Ehtiyatda olan polis polkovnik - leytenantı Şükür Əzimovun 75 illik yubileyi qeyd edilib -ŞƏKİLLƏR

07-05-2024 17:13

Bərdə şəhərində “Çovdar və Şahkərəm” Cəmiyyətinin təşkilatçılığı ilə ehtiyatda olan polis polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Cəmiyyətin İH-nin sədri Şükür Əzimovun 75 illik yubileyi qeyd edilib.

“Çovdar və Şahkərəm” Cəmiyyətinin təsisçisi Namiq Dəlidağlı tədbiri açaraq torpaqlarımızın bütövlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş etdi.
O, Şükür Əzimovun keçdiyi şərəfli həyat yolundan, Birinci Qarabağ savaşında göstərdiyi şücaətdən geniş söz açdı, Cəmiyyətin adından təbrik məktubunu oxudu. Yubilyara hazırlanmış xüsusi hədiyyə təqdim edildi.  

Tədbirin aparıcısı, filoloq Yelmar Mustafa Şükür Əzimovun istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda uzun müddət hüquq mühafizə orqanlarında çalışdığı məqamlara toxundu. Onun öz vəzifəsində ləyaqətlə xidmət etdiyini diqqətə çatdırdı. 
Ağsaqqal ziyalı Arif Əmrahov zəng vuraraq Şükür müəllimi təbrik etdi, ona ən xoş arzularını çatdırdı. 85 yaşlı kənd ağsaqqalı Fəxrəddin İsmayılov, Ş.Əzimovun ömür-gün yoldaşı Dilşad Əzimova, Hüseyn Əzimov, Vidadi Murtuzayev, Fazil Əzimov, Alim İsmayılov, Rafiq Abbasov, Gündüz müəllim, Eldəniz Abbasov, Xəqani İsmayılov, Taleh Əmrahov, Müşfiq Bahadurov, Murad İsmayılov, Vidadi İsamayılov, Habil Məmmədov, Elşən Əzimov, Zamir İsbəndiyarov, Arif Baxşəliyev, Allahverdi bəy və digər tədbir iştirakçıları da yubilyarı təbrik etdi, ona uzun ömür, can sağlığı dilədilər. Aşıq Qoşqarın ifasında səslənən gözəl saz havaları qonaqlara xoş əhval-ruhiyyə bəxş etdi.
Sonda  Şükür Əzimov tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi. 

Qeyd edək ki, Şükür Bahadur oğlu Əzimov 3 may 1949-cı ildə Kəlbəcər rayonunun Şahkərəm kəndində anadan olub. İbtidai təhsilini qonşu Çovdar kəndində, orta təhsilini isə Bərdə rayonu Yeni Əyricə kəndində alıb. 
Sonradan taleyini Özbəkistana bağlayıb. Daşkənd Ali Milis Məktəbinin (indiki Akademiyanı) əyani şöbəsini bitirib.
1979-cı ildən 1990-cı ilə kimi Daşkənd şəhərində Daxili İşlər orqanında müxtəlif vəzifələrdə işləyib. 1990-cı ildə iş yerini dəyişib öz doğma Vətəninə dönüb. 1 il Bakı şəhərində daxili işlər orqanında çalışıb. 1991-cı ildə Qarabağ müharibəsi ilə əlaqədar olaraq könüllü raport yazıb Tərtər rayon polis şöbəsinə tağım komandiri vəzifəsinə təyin olunub. 1991-cı ildən 1994-cü ilin axırına kimi torpaqlarımızın azadlığı uğrunda erməni təcavüzkarlarına qarşı döyüşüb. Goranboy rayonun Şəfəq kəndinin mudafiəsində, Ağdərə döyüş bölgəsindəki Marquşavan, Marağa, Çaylı, Qırmızıkənd, Suqovuşan, Vəng, Çıldıran kəndlərinin və s. kəndlərin təmizlənməsi uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi PPX-nin tağımı ilə birlikdə iştirak edib və döyüşüb. 1996-cı ilin oktyabr ayında Laçın rayon polis şöbəsində xidmət üzrə rəis müavini təyin edilib. 2000-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinin Baş Mühafizə Polis İdarəsinin Nərmanov mühafizə polis idarəsində xidmətini davam etdirib. 2004-cü ilin may ayında polis polkovnik-leytenantı kimi təqaüdə cıxıb. Ailəlidir, 2 övladı var.


Sevinc Qərib
Dalidag.az































Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 07-05-2024 17:13
Baxış sayı: 2658
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
01 / 12 / 2024