Reklam
Kəlbəcər muzeyinin eksponatları erməni mədəniyyəti nünunələri adı ilə dünyada təbliğ edilmişdir -ŞƏKİLLƏR
19-05-2024 12:02

Ramiz Nəcəfli
Bu gün beynəlxalq muzeylər günüdür. Dünya muzeyləri sırasında Azərbaycanın ən ucqar rayonunda- Kəlbəcərdə yaradılmış bu muzey, eksponatlarının zənginliyinə və 30 min il bundan əvvələ qədər tariximizi özündə ehtiva edən qədim, orta əsrlər, yeni və ən yeni dövrü əhatə edən artefaktlarına görə özünəməxsusluğu ilə seçilirdi.
Bu barədə Dalidag.az-a açıqlama verən Bakı Dövlət Universiteti Tarix fakültəsinin dissertantı, Kəlbəcər muzeyinin keçmiş elmi işçisi Ramiz Nəcəfli bildirdi ki, Kəlbəcər Tarix Diyarşünaslıq muzeyinin əsası 1980-cu ildə qoyulmuş, 1982-ci ildə isə yeni və möhtəşəm binada fəaliyyət göstərmişdir. 36 minə qədər eksponatı özündə qoruyub saxlamış bu muzey 1993-cü ildə erməni silahlı qüvvələri
tərəfindən Kəlbəcərin işğalı zamanı dağıdılaraq talan edilmişdir:
"Muzeyin çox qiymətli eksponatları erməni mədəniyyəti nünunələri adı ilə dünyada təbliğ edilmişdir. Gördüyünüz ikinci şəkil bəndəniz də olmaqla mərhum Şamil Əsgərovun rəhbərliyi altında çalışan muzey əməkdaşlarının fotolarıdır. Üçüncü şəkil isə Kəlbəcər azad olunduqdan sonra muzeyin xarabalığında üzə çıxan bir neçə tarixi abidəmizdir. Mən Kəlbəcər muzeyinin keçmiş və indiki əməkdaşlarına müraciət edərək bütün tarixi abidələrimizin məhvinə görə, özəlliklə də dünya şöhrətli muzeyimizin dağıdılmasına görə Ermənistan hökumətini beynəlxalq məhkəməyə verməyə çağırıram.
Şamil müəllimin və Kəlbəcəri azad edən şəhidlərimizin ruhları şad olsun!", R.Nəcəfli qeyd etdi.
Nigar Nəriman
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 19-05-2024 12:02
Baxış sayı: 3917Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























