Reklam
“Yaşıl dünya naminə həmrəylik ili” - qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə müşavirə keçirilib -ŞƏKİLLƏR
21-05-2024 10:03
Kəlbəcər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə müşavirə keçirilib.
Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-nin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon DAİM-in direktoru Nicat Sadıqov, Kəlbəcər rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Aqil Salahov və Kəlbəcər RİH-in şöbə müdirinin müavini Heydər Bəylərov “Yaşıl dünya naminə həmrəylik ili”ndən bəhs edib, görülən işlərdən danışıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə konkret tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Nigar Nəriman
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 21-05-2024 10:03
Baxış sayı: 3703Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















