Reklam
Müharibədə itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhidin Yevlaxda dəfn mərasimi keçirilib
19-07-2024 18:01
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilmişdir.Dalidag.az xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları ictimaiyyət nümayəndələri, iştirak etmişlər.
Şəhid Bəxtiyar Hümbətov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş, Şəhidin ruhuna dualar oxunmuş, məzarının üzərinə əklil, gül dəstələri düzülmüşdür. Şanlı üçrəngli Bayrağımız şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilmişdir. Şəhid Bəxtiyar Hümbətov 1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşmüşdür.
Sevinc Səlim
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 19-07-2024 18:01
Baxış sayı: 4294Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















