla vidalaşmaq
üçün gəldiyini düşündü və bayaqdan saçlarını tumarlayan əllərindən öpüb titrək səslə soruşdu:
- Vüsal, səncə müharibənin başlanması barədə əmr verilə bilər? Müharibə olsa, səni də aparacaqlar? Axı, sən hələ oxuyursan, hərbi məktəbi bitirməmisən.
Heç zaman yalan danışmağı sevməyən oğul bu dəfə anasının gözlərinin içinə baxa-baxa yalanla vəziyyətdən çıxmağa çalışdı.
- Ana, hamı kimi mən də son vaxtlar yaranmış vəziyyəti görürəm. Bizi yəqin ki, döyüş bölgəsinə aparmazlar. Lap aparsalar, ön cəbhəyə yox, arxa cəbhəyə ehtiyatda olan qüvvə kimiapararlar. Narahat olmağa dəyməz, müharibə olsa da uzun çəkməz. Mən əvvəllər həftə sonu,
yəni şənbə-bazar günləri evə gəlirdim. İndi yaydır, bir ayacan evdə sizinlə birgə olacağam.
Amma bu dəfə nədənsə ürəyim darıxır, məktəbə qayıtmağa tələsirəm.
- Qayıtmaq... Niyə?
- Narahat olma ana, sözdür də deyirəm... İyun ayının 18-dən evdəyəm, məktəb yoldaşlarım üçün yaman darıxıram. Allah qoysa, iyulun sonlarında qayıdacağam. Mənə yenə də dadlı yeməklərindən bişirib qoyarsan? Oranın da yeməkləri dadlıdır, amma ananın yeməyi kimi ləzzətli
ola bilməz.
- Yaxşı, nə deyirəm ki... Sənə canım da qurban olsun, bala. Bu 2020-ci il yaman ağır ildir, pandemiya dövrü bir tərəfdən, ermənilər də bir tərəfdən. Eh, hamısı can almaq istəyir. Amma yaxşı ki, sizi evə buraxıblar, üzünü doyunca görə bilirik.
Kəmalə ana oğlunun budəfəki gəlişinə sevinsə də içindəki bəzi şübhələr onu rahat buraxmırdı...
Artıq iyul ayının 27-si idi, məzuniyyət dövrü qurtarmışdı. Vüsal bu gün hərbi məktəbə qayıtmalı idi. O taksi sifariş etdi. Qış gödəkçəsini də özü ilə götürdü və evə bir də payızda gələcəyini söylədi. Taksi həyətə girdi, Vüsal evdəkilərlə görüşüb aşağı düşdü. Hər tərəfə göz gəzdirdi, hətta dönüb öz evlərinə də baxdı. Anasının eyvandan ona əl etdiyini gördü, sonra taksiyə əyləşib yola düşdü. Kəmalə ana onun arxasınca su atdı, ancaq içində sanki bir boşluq yarandı... Öz-özünə, kaş ki boşluqları təbəssümlə doldura biləydik, deyib otağa keçdi.
Vüsal getdiyi vaxtdan bir müdət sonra evlə telefon əlaqəsi saxlayaraq Beyləqanda olduqlarını, təlim keçdiklərini, sentyabr ayında isə dördüncü kursda yenidən təhsilini davam etdirəcəyini bildirdi. Dostuna bir klip yığdırdığını və evə yolladığını da dedi. Bu klipdə ötən xoş günlərin şirin
xatirələri var idi...
xxx
Qanlı-qadalı günlər başlayırdı. Könüllü cəbhəyə getmək istəyənlər hərbi komissarlığa gedib müraciət edirdilər, insanların sifətindəki təbəssüm sanki həmişəlik itmişdi. Səhərə qədər gözünə yuxu getməyən Kəmalə ana tez-tez sosial şəbəkədə xəbərləri izləyirdi. Birdən sentyabr ayının 27-dən müharibənin başlanması barədə ən vacib xəbərin verildiyini gördü. Yerindən dik atılıb Cəsarəti oyatmaq istədi, amma əri heç yatmamışdı, Yusif də oyaq idi. Ata-bala birlikdə televizora baxır, son xəbərləri izləyirdilər. Evdəkilərin bir-birinə zillənən sual dolu baxışları cavabsız qalır, sonda yenə televizorun ekranına dikilirdi...
Müharibə başlanan gündən cavanlar döyüşdə iştirak etmək üçün hərbi komissarlığa gedib könüllü olaraq siyahıya yazılırdılar. Vüsalın ana və atasından başqa qardaşı Yusif, yaxın qohumlar, hətta bütün dostları onun sentyabr ayının 29-dan hərbi məktəbdən birbaşa döyüşə getdiyini bilirdi. Vüsal hamıya dönə-dönə tapşırmışdı ki, anam və atam cəbhə bölgəsində olduğumu bilməsin.
Artıq bir ay idi ki, müharibə başlamışdı, amma Kəmalə ana oğlunun ön cəbhədə qızğın döyüşlərdə vuruşmasından hələ də bixəbər idi. Vüsalın məktəbdə olduğunu zənn edən ananın içində qəribə hisslər və narahatçılıq var idi. Evdə özünə yer tapa bilmirdi, gecə də yuxusunu qarışdırmışdı. Cəsarət onun bu halını görüb dedi:
- Yenə nə olub, niyə narahatsan?
- Narahatam, çünki Vüsalım bu gün zəng etməyib. Hər gün imkan edib məktəbdən zəng vururdu. Görəsən indiyə qədər niyə zəng etməyib, hə? Bəlkə mən özüm nömrəsini yığım?
- Bilirsən ki, onlarda ciddi rejimdir, narahat etmə. Yəqin hələ imkanı yoxdur, yoxsa zəng edərdi. Əgər ürəyin sıxılırsa, dur video klip var ha, Vüsalın avqust ayında Beyləqanda staj keçdiyi vaxt yığdırdığı klipi deyirəm, ona bax. Həmin klipi Nicat adlı kursant dostuna yığdırıbmış. Zabit formasını çox sevən oğlumuz bu klipdə də formadadır. Staj keçdikdən sonra, sentyabr ayında bizə zəng edib dedi ki, kiçik-leytenant rütbəsi alıb, həmin gün çox sevinirdi. Elə biz də sevindik ki, o rütbə alıbdır. Hərbi forma oğluma çox yaraşır...
- Hə düzdür, forma Vüsala çox yaraşır. Bircə ona sevinirəm ki, hərbiçi olmaq arzusuna çatıb. On dörd yaşından ayağında əsgər çəkməsi əvvəl hərbi liseydə, indi də ali hərbi məktəbdədir. Tay-tuşlarından həmişə fərqlənibdir. Amma müharibə nə yaraşığa baxır, nə də ki cavanlığa... Yaman qızğın döyüşlər gedir, deyirəm birdən onları da müharibəyə apararlar.
Cəsarət dərin ah çəkib dedi:
- Aparsalar səndən, məndən icazə almayacaqlar ki... Məncə, müharibənin qurtarmağına az qalıb. Artıq ordumuz bəzi rayonlarımızı, çox kəndlərimizi geri alıb. Milli Ordumuza eşq olsun!
Kaş mən də orda olardım...
- Allah bütün balalarımızı qorusun!
- Amin! Amma sən qorxma, Kəmalə! Vüsal idmançı olub, əvvəlcə hərbi liseydə oxuyub, sonra ali hərbi məktəbə daxil olub. Yəni, demək istəyirəm ki, o arıq uşaq olsa da həm fiziki cəhətdən möhkəmdir, həm də hərbidən başı çıxan adamdır.
- Bu bir ayda neçə şəhid gətiriblər, analar gözü yaşlı qalıb. Görəsən nə vaxtadək belə olacaq?
Cəsarətin özü də fikir içində idi, amma büruzə vermirdi. Bilmirdi ki, narahatlıq keçirən Kəmaləni necə sakitləşdirsin. Ona təsəlli verib dedi:
- Kəmalə, elindən-obasından didərgin düşənlərin hamısı bizim kimi torpaq həsrəti ilə yaşayır, yurduna qayıtmaq istəyir. Çörəyi dizi üstə olan ermənilər son vaxtlar çox qızışıblar. Neçə illərdir ki, bizimkilər onlara sülh yolu ilə barışığa gəlməyi, işğal etdikləri torpaqları geri qaytarmağı
təklif edir, amma nə olsun... Biz müharibəni məcbur olub başladıq, qalib də gələcəyik.
Kəmalə qaşlarını düyünləyib dedi:
- Cəsarət, ürəyimlə bacarmıram, elə bil yerindən çıxır. Özümü çox pis hiss edirəm.
- Get dincəl, narahat olma.
- Yaxşı, zəng gəlsə, mənə də xəbər et.
Kəmalə dincəlmək üçün o biri otağa keçdi.
Hər gün evə zəng edib anasına yalandan məktəbdə olduğunu bildirən Vüsaldan həmin gün zəng gəlmədi...
xxx
Vüsal bir ay idi ki, uşaqlıqdan filmlərdə gördüyü müharibənin canlı dəhşətlərini yaşayırdı. Qubadlı, Zəngilan, Füzuli və Xocavəndin azadlığı uğrunda kəşfiyyatçı kimi ən ağır döyüşlərə qatılan Vüsal otuz nəfərlik tağıma başçı seçilmişdi. Arzuları Vətənlə bağlı olan 21 yaşlı tağım
komandirinin başçılığı ilə döyüş heyəti Füzulinin, Zəngilanın yeddi kəndi, yeddi yüksəkliyi uğrunda vuruşaraq geri qaytarılmasına müvəffəq olmuşdu. Döyüşlər davam edirdi...
valideynlərinə, nə deyək, soruşdular. Vüsalın təxminən qırx beşə yaxın güllə yarasından keçindiyini görən Nicata çətin olsa da:
- Yazın ki, Vüsal Sumqayıta qayıdır, - dedi.
Məhərrəm adlı döyüşçü onlara tərəf getmək və kömək etmək istəyirdi, lakin güllələr yağış kimi üstlərinə tökülürdü. Bütün bunlara baxmayaraq Məhərrəm dağın başında yaralı sandığı tağım komandirinə kömək etməyə cəhd göstərdi. Qan içində olan Vüsalı olduğu yerdən aşağı endirdi. Tağımın əsgərlərindən bir neçəsi də köməyə gəldilər, amma Vüsal gözlərini əbədi yummuş, şəhadətə ucalmışdı. Ətrafındakılar onu bu vəziyyətdə qoyub getmək istəmədilər, köməkləşib cansız vücudunu bir qədər aralıda olan əsgərlərin yanına apardılar. Döyüşlər isə yenə də davam edirdi...
xxx
Səhərə qədər oğlunun zəngini gözləyən Kəmalə ana narahatlıqdan yata bilmədi. Hər dəqiqə susan telefona baxır, ağlına mincür fikir gəlirdi. Səhər tezdən işə gedəndə də evdəkilərə üzünü tutub:
- Zəng etsə, mənə xəbər edin, - dedi və nigaran halda işə getdi. İşdə də öz mobil telefonuna tez-tez baxır, oğlundan zəng gözləyirdi.
Kəmalə onunla birlikdə sosial işçi kimi işləyən baldızı Şəlaləyə dünən Vüsalın zəng etmədiyini, səhərə qədər nigarançılıqdan yatmadığını dedi. Şəlalə ona təsəlli versə də özü də narahat oldu. Aradan bir neçə saat keçmişdi. Şəlalənin mobil telefonuna zəng gəldi. Ona zəng
edən bacısı Mətanət idi. Qarışıq səsləri eşidən Kəmalə nə baş verdiyini soruşdu. Baldızı ona guya anasının təzyiqinin qalxdığını dedi və bir qədər kənara çəkilib danışığına davam etdi.
Amma Kəmalə baldızının həyəcanlı danışığından, evdən gələn qışqırıq səslərindən nəsə pis hadisənin baş verdiyini və ondan gizlətdiklərini anladı. Birdən o telefonun əks-sədasında Vüsalın da adının çəkildiyini eşitdi və içindəki təlaş daha da artdı. Kəmalə təşviş içərisində Cəsarətə zəng vurub onun anasının səhhətində problem yarandığını, özünün isə işini bitirib evə gəldiyini və yarı yolda olduğunu dedi. Cəsarət bacısı Mətanətə zəng edib anasının vəziyyəti ilə maraqlandı. Eşitdiyi qarışıq səslər onu da narahat etdi.
- Mətanət, nə olub? Niyə həyəcanlısan, danış da...
Mətanət özünü toplayıb dedi:
- Qardaş, Quzanlıda yaşayan Xatirə bacımıza rayonumuzun icra hakimiyyətindən nümayəndə zəng vurub deyib ki...
Hövsələsi daralan Cəsarət soruşdu:
- Axı nə deyib, tez ol de, ürəyim partladı ki... Nəsə olub?
- Vüsal... Vüsal... Yaralanıb...
- Yaralanıb...?! Məgər o da müharibədədir? Heç bilmirdim... Hardadır? Yerini dedilərsə, söylə, mən ora gedim.
- Füzuliyə aparıblar. Sən hələ getmə, mən burdakılara deyərəm, gedib xəbər bilərlər. Sizə də zəng edərik...
- Yaxşı... Xəbər gözləyirik!
Cəsarət kiçik oğlu Yusiflə evdə oturub xəbər gözləyirdilər...
Evə tələsən Kəmalə ana həyətə çatanda bir neçə nəfərin binanın qarşısında dayandığını gördü. Həmin adamların ona qəmli-qəmli baxdığından nəsə baş verdiyini duydu və yaşadığı mənzilə getmədi. Həmin adamların arasında olan qardaşı Natiq ona yaxınlaşıb dedi ki, Vüsal
fəxrimizdir, gedirəm onu sənə gətirməyə. Oğlunun bugünədək müharibədə olduğunu bilməyən, indi isə onun yaralı vəziyyətdə gətirildiyini güman edən Kəmalə ana göz yaşlarını saxlaya bilmədi və əl-ayağı əsməyə başladı. Saat dörd idi, o tez yaşadığı mənzilə getdi. Cəsarət qapını
açanda Natiqin dediklərini ona da söylədi və evi səliqəyə salmağa başladı. Yerə təzə xalça saldı, oğlu üçün yataq açdı. Süfrəyə qab-qacaq düzdü ki, uzaq yoldan yaralı oğlunu gətirən əsgərlər rahatlanıb, yemək yesinlər.
xxx
Vüsalın yaralanması barədə söhbət qohum-əqrəba arasında sürətlə yayılırdı. Kəmalənin Ağcabədinin Boyat kəndində yaşayan Elyaz, Aqil və Elçin adlı dayısı uşaqları da xəbəri eşitdilər. Onlar danışıb vaxt itirmədən birlikdə Füzuliyə getdilər. Vüsalın dayısı Natiq də yaxın qohumu Rəvanla birlikdə Füzuliyə getdi. Ora çatıb vəziyyəti hərtərəfli öyrəndilər və Sumqayıt şəhərində müvəqqəti məskunlaşan qohumlara zəng edib Vüsalın şəhid olması və cənazəsinin Füzuli rayonunun məscidində saxlanıldığı xəbərini dedilər.
Gecə idi... Sayrışan ulduzlar göydən yerə sanki göz vururdu. Hansısa parlaqlığını saxlayır, hansısa yanıb sönür və gözdən tamam itirdi... Gecə saatlarında Vüsalı yaralı yox, şəhid kimi qarşılamaq üçün hər kəs yola çıxmışdı. Tabutu üçrəngli bayrağa bükülmüş iyirmi bir yaşlı şəhid
doğulduğu şəhərə gətirildi. Kəmalə ana tabutdakı şəhidin oğlu olduğuna inana bilmirdi. Üzünü, saçını yolsa da yaralı halda gözlədiyi hərbiçi oğlunu daha salamat görə bilmədi...
Səhərisi gün – oktyabr ayının 31-də kiçik-leytenant Vüsal Muradov Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Ürəyində yarımçıq qalan arzular da son mənzilində özünə yer elədi. O arzulardan ən böyüyü dədə-baba yurdu Ağdamı görmək idi. Məzar önündə
Cəsarət ağlayan Kəmaləyə baxıb dedi: - Biz Ağdama Vüsalsız gedəcəyik, amma onun qanı tökülən torpaqları keçib getməli olacağıq. Mən əminəm ki, sonda zəfər çalacağıq. Yaralımız, şəhidimiz olsa da ölənimiz olmayacaq. Çünki şəhidlər ölməz, onların yarımçıq qalan ömürləri
isə sönməz olar. Ona görə ki, azad olunan torpaqların ilk sakinləri onu qucaqlayıb əbədi gözünü yuman şəhidlərdir. Uzun illərdən sonra bu torpaqlara ilk dəfə onların ayağı, nəfəsi dəyib. Ayaq izləri də, nəfəs də torpağa hopub, həmişəlik qalıb. Alınan torpaqlarda Vüsalımızın da payı var, bununla fəxr etmək lazımdır!
Kəmalə ana: - Dünyaya gəldiyi saatda, təxminən üçün yarısında dünyasını dəyişən şəhid balam. Sən dənizi, bir də dağı çox sevirdin. Sevdiyin yerdə şəhadətə ucaldın. Doğrudan da, sən bir mələksən, saf qəlbli Vüsalım! Mələktək ölməz Vüsalım! - deyib, oğlunun çox sevdiyi və
əyninə yaraşan hərbi formasını ölənədək qoruyacağına söz verdi.
Vüsalın məktəb yoldaşları, dostları və qohumları onun göstərdiyi qəhrəmanlıq nümunəsinin örnək olacağını, iyirmi bir illik ömrünün şəhidlik zirvəsində sonsuzadək uzanacağını, əbədi yaşayacağını deyərək şəhidlər xiyabanında iftixar hissi keçirirdilər.
xxx
Aradan tez ötən günlər Kəmalə anaya sıxıcı görünürdü. Böyük ümid bəslədiyi on doqquz yaşlı tələbə oğlu Yusif ana-atasının övlad itkisi dərdini anlayır, şəhid qardaşından hər yerdə fəxarətlə danışırdı.
Noyabr ayının əvvəlləri idi, artıq əsgərlərimizin torpaqlarımızı azad edərək Şuşaya doğru irəlilədikləri barədə xəbərlər yayılır, cəbhədən xoş müjdələr gəlirdi. Noyabrın 8-də eşidilən xəbər isə daha sevindirici idi. Bu gün Şuşanın azad olduğu gün kimi yadda qaldı. Zəfər çalan
hərbiçilərimiz arasında çox itki olsa da ölkənin tarixində yeni şanlı səhifə yazıldı. Bu xəbəri eşidən Vüsalın doğmaları da çox sevindilər. Onların kədər və sevinc göz yaşları bir-birinə qarışmışdı...
Cəsarət ata və Kəmalə ana yaşadıqları mənzildə şəhid olan Vüsalın əşyalarından ibarət ev muzeyi düzəltmişdilər. Kəmalə ana onun ölümündən sonra göstərdiyi şücaətlərə görə təltif olunduğu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medallarını
və hərbi geyimini öpərək dedi: - Sən azad Vətənin yeni tarixini qanınla yazan şəhidsən. Səndən bizə qalan azad torpaqdır, bir də layiq olduğun bu medalların. Sən əslən Qarabağlı idin, torpaq uğrunda savaşa qalxdın, məndən xəbərsiz... Tanıyanlara, müharibədə olduğumu anam, atam
bilməsin, demisənmiş... Sən əsl qəhrəmansanmış, mənim ölməz Vüsalım... Biz zəfər çaldıq! Ruhun şad olsun, Vətən oğlu!
Yusif qardaşının dostuna yığdırdığı klipi gətirib ata-anasına göstərdi və dedi:
- Bu klipi qardaşımdan bizə qalan ən dəyərli bir əşya, miras kimi qəbul edirəm. Bu klipdəki ötən şirin çağlarımız geri qayıtmasa da bizim üçün həmişə yaşayacaqdır. Şəhid qardaşımın qısa, lakin şərəfli ömür yolu unudulmayacaq və qəlblərdə əbədi məskən salacaqdır.
Kəmalə ana və Cəsarət ata Yusifin əlindəki klipə baxmağı qərara aldılar. Bir otağa yığışıb klipi maraqla izlədilər və Vüsallı günləri yenidən Vüsalsız yaşadılar. Sonda Kəmalə ana dedi:
- Oğlum ölməz bir mələk imiş, mələktək ölməz Vüsalım! Şəhidlik zirvəsində uca taxt quran oğlunun göz bəbəyi kimi əzizləyib saxladığı hərbi geyiminə, medallarına baxıb için-için ağladı.
Başına bağladığı qara örpəyi isə açılıb sürüşdü... İndi ümid yeri və təsəllisi olan, yeni sabahların parlaq günəşinə bənzətdiyi oğlu Yusif yerə düşən örpəyi götürdü və bir ucu ilə anasının acı göz yaşlarını silib kənara qoydu...
Rəna TƏBƏSSÜM
Dalidag.az

Oktyabr ayının son günləri idi. Əsgər və zabitlərimiz hər daşı, qayası, mağarası tarixin canlı şahidi olan Xocavəndin alınmasında qəhrəmanlıqla vuruşurdu. Vusalın tağımındakı hərbiçilər də Hadrutun azad olunması uğrunda ziyarətgah dağında igidliklə döyüşür, geri çəkilmirdilər.
Oktyabrın 29-da Dolanlar yüksəkliyindəki ağır savaşlarda açılan atəşlər göz açmağa macal vermirdi. Bütün döyüşlərdə yanında bərabər olan kursant dostu Nicat birdən Vüsalın yıxıldığını gördü. Bir az onlardan aralıda olan əsgər yoldaşları Vüsalın niyə yıxıldığını xəbər aldılar vəvalideynlərinə, nə deyək, soruşdular. Vüsalın təxminən qırx beşə yaxın güllə yarasından keçindiyini görən Nicata çətin olsa da:
- Yazın ki, Vüsal Sumqayıta qayıdır, - dedi.
Məhərrəm adlı döyüşçü onlara tərəf getmək və kömək etmək istəyirdi, lakin güllələr yağış kimi üstlərinə tökülürdü. Bütün bunlara baxmayaraq Məhərrəm dağın başında yaralı sandığı tağım komandirinə kömək etməyə cəhd göstərdi. Qan içində olan Vüsalı olduğu yerdən aşağı endirdi. Tağımın əsgərlərindən bir neçəsi də köməyə gəldilər, amma Vüsal gözlərini əbədi yummuş, şəhadətə ucalmışdı. Ətrafındakılar onu bu vəziyyətdə qoyub getmək istəmədilər, köməkləşib cansız vücudunu bir qədər aralıda olan əsgərlərin yanına apardılar. Döyüşlər isə yenə də davam edirdi...
xxx
Səhərə qədər oğlunun zəngini gözləyən Kəmalə ana narahatlıqdan yata bilmədi. Hər dəqiqə susan telefona baxır, ağlına mincür fikir gəlirdi. Səhər tezdən işə gedəndə də evdəkilərə üzünü tutub:
- Zəng etsə, mənə xəbər edin, - dedi və nigaran halda işə getdi. İşdə də öz mobil telefonuna tez-tez baxır, oğlundan zəng gözləyirdi.
Kəmalə onunla birlikdə sosial işçi kimi işləyən baldızı Şəlaləyə dünən Vüsalın zəng etmədiyini, səhərə qədər nigarançılıqdan yatmadığını dedi. Şəlalə ona təsəlli versə də özü də narahat oldu. Aradan bir neçə saat keçmişdi. Şəlalənin mobil telefonuna zəng gəldi. Ona zəng
edən bacısı Mətanət idi. Qarışıq səsləri eşidən Kəmalə nə baş verdiyini soruşdu. Baldızı ona guya anasının təzyiqinin qalxdığını dedi və bir qədər kənara çəkilib danışığına davam etdi.
Amma Kəmalə baldızının həyəcanlı danışığından, evdən gələn qışqırıq səslərindən nəsə pis hadisənin baş verdiyini və ondan gizlətdiklərini anladı. Birdən o telefonun əks-sədasında Vüsalın da adının çəkildiyini eşitdi və içindəki təlaş daha da artdı. Kəmalə təşviş içərisində Cəsarətə zəng vurub onun anasının səhhətində problem yarandığını, özünün isə işini bitirib evə gəldiyini və yarı yolda olduğunu dedi. Cəsarət bacısı Mətanətə zəng edib anasının vəziyyəti ilə maraqlandı. Eşitdiyi qarışıq səslər onu da narahat etdi.
- Mətanət, nə olub? Niyə həyəcanlısan, danış da...
Mətanət özünü toplayıb dedi:
- Qardaş, Quzanlıda yaşayan Xatirə bacımıza rayonumuzun icra hakimiyyətindən nümayəndə zəng vurub deyib ki...
Hövsələsi daralan Cəsarət soruşdu:
- Axı nə deyib, tez ol de, ürəyim partladı ki... Nəsə olub?
- Vüsal... Vüsal... Yaralanıb...
- Yaralanıb...?! Məgər o da müharibədədir? Heç bilmirdim... Hardadır? Yerini dedilərsə, söylə, mən ora gedim.
- Füzuliyə aparıblar. Sən hələ getmə, mən burdakılara deyərəm, gedib xəbər bilərlər. Sizə də zəng edərik...
- Bəs sizə kim dedi?
- Bizə Vəkalət qardaşımız dedi, ona da Xatirənin əri Azər deyib. Vəkalət Kəmalənin qardaşları Nazimə və Natiqə də xəbər edib. Hətta Ağcabədidəki qohumlara da deyilib. Onlar Füzuliyə getməlidir, nə xəbər olsa sizə zəng vurub çatdırarıq.- Yaxşı... Xəbər gözləyirik!
Cəsarət kiçik oğlu Yusiflə evdə oturub xəbər gözləyirdilər...
Evə tələsən Kəmalə ana həyətə çatanda bir neçə nəfərin binanın qarşısında dayandığını gördü. Həmin adamların ona qəmli-qəmli baxdığından nəsə baş verdiyini duydu və yaşadığı mənzilə getmədi. Həmin adamların arasında olan qardaşı Natiq ona yaxınlaşıb dedi ki, Vüsal
fəxrimizdir, gedirəm onu sənə gətirməyə. Oğlunun bugünədək müharibədə olduğunu bilməyən, indi isə onun yaralı vəziyyətdə gətirildiyini güman edən Kəmalə ana göz yaşlarını saxlaya bilmədi və əl-ayağı əsməyə başladı. Saat dörd idi, o tez yaşadığı mənzilə getdi. Cəsarət qapını
açanda Natiqin dediklərini ona da söylədi və evi səliqəyə salmağa başladı. Yerə təzə xalça saldı, oğlu üçün yataq açdı. Süfrəyə qab-qacaq düzdü ki, uzaq yoldan yaralı oğlunu gətirən əsgərlər rahatlanıb, yemək yesinlər.
xxx
Vüsalın yaralanması barədə söhbət qohum-əqrəba arasında sürətlə yayılırdı. Kəmalənin Ağcabədinin Boyat kəndində yaşayan Elyaz, Aqil və Elçin adlı dayısı uşaqları da xəbəri eşitdilər. Onlar danışıb vaxt itirmədən birlikdə Füzuliyə getdilər. Vüsalın dayısı Natiq də yaxın qohumu Rəvanla birlikdə Füzuliyə getdi. Ora çatıb vəziyyəti hərtərəfli öyrəndilər və Sumqayıt şəhərində müvəqqəti məskunlaşan qohumlara zəng edib Vüsalın şəhid olması və cənazəsinin Füzuli rayonunun məscidində saxlanıldığı xəbərini dedilər.
Gecə idi... Sayrışan ulduzlar göydən yerə sanki göz vururdu. Hansısa parlaqlığını saxlayır, hansısa yanıb sönür və gözdən tamam itirdi... Gecə saatlarında Vüsalı yaralı yox, şəhid kimi qarşılamaq üçün hər kəs yola çıxmışdı. Tabutu üçrəngli bayrağa bükülmüş iyirmi bir yaşlı şəhid
doğulduğu şəhərə gətirildi. Kəmalə ana tabutdakı şəhidin oğlu olduğuna inana bilmirdi. Üzünü, saçını yolsa da yaralı halda gözlədiyi hərbiçi oğlunu daha salamat görə bilmədi...
Səhərisi gün – oktyabr ayının 31-də kiçik-leytenant Vüsal Muradov Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Ürəyində yarımçıq qalan arzular da son mənzilində özünə yer elədi. O arzulardan ən böyüyü dədə-baba yurdu Ağdamı görmək idi. Məzar önündə
Cəsarət ağlayan Kəmaləyə baxıb dedi: - Biz Ağdama Vüsalsız gedəcəyik, amma onun qanı tökülən torpaqları keçib getməli olacağıq. Mən əminəm ki, sonda zəfər çalacağıq. Yaralımız, şəhidimiz olsa da ölənimiz olmayacaq. Çünki şəhidlər ölməz, onların yarımçıq qalan ömürləri
isə sönməz olar. Ona görə ki, azad olunan torpaqların ilk sakinləri onu qucaqlayıb əbədi gözünü yuman şəhidlərdir. Uzun illərdən sonra bu torpaqlara ilk dəfə onların ayağı, nəfəsi dəyib. Ayaq izləri də, nəfəs də torpağa hopub, həmişəlik qalıb. Alınan torpaqlarda Vüsalımızın da payı var, bununla fəxr etmək lazımdır!
Kəmalə ana: - Dünyaya gəldiyi saatda, təxminən üçün yarısında dünyasını dəyişən şəhid balam. Sən dənizi, bir də dağı çox sevirdin. Sevdiyin yerdə şəhadətə ucaldın. Doğrudan da, sən bir mələksən, saf qəlbli Vüsalım! Mələktək ölməz Vüsalım! - deyib, oğlunun çox sevdiyi və
əyninə yaraşan hərbi formasını ölənədək qoruyacağına söz verdi.
Vüsalın məktəb yoldaşları, dostları və qohumları onun göstərdiyi qəhrəmanlıq nümunəsinin örnək olacağını, iyirmi bir illik ömrünün şəhidlik zirvəsində sonsuzadək uzanacağını, əbədi yaşayacağını deyərək şəhidlər xiyabanında iftixar hissi keçirirdilər.
xxx
Aradan tez ötən günlər Kəmalə anaya sıxıcı görünürdü. Böyük ümid bəslədiyi on doqquz yaşlı tələbə oğlu Yusif ana-atasının övlad itkisi dərdini anlayır, şəhid qardaşından hər yerdə fəxarətlə danışırdı.
Noyabr ayının əvvəlləri idi, artıq əsgərlərimizin torpaqlarımızı azad edərək Şuşaya doğru irəlilədikləri barədə xəbərlər yayılır, cəbhədən xoş müjdələr gəlirdi. Noyabrın 8-də eşidilən xəbər isə daha sevindirici idi. Bu gün Şuşanın azad olduğu gün kimi yadda qaldı. Zəfər çalan
hərbiçilərimiz arasında çox itki olsa da ölkənin tarixində yeni şanlı səhifə yazıldı. Bu xəbəri eşidən Vüsalın doğmaları da çox sevindilər. Onların kədər və sevinc göz yaşları bir-birinə qarışmışdı...
Cəsarət ata və Kəmalə ana yaşadıqları mənzildə şəhid olan Vüsalın əşyalarından ibarət ev muzeyi düzəltmişdilər. Kəmalə ana onun ölümündən sonra göstərdiyi şücaətlərə görə təltif olunduğu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medallarını
və hərbi geyimini öpərək dedi: - Sən azad Vətənin yeni tarixini qanınla yazan şəhidsən. Səndən bizə qalan azad torpaqdır, bir də layiq olduğun bu medalların. Sən əslən Qarabağlı idin, torpaq uğrunda savaşa qalxdın, məndən xəbərsiz... Tanıyanlara, müharibədə olduğumu anam, atam
bilməsin, demisənmiş... Sən əsl qəhrəmansanmış, mənim ölməz Vüsalım... Biz zəfər çaldıq! Ruhun şad olsun, Vətən oğlu!
Yusif qardaşının dostuna yığdırdığı klipi gətirib ata-anasına göstərdi və dedi:
- Bu klipi qardaşımdan bizə qalan ən dəyərli bir əşya, miras kimi qəbul edirəm. Bu klipdəki ötən şirin çağlarımız geri qayıtmasa da bizim üçün həmişə yaşayacaqdır. Şəhid qardaşımın qısa, lakin şərəfli ömür yolu unudulmayacaq və qəlblərdə əbədi məskən salacaqdır.
Kəmalə ana və Cəsarət ata Yusifin əlindəki klipə baxmağı qərara aldılar. Bir otağa yığışıb klipi maraqla izlədilər və Vüsallı günləri yenidən Vüsalsız yaşadılar. Sonda Kəmalə ana dedi:
- Oğlum ölməz bir mələk imiş, mələktək ölməz Vüsalım! Şəhidlik zirvəsində uca taxt quran oğlunun göz bəbəyi kimi əzizləyib saxladığı hərbi geyiminə, medallarına baxıb için-için ağladı.
Başına bağladığı qara örpəyi isə açılıb sürüşdü... İndi ümid yeri və təsəllisi olan, yeni sabahların parlaq günəşinə bənzətdiyi oğlu Yusif yerə düşən örpəyi götürdü və bir ucu ilə anasının acı göz yaşlarını silib kənara qoydu...
Rəna TƏBƏSSÜM
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-07-2024 15:59
Baxış sayı: 3239
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23