Reklam
“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Naftalan şəhərində ilk tədbir keçirilib -FOTOLAR
(14-06-2026, 11:24)
(14-06-2026, 11:24)

Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində ilk anım tədbiri keçirilib. Dalidag.az xəbər verir ki, tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin tərəfdaşlığı ilə baş tutub. Tədbirin məqsədi böyük el sənətkarı Aşıq Ələsgərin zəngin yaradıcılıq irsinin təbliği, onun sənət
“Sındırılmış ürəyin ildırım dili” – şair Məhyəddin Məhərrəmoğlunun yaradıcılığına baxış
(10-06-2026, 19:22)
(10-06-2026, 19:22)

Məhyəddin Məhərrəmmoğlu Hamının deyib, təsdiqlədiyi bir mənəvi gerçəklik var ki, böyük sənətin, böyük yaradıcılığın yolu Vətənə bağlılıqdan, vətənə olan sevgidən keçir. Vətənə olan sevgi milli iftixar nizamnaməsinin ana maddəsi olmaqla yanaşı qələm adamının mühafizəkar ədəbi yaradıcılığının simvoluna dönmüş olur... Amma taleyin gətir-ötürü yazılmış qanunlarla tənzimlənəndə cəmiyyət vaxtın qanunlarına tabe olur... Yəni haqqında söz açacağım yaradıcı insanın taleyinin bəxtinə düşən Kəlbəcərdən
Sumqayıtda Nəbi Dilsuzun anadan olmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib -FOTO/VİDEO
(22-05-2026, 21:12)
(22-05-2026, 21:12)

“Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində görkəmli şair və dastançı Nəbi Dilsuzun anadan olmasının 140 illiyinə həsr olunmuş sazlı-sözlü tədbir keçirilib. Tədbiri Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq qonaqları salamlayıb, xalqımızın milli-mənəvi dəyərlərini yaşadan saz-söz sənətinin əhəmiyyətindən danışıb. Sonra tədbiri aparmaq üçün sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri, eyniadlı saytın baş
Nəbi Dilsuzun anadan olmasının növbəti ildönümü münasibətilə sazlı-sözlü tədbir keçiriləcək
(18-05-2026, 18:20)
(18-05-2026, 18:20)

"Dəlidağ" Ədəbi Birliyinin təşəbbüsü Azərbaycan Aşıqlar Birliyi və Sumqayıt şəhər Poeziya evinin təşkilatçılığı ilə dövrünün tanınmış saz-söz ustadı Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) anadan olmasının növbəti ildönümü münasibətilə sazlı-sözlü tədbir keçiriləcək. Dalidag.az xəbər verir ki, gecədə aşıqlar tərəfindən şairin dastanlarından parçalar söyləniləcək, şeirlərindən nümunələr səsləndiriləcək. Maraqlanan hər kəs tədbirdə iştirak edə bilər. Qeyd edək ki, tədbir may ayının 21-də saat

Kəlbəcər rayonunun Başlıbel kəndi ölkəmizdə öz ziyalıları ilə tanınmışdır. Bu kənd onlarla alim, yüzlərlə müəllim,neçə-neçə şair, jurnalist və publisist yetişdirmişdir. Başlıbel kənd orta məktəbində oxuyan hər bir insan özünün savadı, intellektual səviyyəsi və biliyi ilə həmişə diqqəti cəlb etmişdir. Bu yazıda belə intellektual səviyyəli,öz biliyi və bacarığı ilə ətrafındakıları heyrətləndirməyi bacaran bir Başlıbel kənd sakininin yaradıcılığı ilə sizləri tanış etmək istəyirəm. Qədirbilən

Xanım Anela "Ö lmüş insanın yasını saxlamaq, yaşadığını bildiyin insanın yasını saxlamaqdan daha asanmış. Hər ikisinin dadını bilirəm… Ölənin arxasınca ağlayırsan, ağlayırsan… sonda qəbul edirsən. Gəlməyəcəyini bilirsən, görməyəcəyini bilirsən, ümidin tamamən yox olur. Onu qəlbində, xatirələrində yaşadırsan. Bir də ölənin arxasınca xatirələr adətən xoş olur, onun üçün darıxırsan. Amma… xoş xatirələrim nə qədər az olsa da, mən sənin üçün də darıxıram… Bu gün iki ay tamam olur – bir-birimizin

Deyirlər, dünya bir pəncərədir, hər gələn baxar gedər. Kimlər gəldi-getdi, kimlər baxdı bu pəncərədən... Hərənin də öz missiyası, öz yolu. Kimi ad qoydu getdi, kimi iz, kimi nişanə. Kimisi də yaşamamış kimi. Onun da taleyinə söz ömrü yazılmışdı. Gəldi, bu dünyanı şeirləri ilə gözəlləşdirdi və getdi... Nuridə Misir imzası ilə könüllərdə yaşayan o gözəl qadını deyirəm. Təəssüf ki, ağır, uzun müddət əziyyət çəkdiyi xəstəlik onu bu dünyadan tez qopardı. İki ildən artıqdır cismən aramızda yoxdur.

Fərid Muradzadə * * * Deyirsən ki, tərk elədi, neyləyim? Hamı kimi vəfasızdı bu adam. Nə biləsən nələr çəkir içində, Tükənibdir, şəfasızdı bu adam. Bir kimsəni incitməyib, üzməyib, Haqq yeməyib, haqsızlığa dözməyib, Düzdə qalıb düz danışıb, düz deyib, Hiyləsizdir, riyasızdır bu adam. Kül etdilər alovunu, közünü, "Filankəslər" batırdılar səsini, Öz cismində itiribdir özünü, Ünvansızdı, yuvasızdı bu adam. Dalidag.az
"Ağa Laçınlının poeziyasında bədii məcazlar, bənzətmə və metaforalar yüksək sənətkarlıqla öz bədii əksini tapmışdır"
(5-05-2026, 20:20)
(5-05-2026, 20:20)

İlham Məmmədli , filologiya üzrə fəlsəfə doktoru, dosent AğaLaçınlı milli poeziyamızda öz dəst-xətti olan, müxtəlif janrlarda və formalarda çoxsaylı əsərlər qələmə almış bir ədib kimi Azərbaycan ədəbiyyatında öz möhürün vurmuş istedadlı şairlərimizdəndir. O, bədii yaradıcılığını elmi fəaliyyətlə paralel şəkildə davam etdirmiş tanınmış alimlərimizdəndir. Uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş Ağa Laçınlı böyük bir filoloqlar nəslinin yetişməsində xüsusi

Sevinc QƏRİB * * * O darıxan yolun üzünü güldürdüm bu səhər, yenə sevindirdim izlərimsiz qəribsəyən yolu. Bitirdim həsrətini ayaqlarımın da, xiffət üzü silindi izlərimin. Nə fərqi var, hara aparır məni- sevincə ya kədərə.., təki yol hicrana yenilməsin, təki ayaqlarım yoldan kəsilməsin... Yolun başında ayaqlarımı qucmaq havası, qolları açıq qucaq kimi həvəsli. Ayaqlarımın könlündə yerimək sevdası, içimdə vurnuxan titrək kəpənək, yola susamış arzuların dirçəliş səsi, yol qovuşuq nəfəsli... Yol
Yazı axını
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
Ən çox oxunanlar





























