"Harayımı köçürmək istəyirəm varaqlara..." - Fərid Muradzadə

18-06-2026 15:38
                               Fərid Muradzadə 

***
Darıxıram, sıxılıram,
Dolmuş bahar buludu kimi
Amma ruhumda payız havasıdır...
Hər yer, hər şey boz-bulanıq,
Göz pərdələrim dumanlı,
Sanki boşluğa düşmüşəm 
hardayam-bilmirəm.
Depressiyadayam,
Əsəbi və aqressiv...
Qurtulmaq istəyirəm
Üzdən nəşəli görünən acı həyatdan.
Mənə elə gəlir ki, bu həyata yadam.
Axtarıram həmdəm, adam!
Adam... adam... adam!
Köksümdə çırpınır ürəyim,
Divanə ruh misalı...
Ya da bütün bunlar sadəcə
yorğun bir ruh halı.
Kimsə qışqırır beynimin içində:
“Dayan! Dayan!”
Cisim adlı qəfəsdə divanə ruhum
intihar edən Qu quşu kimi
vurur özünü divarlara,
son qoymaq istəyir ağrılara.
Canım cəhənnəm olsun 
ruhum bölünüb para-para...
Harayımı köçürmək istəyirəm varaqlara,
amma əlim gəlmir.
Küt-küt baxıram iş masamda kompüterə,
YouTube-da videolar dəyişir...
Halımın mənzərəsi kimi
Qəfildən, bir anda dəyişən videoda
astaca oxunur “Allah” kəlməsi
Ardınca  “İnşirah” surəsi.
Xilas edir məni sıxıntılardan,
Amma hələ də narahatam...

16.06.2026

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-06-2026 15:38
Baxış sayı: 315
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
17 / 06 / 2026